"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb .....                     Bir tərəfdə Azərbaycana təbrik, .....                     İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... .....                     “Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” .....                     İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? .....                     Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib .....                     "Milk-Pro" ləğv olunur .....                     Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın .....                     Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək .....                     YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi .....                     İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb .....                     Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin .....                     Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir .....                     İsrail nədən TƏLƏSİK ADDIM ATDI? .....                     İsrail İranın hərbi obyektlərini belə vurub .....                     Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar .....                     Keçmiş bankir özünə yeni şirkət yaratdı .....                     Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." .....                     Rəsmi Bakı İsrailin İrana hücumuna .....                     İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? .....                     Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... .....                     İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi .....                     “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” .....                     “Olympus” MTK kütləvi narazılıq yaradır... .....                     Almaz Ələsgərovadan ETİRAZ: .....                     Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… .....                     “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? .....                     Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub .....                     Bakıda kişi yola benzin tökdü, özü də yandı .....                     Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... .....                     “Əhməd kimi bütün ailəni öldürəcəm...” .....                     Azər Qasımlının istintaqı başa çatdı .....                     MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan .....                     Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar .....                     DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib .....                     Avropa onu Azərbaycana təhvil verdi .....                     Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                 

“Bir sənətçi 40 yaşına çatıb və hələ də kredit ödəyirsə, hansı arzusu ola bilər?”
Tarix: 21-02-2014, 09:12 | Çap et
“Bir sənətçi 40 yaşına çatıb və hələ də kredit ödəyirsə, hansı arzusu ola bilər?”
Deyirlər, insanın taleyini bir çox amillər təyin edir. Kiminin adı onun həyat missiyasını müəyyənləşdirir, kimi seçdiyi sənətin açdığı cığırlarla addımlayır.

Bugünkü qonağım aktyor və şoumendir. Əsasən komik rolların ifaçısı kimi çöhrələrə təbəssüm bəxş etməklə məşğul olur. Bəzən özü ürəkdən gülə bilməsə də, güldürmək və xoş ovqat yaratmaq missiyalarının öhdəsindən gələ bilir. Adı Azər Axşamdır.

- Özünü təqdim edərdin?

- Aktyor, şoumen Azər Axşam. 1973-cü ildə Qax rayonunda anadan olmuşam. Ailədə 4 uşaq idik. Oyunbazlıq, artistlik etməyə uşaq vaxtından başlamışam. Ailədə bu sənəti tək mən seçmişəm. Ailəliyəm, 2 övladım var.

- Təqdimata ehtiyacın varmı?
- Hər bir kəsin təqdimata ehtiyacı var, anlamlı şəkildə.

- Aparıcılarda sevdiyin və ya sevmədiyin hansı xüsusiyyətlər var?
- Biri var aparıcı, biri var şoumen. Bunlar mənim üçün başqa-başqa şeylərdi. Çox vaxt bizdə qarışdırırlar, ya hamıya aparıcı deyirlər, ya da şoumen. Yəni bunu fərqləndirmək lazımdır. Bunlar seçilməlidi. Artıq televiziyalarda da itib bunlar. Baxırsan, aparıcı şoumenlik edir. Ümumiyyətlə, maraqsız aparıcıları xoşlamırsan. Bir də görürsən uyğun geyinmirlər. Təbii ki, kişilərə şamil edirəm sözlərimi. Hər bir insanın verilişə görə geyim tərzi olmalıdır. Azər Axşam 23-24 yaşında geyindiyi tərzdə 40 yaşında geyinə bilməz. O geyimin yeri yoxdu. Geyinsə də, o geyimin mənası olmalıdı. Nə istəyirsən elə, amma onun cavabını verməlisən. Əsas odur ki, insan özü olmalıdı.

- Özündə sevmədiyin hansı xüsusiyyətlər var?
- Çox təəssüf edirəm ki, özümü gözə soxa bilmirəm.

- Neçə ildir bu sənətdəsən?
- Artıq 15 ildi bu sənətdəyəm. Amma bir də görürsən ki, 1-2 il veriliş aparan insan özünü elə aparır ki, guya sən ondan dərs almısan. İnsanların bir-birinə, yaşına, sənətinə hörmət və sayğısı itib. Mənim az yaşım yoxdu. Məndən öndə Çina, Qorxmazdı, qalanları hamısı məndən sonra gələnlərdi. Şoumendən gedir ha söhbət. Mən indiyə kimi nə Çinaya, nə Qorxmaza sayğısızlıq etməmişəm, etmərəm də və yaxud heç vaxt demərəm ki, əşi onlar kimdi e. Mən Azər Axşam onlara baxıb nəsə götürmüşəm, püxtələşmişəm, sonra da Rusiyanın televiziya kanallarına baxmışam. Şükürlər olsun ki, mən heç kimə özümü bənzətməyərək Azər Axşam oldum. Amma baxırsan ki, bir ay çıxır efirə, səhər səni görəndə deyir, salam, Azər. Baxırsan ki, məndən 15 yaş kiçikdi. Elə bil ki, mənimlə bağçada bir olub. Bu sayğısızlıq bizi uçuruma aparır.

- Səndən sonra sənətə gələnlərin bir çoxu ad alıb. Bu ruhdan salmır ki səni?

- Gəl reallığa baxaq. Azər Axşamı heç bir serialda görmürlər. Əvvəl görürdünüz, indi yox. İndi seriallara ucuz aktyorlar axtarırlar, maksimum 50 manat versinlər. Bilirlər ki, Azər gəlib 50 manata heç vaxt çəkilməyəcək. İnanın, heç kimsə qıraqdan Azərlə maraqlanmır ki, bunu niyə çəkmirsiniz seriala. Söhbət tək Azərdən getmir, o qədər savadlı, yüksək səviyyəli aktyorlarımız var ki, indi onların nə vecinə Azər çəkilsin, çəkilməsin. Niyə Azərə 300-400 manat versin ki? Bir şey ki mal əti ilə qoyun ətinin qiymətindəki fərq kimidi. Mal əti alıb, qoyun əti kimi heç nə hazırlaya bilməzsən. Düzdü? Bu gün Azərbaycanda seriallar öz rejissorluq məktəbini böyütmək, serialı daha yuxarıya qaldırmaq üçün çəkilmir axı. Hamı asanlıqla pul qazanmaq istəyir. Fakt belədi.

- Mənim fikrimcə, indiki seriallarda professional aktyorlar çox azdır və ya heç yoxdur. Prodüserlər öz qohum-əqrəbalarını çəkirlər. Razısanmı mənimlə?
- Mən bu fikirlə tam razıyam. O, ucuz başa gəlir, çox pul ödəmək lazım gəlmir. Aktyor olmayanı aktyor edirlər. Onlar da efirə 1-2 dəfə çıxandan sonra deyirlər, mən ulduzam. O gün bir nəfər Xəzər TV-yə gələndə məni görüb deyir ki, salam, sənətkar, necəsən? Dedim, əstəğfürullah, sənətkar sənsən. “Aaa, Azər müəllim, niyə belə deyirsiniz?” deyə təəccübləndi. Dedim, sənətkar mən olsaydım, seriala məni çəkərdilər, səni yox. Qaldı belə. Çünki Azərə veriləcək 200 manat qarşısında 4 dənə aktyor çəkərlər. 14 faiz serialın reytinqi var, bəsdir. Yeri gələndə, televiziya da haqlı çıxacaq ki, 14-12 faiz reytinq verir. Heç mən Azəri çəkmirəm, mənim seriallarımın reytinqi var. Vəssalam.

- Bəs toylara necə, şoumen kimi dəvət alırsan?
- Olur. Dövlət tədbirlərinə də dəvət alıram. Düzdü, həftə səkkizlə olmur. Çağıranda da gedirəm. Toy da bizim folklorumuzdu. Mən sənətə toya görə gəlməmişəm. Mən toya gedirəm və heç kim deyə bilməz ki, Azər toy apara bilmir. Bir-iki adam olar ki, məndən yaxşı aparsın. O da Sovet dönəminin tamadası olar. Mən inanmıram ki, kimsə desin, Azər toyu apara bilmir. Bilirsən, indi tamaşaçı da efirə baxıb çağırmır axı. Kimə necə sərf edir, onu da edir. Ən böyük bəla aparıcı ilə şoumeni qatışdırmalarıdır. Bilirsiniz, mən kitabı harada bağladım özüm üçün? Azərbaycanda dünya şöhrətli В«MilyonçuВ» şousunun aparıcısı idim. Amma adım heç bir it dəftərində olmadı ki, axı bu cür şounun aparıcısı olub. Aparardı da kimsə, niyə Azər apardı? Elə bilirsiz ki, məndən qabaq seçim olmadı? Oldu. Gördülər ki, yalnız Azər apara bilər. Azəri çağırdılar, apardı və Azər alındırdı bu verilişi. Gör indi kimsə deyir ki, В«MilyonçuВ» şousunu aparan Azərdi? Bəlkə başqası aparsaydı, hər dəqiqə deyərdilər.

- Bu sənətdə çox arzuna çata bilməmisən?

- Heç bir arzum yoxdu, heç birinə çatmaq niyyətində deyiləm. Heç nə də arzulamıram artıq. Səbəb də budur ki, bir sənətçi 40 yaşına çatıb və hələ də kredit ödəyirsə, adi bir mikrorayonda beton evdə ipoteka ilə yaşayırsa, hansı arzusu ola bilər? Bir vaxtlar ağızdolusu Azər Axşamdı deyənlərin qarşısında bu şəraitdə yaşayıramsa, 40 yaşında hansı arzu ola bilər ki?

- Bəs mənzil şəraiti ilə bağlı harasa müraciət etmisən?

- Yox, müraciət etməmişəm. Dövlət də məcbur deyil ki, mənə ev versin. Məndən də pis gündə yaşayanlar görmüşəm. Utanaram prezidentimizə müraciət edim ki, mənə ev verin. Bunların yaşadığı evə baxanda mən Şəki Xan Sarayında yaşayıram. Mən həmişə çalışmışam ki, həyatda özümdən aşağıya baxım, yaşayım, sənətdə özümdən yuxarıya baxım, yaşayım.

- Azər, düzünü de, öz-özünə sual verirsən ki, birdən mən olmasam, bu ipotekanı nəylə ödəyəcəklər?
- Heç nə. İnanın, altı-yeddi ildi ipoteka ödəyirəm. Bəziləri var ki, çoxdan ödəyərdi. Mən belə düşünürəm ki, yəqin bunların əvvəldən quyularında su olub, ya da onlara gələn bulaq suyudur ki, bu sənətlə özlərinə villa tikdirirlər, hər şey edirlər. Mənə isə su bir səhər 7-də gəlir, bir də axşam 7-də. Bu müddət ərzində su tez boşalır.

- Amma qıraqdan baxanda çox imkanlı bir şoumen kimi görünürsən.

- Ola bilər. Bu millət kimi necə görürsə, elə də tanımaq istəyir. Yaxşı insanlar dünyadan köçəndən sonra yaxşılıqları üzə çıxır. Mən axı özümü gözə soxmuram. Efirə çıxanda mən haçan ağlamışam, artistlik etmişəm? Mən sənətdə artistəm, onlar həyatda artistdirlər. Mən həyatda artistliyi bacarmıram. Bir dəfə bir söz işlətdim. В«Bizim günВ» verilişində dedim ki, bəla odur ki, özünü tərif etmək olmaz. Bu nə sənətçiyə, nə müsəlmana yaraşan iş deyil. Bir müsəlman özü-özünü tərif etməz. Amma sonra başa düşürəm ki, niyə bir çoxları özlərini tərif etməyə başlayır. Çünki bizi tərif edən yoxdur. Bizim sənət incə, yaradıcı sənətdi. Biz layiqli tərifi eşitmək istəyirik. Biz üstün olduğumuzun fərqini hiss etmək istəyirik. Əfsus olsun ki, bu gün onu hiss etdirən yoxdur.

- Həyatda nəyin həsrətində olmusan?
- Həyatda yalnız layiq olduğum qiyməti almağın həsrətində olmuşam. Allah tərəfindən deyil, əstəğfürullah, cəmiyyət tərəfindən, dövlət tərəfindən. Mən indi gərək teatrda işləyəm ki, əməkdar artist adını alam. Heç bir teatrda işləmirəm. Bəyəm müğənnilərin hamısı Musiqili Komediya Teatrının, yaxud haranınsa solistidirlər ki, ad alırlar? Mən də televiziyada işləyirəm, dövlət üçün, millət üçün çalışıram da. Qismət. Yəqin Allah belə istəyir.

- Səmimiyyətinə inanıram, özündən savadlı gənc şoumen görəndə paxıllıq etmirsən ki?

- Vallah, hələ ki elə bir şoumen görmürəm. Bir çoxları var, istedadsız deyə bilmərəm. Biri var düşündürən gülüş, biri var hır-hır. ABBA televiziyasında işə başlayanda həmişə Qorxmaz Əlilidən məsləhət alırdım. Hətta Çinadan da soruşurdum ki, bu taktikanı belə edə bilərəm? Bir dəfə olmadı ki, biri gəlib Azərdən soruşsun ki, axı mən peşəkar aktyoram, filan məsələdə, yaxud rolda nə edə bilərəm? Çox təəssüf, Azərin yanında elə gəzirlər ki, Azəri cibimizə qoyub gəzərik. Onların bir çoxu KVN-dən gəlib. Bu, teatr məktəbi deyil axı. Bu gün onların səhvi odur ki, KVN-i teatrla bərabər tuturlar. Pantomima teatrında Bəxtiyar Xanızadədən dərs alışam, bir çox sənətkarlardan bəhrələnmişəm. Mən elə-belə Azər Axşam olmamışam. Bu gün kimsə məndən daha yaxşı şoumenlik edə bilsə, papağımı çıxarıb qoyub gedərəm. Bəxtiyar Xanızadənin qarşısında baş əyirəm. Bir nəfər mənim haqqımda ondan soruşanda, o demişdi ki, biri var istedad, biri var fitri istedad. Azər Şabanov artezian quyusudu. Heç vaxt tükənməyən bir quyudu. Bu mənim müəllimimin sözüdür. Mən həmişə demişəm Türkiyədən gəlib çəksinlər, yaxud Bakıdan, elə bir veriliş olsun ki, onu mən də aparım, başqa şoumen də. Əgər məndən üstün kimsə apararsa, gəlib hər kəsin qarşısında əlindən öpərəm. Deyərəm ki, sənə halaldı, mən məğlub olmağı da bacarıram, yerimi də verməyə hazıram. Layiqli biri gəlsin, deyərəm, buyur, qardaş, istedadlısan. Bax, bizdə Məcid var da, başlayıb şou aparmağa. Yeganə insandır ki, məndən sonra gəlib. Məndən soruşur ki, Azər, qardaşım, nə məsləhət görərsən, mənə bir bax da. O da mənə xoş gəlir. Bir vaxtlar o sözü mən demişəm Qorxmaz Əliliyə, Çinaya, bir baxardız da. Bu sayğıdı, hörmətdi. Mən Qorxmazla Çinanı görüb şoumen olmuşam. İndi kimsə də Azəri görüb şoumen olmaq istəyir. Burada qəbahət iş yoxdu. Səhər mənim də oğlum kimisə görüb, hansısa sənətin sahibi olacaq. Kimsə də sənə baxıb istəyəcək ki, sənin kimi yazar olsun. Mən efirə qrimsiz çıxıram. Deyirlər, niyə qrim etmirsən? Bilirsiz ki, В«Başla görəkВ»də bir də görürsən əlimlə üzümə toxunuram, mimikamla çox oynayıram. Qrimi vursam, tam oynaya bilmərəm. В«MilyonçuВ» verilişində qrim etdirirdim. В«Başla görəkВ» mənim evimdi. Kimisə alçalda bilmərəm axı. O, mənim evimə qonaq gəlib. Amma başqa aparıcıları görürəm də. Aparıcı elə danışır ki, elə bil Konstitusiya Məhkəməsinin sədridi. Heç hakimlər belə danışmır e… Efirdə olmaz. Aidiyyatı qurumlar buna fikir verməlidirlər. Tamaşaçı da baxır ki, filan aparıcının qılıncının dalı-qabağı yoxdu, heç kim ona söz deyə bilmir.

- Gözə, nəzərə inanırsan?
- Bəli, çox inanıram. Çünki Cənnət, Cəhənnəm də var. В«Qurani-KərimВ» də yazılıb, özünüzü gözdən-nəfsdən qoruyun.

- Şou-biznesdə özünü görürsən?
- Qətiyyən görmürəm. Fikir verirsinizsə, heç bir təqdimat mərasimində yoxam. Çağırmırlar da. Allah razı olsun! Bilirlər ipoteka ödəyirəm, gələ bilməyəcəm (Gülür). İnanın, mənə heç maraqlı deyil kimi çağırırlar. Əgər kimsə məni bəyənmirsə, gedib müsahibə versin, mən də cavabını verim.

- Səncə, çəkə biləcəyin yükü daşıyırsan?

- Allah-Təala çəkə bilməyəcəyi yükü bəndəsinə daşıtmaz.

- Qısqanc insansan?
- Yox, özümə arxayınam. Əgər kimisə qısqanıramsa, onu dəlicəsinə sevirəm. O da bir nəfər ola bilər.

- Ürəkdən haçan ağlamısan?
- Anadan doğulanda.

- Hazırda hansı yeniliyin var?
- Heç bir yeniliyim yoxdu. Ay bacı, nə tamaşaya çağıran var, nə seriala çəkən, nə də heç bir kanaldan hansısa verilişə dəvət edən. Azər Xəzər-də işləyə-işləyə heç kim onu çağırmayacaq. Bəla odur ki, bizim tamaşaçıların gözü tərəzi deyil. Azəri sevənlər var, bilirəm. Çünki o istiliyi görürəm.

- Deyəsən, əsəbi insansan?

- Kimsə sayğısızlıq edəndə əsəbiləşirəm.

- Ümidlərinin boşa çıxdığı vaxtlar çoxmu olub?
- Mən çox istəyirdim, amma dramatik rol verilmədi mənə. Televiziyanın özündə də ümidlərim boşa çıxdı. Qapanma gedir məndə. Hərdən elə olur ki, istəyirəm tərk edim bu sənəti. Deyirlər, niyə? Deyirəm, qoy belə gedim ki, desinlər, sənətdən küsdü, getdi. Deməsinlər, ruhən səhnədə öldü, getdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Bu gün, 13:02
Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər
Bu gün, 13:00
İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... - ŞƏRH
Bu gün, 12:52
“Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - ARAŞDIRMA
Bu gün, 12:47
Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib
Bu gün, 12:41
"Milk-Pro" ləğv olunur
Bu gün, 12:37
Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:31
YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi
Bu gün, 12:29
İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb
Bu gün, 12:25
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin məhkəmə baxışı təyin olunub
Bu gün, 12:21
Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İsrail nədən TƏLƏSİK ADDIM ATDI? - ÇÜNKİ...
Bu gün, 12:08
İsrail İranın hərbi obyektlərini belə vurub - DRON ÇƏKİLİŞİ
Bu gün, 12:04
Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar - NARAZILIQ VAR...
Bu gün, 12:01
Keçmiş bankir özünə yeni şirkət yaratdı
Bu gün, 11:52
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bu gün, 11:49
Rəsmi Bakı İsrailin İrana hücumuna belə REAKSİYA VERDİ
Bu gün, 11:45
İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? - AKTUAL
Bu gün, 11:35
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20
İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15
“Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12
Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07
Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06
“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02
Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01
Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54
Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru