Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                 

"Bunu azərbaycanlı olan hər kəs dərindən düşünməlidir"
Tarix: 10-02-2014, 09:40 | Çap et
"Bunu azərbaycanlı olan hər kəs dərindən düşünməlidir"
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, “məmə deyəndən pəpə yeyənə” hər bir azərbaycanlı tamaşaçının sevimlisidir...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, sənətin enişli-yoxuşlu yollarında ləyaqətini qoruyub saxlaya bilib...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, hələ uşaq vaxtlarından səhnənin tozunu udub...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, Azərbaycandan kənarda da Azərbaycan teatrını layiqincə təmsil edə bilib...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, Azərbaycanın ən ağır dönəmlərində Azərbaycan tamaşaçısının üzünü güldürməyə, könlünü oxşamağa nail olub...
Cahangir Noruzov o sənətkarlarımızdandır ki, qəlbində VƏTƏN SEVGİSİ və SƏNƏT EŞQİ daşıyır.
Ömrünün nə az, nə çox, düz 40 ilini teatr sənətinə həsr edən Cahangir Novruzovun 60 yaşı tamam olur. 60 yaşın astanasında çox sevdiyim SƏNƏTKARla görüşüb söhbət eləmək həmişə bu görüşün arzusunda olan biri üçün – mənim üçün böyük bir hadisə ola bilərdi. Amma aradakı məsafə, təəssüf ki, bu arzumun gerçəkləşməsinə əngəl törətməkdədir. Bu məqamda əlacım ancaq və ancaq virtual ünsiyyətə - “facebook” sosial şəbəkəsinə qalır. Doğrudur, bu cür ünsiyyət qabaq-qənşər oturub söhbət eləməyin yerini doldurmur. Heç “virtual müsahibə” də üz-üzə müsahibənin effektini vermir. “Canlı müsahibə” arzusu ilə “virtual müsahibə”ni diqqətinizə təqdim etməzdən öncə kiçik bir qeydə də ehtiyac duyuram:
- Bu müsahibə hesabat xarakteri daşımır...
- Bu müsahibə SƏNƏTKARın yaradıcılıq yoluna nəzər də yetirmir...
- Bu müsahibə heç təşkil olunmuş silsilə yubiley tədbirləri zəncirinin bir həlqəsi də deyil...
- Bu müsahibə sadəcə, “Cahangir Novruzov fenomeni”nin Azərbaycan mədəniyyətinə verdiyi əvəzsiz töhfənin qarşılığında hər bir Azərbaycan vətəndaşının duyduğu “SƏNƏTKARla ünsiyyət ehtiyacı”dır!!!


*** *** ***

- Siz həmişə sənətin zirvəsində olmusunuz. Hər sənətkara nəsib olmayan böyük tamaşaçı ordusunun sevgisini qazanmısınız. Bunları əldə etmək asan məsələ deyil. Nə idi sizi buradan çıxıb getməyə vadar edən səbəb?
- Yaşadığım zamanın zəruriyyəti, bir də sənətlə əlaqəsi olmayan, amma sənəti idarə etdiyini və hər şeyi bildiyini zənn edən özündən müştəbeh məmur zehniyyəti.

- Deyilənə görə, insan predmetdən uzaqlaşanda ona daha obyektiv yanaşa bilir. Bu mənada, sizin milli teatr sənətinin mövcud durumu haqqında fikiləriniz mənə, eləcə də, düşünürəm ki, oxuculara maraqlıdır. Cahangir müəllim, Türkiyədən baxanda Azərbaycanda gedən teatr prosesini necə görürsünüz?
- Azərbaycan teatrı bu gün daha böyük nailiyyətlərə sahib ola bilərdi. Çünki bunu haqq edəcək ənənələri və kökləri var. Ailəmizdən gələn inancıma görə belə deyə bilərəm: Teatr həyatımızı, düşüncə və duyğularımızı əks etdirən bərraq şüşədən emal edilmiş böyütəcli bir ayna olmalıdır. Ayna özünün əsasında bir müxalifdir, çünki məsum bir şəkildə hər şeyə rəğmən yalnız həqiqəti göstərir. Hər kəs gözdən qaçırdığı əskiklərini, öz gerçək halını görmək üçün baxar aynaya ki, nəyi düzəldəcəyini bilsin. Gələnəklərimizə görə də ayna həqiqətin və aydınlığın rəmzidir, nuru yansıdır. Bu səbəbdən də əsl teatr millətinin yoluna işıq tutan bir aydınlıq qaynağı olmalıdır. Bu işıqdan rahatsız olanlara da mən şairin sözü ilə cavab verə bilərəm: İşıqdan qorxan yarasalardır. Amma hər sahədə olduğu kimi, bacarığın da, bacarıqsızlığın da əsl səbəbi təhsildir.

- Azərbaycan və Türkiyə teatr proseslərini (həm yaradıcı, həm də təşkilati baxımdan) müqayisəli şəkildə analiz edərkən, hansı mənzərə yaranır?
- Bu anlamda müqayisə etmək məncə doğru olmaz. Çünki tamamilə radikal tarix ortamlarında yaranıb inkişaf yolu izləmiş teatrlardır. Biz rus və sovet teatrının təsiri altında inkişaf yolu görmüş, Stalin repressiyasını yaşamış bir tarixə sahibik. Türk teatrı isə Alman və Fransız teatr gələnəklərinin təsiri altında, Osmanlı siyasətinin basqısını və Cumhuriyət tərbiyəsini görmüş bir tarix yolu keşmişdir. Bizim teatrın aktyorlarının önəmli qazancı “Stanislavski sistemi” və Sovet sisteminin sənətə verdiyi önəmdirsə, Türk aktyorlarının qazancı isə Atatürkün qurduğu Cümhuriyyətin demokratik tərbiyəsinin verdiyi cəsarətdir. Bizim teatr bu cəsarətə, Türk teatrı da bizə miras qalan teatr təhsili sisteminə yiyələnə bilərsə, hər iki teatrın qazancı çox böyük olardı.

- Türk teatrından “bizim qarlı dağların ab-havası gəlirmi?” Türklərin teatrından “bizim durna gözlü bulaqların şırıltısı eşidilir-eşidilmir?” Bu teatrdan “Babəkin, Koroğlunun qılınclarının qığılcımı çıxır, ya çıxmır?”
- Bəzən gəlir, bəzən də heç gəlmir (gülür).

- Cahangir müəllim, yaratdığınız obrazlar bütövlükdə Azərbaycan mədəniyyətinin, obrazlı şəkildə desək, “duzu, istiotu, sumağı, zəfəranı, nanəsi, reyhanı, sarıkökü”dür. Obrazlarınızın “dadı hələ də tamaşaçıların” damağındadır. O dadı tamaşaçılarınıza yenidən dadızdırmaq fikriniz varmı?
- Sizin təbirlə cavab vermiş olsam: Usta aşçısı olan, gözəl bir mətbəxdə nədən bunu düşünməyim ki? Ciddi bir yaradıcılıq işi üçün mən hər zaman hazıram.

- Arzusunda olduğunuz, amma hələ də qura bilmədiyiniz bir tamaşa və ya yarada bilmədiyiniz bir obraz varmı ürəyinizdə? Əgər varsa, bu arzunuzu Azərbaycanda, ya Türkiyədə gerçəkləşdirmək istərdiniz?
- Yarada bilmədiyim, qura bilmədiyim deyil, hələ ki gerçəkləşdirməm nəsib olmayan əsərlər desək, yəqin ki, nəzərdə tutduğunuz fikri daha doğru ifadə etmiş olarıq. Var təbii ki... Özünü sənət adamı sayanın yaradıcılıq arzuları da olacaqdır. Bu arzuların həyata keçməsi üçün əsl yaradıcı şərait harada varsa, orada da gerçəkləşdirəcəyəm. Mən Uca Allahdan sadəcə güc diləyən, amma işlərimi tümilə öz əməyimlə, qeyrətimlə icra edənlərdənəm və indiyə qədər özüm üçün kimsədən bir şey istəmədim. Belə bir xasiyyətim yoxdur. Umarım Uca Yaradan yaradıcılıq arzularımın ancaq xəyallarımda qalmasına izin verməz.

- Cahangir müəllim, bu il 60 yaşınız tamam olur. Maraqlıdır, 60 illik yubileyinizi necə qeyd etməyi düşünürsünüz? Bu sevincinizi azərbaycanlı tamaşaçılarınızla bölüşməyi düşünürsünüz, yoxsa elə Adanada qeyd edəcəksiniz?
- Doğrusunu desəm, bu mənim düşünəcəyim bir məsələ deyil. Əgər 40 illik sənət fəaliyyətim və 60 illik həyatım Azərbaycanımıza yetərli dərəcədə yararlı olubsa və xalqımız tərəfindən bəyənilibsə, demək, bu Mədəniyyət Nazirliyimizin düşünüb planlaşdıracağı bir işdir. Mən özüm üçün qapı döyməm. Belə bir hərəkəti etik saymıram. Bu sayaq tədbirlər qiymət veriləcək insanın xəbəri olmayacaq bir şəkildə gerçəkləşməlidir, məncə. Məsələn, bu ilin yanvar ayının 16, 17, 18-i tarixlərində yaşayıb çalışdığım Adana şəhərində “Altın oran” düşüncə və sənət platformu dərnəyinin “Adanaya güc verənlər” adlı tədbiri gerçəkləşdirildi. Bu tədbir öz zəhməti və fəaliyyəti ilə Adana şəhərinin inkişafında önəmli rol oynayan insanlara adanalıların könül borclarını qaytarmaları, onların zəhmətlərinə qiymət vermək məqsədi ilə həyata keçirildi. Bu şəhərə güc vemiş, ömür həsr etmiş 25 nəfər seçildi və onlardan biri də mən idim. Bu mənim üçün həyatımda yaşadığım ən böyük sürpriz oldu. Bu 25 nəfərin professional fotoqrafçılar tərəfindən rəsimləri çəkildi, haqlarında kitablar yazıldı, hər birimiz üçün fəaliyyətimizi anlatan fotoqraf sərgisi düzənləndi. Sadəcə mənim 4000-ə yaxın foto rəsmim çəkildi. Tanımadığım insanların xəbərim olmadan mənim zəhmətimə yüksək bir səviyyədə dəyər verməsi 40 illik sənət fəaliyyətimə və 60 illik yubileyimə ən böyük hədiyyə oldu. Bu cür yüksək bir səviyyədə zəhmətə verilən qiyməti sadəcə mən deyil, həyatını və zəhmətini Azərbaycanımızın rifahı üçün əsirgəməyən bütün elm və sənət insanları umar. Belə bir davranış, təbii ki, alicənab insanlardan gözlənilə bilər.

- Cahangir müəllim, özünüz də etiraf edərsiniz ki, gedişinizlə Azərbaycan teatrında böyük bir boşluq yaratdınız. Azərbaycan teatrında bu boşluğu doldura biləcək potensial görürsünüzmü?
- Bu boşluğu mən yaratmadım, o zaman yaşadığım həyat şərtləri və hər şeyi bildiyini zənn edən özündən müştəbeh məmur zehniyyəti yaratdı. Kimsə kimsənin yerini dolduramaz. Özəlliklə də sənət aləmində... Hər bir fərdin öz şəxsi, kimsəyə bənzəməyən bir kimliyi var, düşüncə biçimi, sənət məntiqi var.

- Tələbələrinizlə münasibətiniz necədir? Onların arasında böyük bir tamaşaçı ordusunu ardınca apara biləcək potensial varmı?
- Tələbələrimin hamısını çox sevirəm, hər biri bənzərsiz bir aləmdir. 140-dan çox məzunumuz var və demək olar ki, onların hər biri mənim bir zərrəmi daşıyır. Demək, hər birində Azərbaycan sevgisi var. Aralarında böyük potensiala sahib olanları da az deyil. Çiyinlərində ağır tamaşaları daşıya biləcək gücləri və bunun üçün gərəkli bilgi və səriştələri də var. Azərbaycan realist teatr məktəbinin ən seçkin qanun və qaydaları ilə yetişdirdim onları.

- “Docendo discimus” – “öyrədərək öyrənmək” prinsipi Cahangir Novruzov üçün keçərlidirmi?
- Bu, yaradıcılığın “olmazsa olmaz” qanunudur.

- Təklif gəlsə, Azərbaycanda da pedaqoji fəaliyyətlə məşğul olmaq istəyərsinizmi?
- Burada, Türkiyədəki kimi, əgər təhsil verəcəyim tələbələri özüm imtahan edib qəbul edərəmsə, o təklifi də qəbul edərəm. Başqa cür olursa, əsla qəbul etməm.

- İndi 60 yaşlı zirvədən baxan REJİSSOR, AKTYOR və PEDAQOQ Cahangir NOVRUZOVa görə XXI əsrin teatrı necə olmalıdır?
- İnsanlıq dəyərlərinin ucuzlaşdığı, mənəviyyatın maddiyata satıldığı bir dövrdə milli və mənəvi miraslarımızın nəsillər üçün qorunub saxlanması naminə, İNSANI İNSANA İNSAN kimi anladan bir teatr olması gərəkdiyinə inanıram.

- Cahangir ZEYNALOV, Nəsibə ZEYNALOVA, Cahangir NOVRUZOV… Azərbaycan teatrına böyük töhfələr bəxş edən bu varislik ənənəsi davam edəcəkmi?
- Ümid edirəm ki, davam edər, amma bir nəsillik aradan sonra. Əslində, ara yoxdur, zəmanədən dolayı bir gözləyiş var. Hər bir millətin gələcəyi onun gənclik kütləsidir. Bu gəncliyin də istedadlı qismi çağın qazanc gətirən prestijli sənətlərinə yönəlirlər. Bu gün Azərbaycandakı sosio-psixoloji ortam, əfsuslar olsun ki, teatr sənətinin prestijli səviyəyə yüksəlməsi üçün əlverişli deyil. Bu gün aktyorun məcburən tamadalıq edərək çörək pulu qazanması bizim millətin tarix boyu yaşayıb əldə etdiyi mentalitetinə yaraşmaz. Bunu azərbaycanlı olan hər kəs dərindən düşünməlidir. Mədəniyyətimizin məsuliyyətini daşıyan şəxslər sənətə və sənətkara qiymət verməyi yaxın tariximizin əsas siması olan mərhum Heydər Əliyevdən öyrənmələri gərək.

- Sonda bilmək maraqlı olardı, eşitmək istədiyiniz, amma eşitmədiyiniz, yaxud eşitmək istəmədiyiniz, amma eşitdiyiniz sual oldumu?
- Ortaya atılan hər sual günümüzün zəruriyyətindən doğar. Bu suallarınız da, mənim verdiyim cavablar da yaşadığımız bu zəmanənin zəruriyyətidir.

- Dəyərli zamanınızı sərf edib, suallarımı cavablandırdığınız üçün sizə minnətdaram...
- Təşəkkür edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu Zaryanı ələ keçirdi
Bu gün, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Bu gün, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Bu gün, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Bu gün, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Bu gün, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Bu gün, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Bu gün, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Bu gün, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Bu gün, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Bu gün, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Bu gün, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Bu gün, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Bu gün, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Bu gün, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Bu gün, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Bu gün, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Bu gün, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Bu gün, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Bu gün, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru