Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                 

Musiqisiz komedigəzişmə - TELLİ PƏNAHQIZINDAN
Tarix: 11-01-2014, 14:15 | Çap et
Musiqisiz komedigəzişmə
1-ci şəkil: Ovqat

...Dəhlizdə, pilləkənin başında bir-birinin gözünün içinə baxaraq çiyinlərini qaldırıb maraqla qaş-gözünü süzdürən və "Bizi niyə çağırıblar?" sualını dodaqlarının ucundan geri qaytararaq hislərini büruzə verməməyə çalışan, ara-sıra bağlı qapıya doğru boylanan bir dəstə adam.
Qəbul otağında sakitlik olsa da, ortada bir azca gərginlik də var. Tez-tez qarşısındakı vərəqdəki siyahıya göz gəzdirib gələnlərin adı qarşısına yekə bir "quş" qoyan Sevda xanımın "başlayaq, vaxtdır!" - komandası ilə mətbəxə cuman qızların təşvişinə biganə qalan Vidadinin mənalı-mənalı qımışması da qəribə bir ovqat yaradır. Açılan qapıdan içəri boylanmağa macal tapan bir nəfər nəsə öyrənmək ümidiylə Vidadini əl havasına dəhlizə çağırır. O isə sanki heç kimi görmür, heç kəsi eşitmir. Stolun üstündəki telefon zəng çalır və Sevda xanım hövlank özünü yetirirərək dəstəyi qaldırmağı ilə yerinə qoymağı bir olur:
- Vidadi, camaatı içəri dəvət elə...
Vidadi şəstlə dəhlizə sarı addımlayır. Açılan qapıdan içəriyə sərin hava axını dolur.

2-ci şəkil: Bəzəkli masa

...Hər kəs çaşqın, hər kəs təəccüb içində bir-birinin üzünə baxır. Hər kəs direktor otağında yaradılan bu qeyri-adi ab-havanın səbəbini anlamağa çalışır. Məsələdən hali olanlar da artistlik edirlər, bilənlər bilməyənlərdən daha çox heyrətləndiklərini göstərmək istəyir. Axı bura TEATR-dı.
Nazim Əliverdibəyov bığlarını tumarlayir, Yusif Əkbərov boş kreslolardan birinə sarı yönəlir, İham Namiq Kamal ehtiramla içəridəkiləri salamlayır, Nahidə xanım gözucu masanın səliqə-səhmanına fikir verir. Çingizin gözünün içi gülür. Fatma xanım qayğılıdır. Ema xanım oturduğu yerdəcə dizlərini sığallıyır. Bayırda Günəş işarsa da, hava soyuqdur, ustəlik, dünəndən maqnit qasırğası da elan eləyiblər.

3-cü şəkil:

Əliqismət müəllim yan otaqdan çıxır. Hər kəs ayağa qalxır və direktor gülə-gülə:
- Hamınız xoş gəlmisiniz, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bir daha hamınızı təbrik eləyirəm və hər birinizə ailə səadəti, xoşbəxtlik, uğurlu tamaşalarda gözəl rollar və bolluca tamaşaçı alqışı arzulayıram. Bir də istəyirəm ki, həmişə, hər yerdə həmrəy olaq, bir-birimizi sevək, bir-birimizə dayaq olaq.
Hər kəs astadan, Elxan müəllimsə dəvətlilərin adından:
- Çox sağ olun, müəllim, biz də sizi təbrik edirik - deyir.
Ema xanım ağrıyan ayağını gücə salmamaq üçün bir əlini direktor masasının küncünə qoyub, ürəyindən keçirdiklərini dilə gətirməyə tələsmir hələ.
- Bilirsiniz də, - teatrın direktoru Əliqismət Lalayev bir az uzaqdan başlayır, - bizim teatrın yaşı artıq bir əsri ötüb, binamız təmirdən və əsaslı bərpadan sonra bu yaxınlarda istifadəyə verilib, adı yenilənib. Bu həm də bizim məsuliyyətimizi daha çox artırır, ciddi və gərgin iş rejiminə keçməyi tələb edir... Bu barədə dəfələrlə danışmışıq və hələ yenə də danışacağıq. Yeni binada yeni tamaşalar hazırla-malıyıq və deyim ki, artıq bir neçə yeni əsər üzərində işə başlanılıb, məşqlərimizə start verilib. Amma biz bu barədə növbəti iclaslardan birində daha ətraflı fikir mübadiləsi aparacağıq. Bu günsə...

4-cü şəkil:

Sevda xanım əlində sini otaga girir. Pürrəngi çayın ətri masanın üstünə düzülmüş müxtəlif çeşidli şirniyyatın ətrinə qarışır. Direktor çay dolu fincanlardan birini əlinə götürür və bayaqdan bəri səbirsizliklə bu dəvətin səbəbini bilməyə tələsən əməkdaşlara müraciətlə:
-Buyurun çay süfrəsinə - deyir - məncə, bayaqdan bəri sizin üçün ən maraqlı məqam məhz bu ola bilər. Biz yeni ilin ilk on günlüyündə iki sənətkarımızın -respublikanın xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamalın və teatrımızın aktrisası Ema xanım Məlikovanın 65 yaşını qeyd etmək üçün bir araya gəlmişik.
Hər kəs öz içində yüngül və rahat bir nəfəs alır və təbriklər, əlsıxmalar, öpüşmələr bir neçə dəqiqə davam edir. Ema Məlikovanın gözləri yaşarır, əlindəki dəsmalı üzünə aparır, bununla da sanki həyəcanını, bir azca da olsa, ovutmağa çalışır.
- Bu sənət fədailərinin hər ikisinin Azərbaycan teatr sənətinin inkişafında, xüsusilə bizim teatrın yaradıcılıq salnaməsində çox önəmli yeri var və mən bütün kollektivimiz adından sizə uzun və mənalı bir ömür arzulayıram.
Hamı əl çalır, Əliqismət Lalayev həm İlham Namiq Kamala, həm də Ema Məlikovaya hədiyyələr təqdim edir və sözü onların sənət dostlarına, uzun illər çiyin-çiyinə çalışdıqları insanlara verir. Teatrın baş rejissoru Yusif Əkbərov, baş dirijor Nazim Əliverdibəyov, xalq artisti Fatma Muxtarova, aktrisa Nahidə Orucova, əməkdar artist Novruz Qartal həmkarlarını bu şərəfli ömür yolu münasibəti ilə təbrik edirlər.

5-ci şəkil:

Qapı açılır və Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov içəri girir və gülə-gülə deyir:
- Bu tıxacları qoymur ki, vaxtında-vədəsində istədiyin yerə çatasan. Vallah, bayaqdan bəri ilişib qalmışıq Azneft dairəsində, ordan necə çıxdıqsa, sürücüyə dedim, sən teatrın bərabərində saxla, mən birtəhər yolu keçərəm. Ancaq görürsünüz də, yenə gecikdim...
- Əsas odur ki, siz bizimləsiniz, burdasınız, Azər müəllim - Əliqismət Lalayev deyir. - Önəmli olan da budur ki, siz vaxt tapıb bizim işçiləri, öz sənət dostlarınızı təbrik eləməyə gəlmisiniz.
Azər Paşa müəllimin eyni açılır:
- Həm də əliboş gəlməmişəm. Hər ikisinə rəhbərlik etdiyim ittifaqın Fəxri Fərmanını gətirmişəm və onları yubanmadan təqdim etmək istəyirəm.
Ömür nərdivanının bir pilləsini də arxada qoyan "cavanlar" məmnuniyyətlə bu diplomları qəbul edirlər. Kimsə yerindən dillənir:
- Gün o gün olsun ki, 70 yaşınızda daha böyük mükafatlara layiq görüləsiniz.
İlham Namiq Kamal gülə-gülə:
- Azər Paşa müəllim, bu fərmandan ikinci dəfə vermirsiniz? Mən istəyirəm 70 illiyimdə də onu siz öz əllərinizlə mənə təqdim edəsiniz.
- Mən 3 il onlardan qabaq çatacam ha, 70-ə! - bunu da əməkdar artist Novruz Qartal deyir. - Mənim diplomumu indidən yazın, hazır qalsın!
Hamı coşğu ilə əl çalır, içəridə bürkülü bir hava var, insanların nəfəsi, buğlanan çayların buxarı, kondisionerin istisi...

6-cı şəkil:

Hamı İlham Namiq Kamalı və Ema Məlikovanı bir daha təbrik edir, hər ikisinə möhkəm cansağlığı arzulayır. Ema xanımın dəsmalı islansa da, yenə gözlərini silir.
- Niyə ağlayırsınız, ay Ema xanım, şükür Allaha, bu yaşacan gəlib çatmısınız. Bu teatrda yaddaqalan rollar oynamısınız, camaatın hörmətini, kollektivin məhəbbətini qazanmısınız, bu hər aktrisaya nəsib olmur ha! - bunu da gənc tənqidçi Vəfa söyləyir.
- Yox, ay qızım, deyəsən kipriyim qatlanıb, gözüm də elə bu səbəbdən yaşarır - Ema xanım təmkinini qorusa da sevincini gizlədə bilmir - Əlbəttə, şükür eləyirəm! 65 il yaşamışam, bu az deyil, bilirəm! Amma inan mənə, elə bilirəm bir göz qırpımı kimi gəlib keçdi illər. Sizə canım qurban, siz cavanlar mənə hörmətlə yanaşırsınız. Eşitdiniz də Əliqismət müəllim də, Azər Paşa müəllim də bizim sənətimiz haqqında necə gözəl sözlər dedilər. Ona görə də hələ Allahdan bir az da möhlət istəyirəm. Arzu edirəm ki, ömrümün ən gözəl illərini həsr etdiyim bu sənət məbədində bir az da çalışım, yeni rollar oynayım.

7-ci şəkil:

Növbə mənə də çatır, təriflər, təbriklər, arzular və nəhayət, son sual:
- Ema xanım, daha diziniz ağrımır deyəsən?
- Yox, canım, elə bil heç axşamdan bəri kələyimi kəsən onun ağrısı deyilmiş.
- İlham müəllim, 55 yaşında sizdən müsahibə götürəndə demişdiniz ki, bu beş rəqəmləri mənə nağaranın qoşa çubuğunu xatırladır. Çal ki, çalasan, səsi daha gur gəlir... Bəs 65 rəqəminin yaratdığı təəssürat necədir?
- 6... Sanki çubuğun birinin bir ucu yumurlanıb. Bu çomaq müdriklərin yol yoldaşı, səyyahların, dərvişlərin silahı olub bəzən. İnsanların çiynində gəzdirdiyi çomaq kimidir o, istər söykən, istər başının altına qoy, istər dara düşənə uzat, istəyirsən yenə nağara göyəclə onunla! Bilirsiniz də, iri nağaralar məhz belə çubuqla çalınanda daha əzəmətli səslənir... İndisə, icazə verin, mən də yaşıdımı təbrik edim:
- Ay Ema xanım, gəl yaşımızı qarışdıraq, sonra bölərik... Ya da ki, mən onun hamısını sənə bağışlamaq istəyirəm, götür, apar, sağlığına qismət.
- Yox, canım-gözüm, mən qurdnan qiyamətə qalmaq istəmirəm. Gəl belə eləyək. Mən payıma düşəni də verirəm sənə. Çünki siz 4 nəfərsiniz.
- 4 nəfər haradan olduq, ay Ema xanım?
- Necə yəni haradan? Mən deyim, sən də barmağını qatla!
- De gəlsin, qadoyu alım...
- Bax, o 130-u 4 yerə bölsək, hərəyə 32 ildən bir az artıq düşür, ya yox?
- O necə olur axı, canım, sən niyə onu 4 yerə bölürsən ki?
- Bax, 32 il İlhamın, 32-si Namiqin, 32-si Kamalın, 32 il də Əhmədovun payı... Orada qalır cəmi-cümlətanı 2 il, onu da mən götürürəm; biri Emanın, biri də Məlikovanın. Etirazın-filanın yoxdur ki?
İlham Namiq Kamal Əhmədov illərdən bəri eyni səhnəni paylaşdığı həmyaşıdının əlini sıxır:
- Halal olsun, çox ədalətli bölgüdür!

P.S. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən bu mini yubiley tədbirindən çıxanda hava yenə soyuq idi. Günəş buludların arasında gizlənmişdi. Amma mən inanırdım ki, Ema xanımın ayağı heç axşam da ağrımayacaq, İlham müəllim yenə "canik, mən hələ ki cavan oğlanam, 32 yaş nədir ki?!" deyəcək.
Məncə, bu daha yaxşıdır! Axı insan illəri vecinə almayanda, onu şövqlə, məhəbbətlə yaşayanda daha rahat olur! \ kaspi.az \\

Telli Pənahqızı
Musiqisiz komedigəzişmə
Musiqisiz komedigəzişmə
Musiqisiz komedigəzişmə










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu Zaryanı ələ keçirdi
Bu gün, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Bu gün, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Bu gün, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Bu gün, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Bu gün, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Bu gün, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Bu gün, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Bu gün, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Bu gün, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Bu gün, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Bu gün, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Bu gün, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Bu gün, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Bu gün, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Bu gün, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Bu gün, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Bu gün, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Bu gün, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Bu gün, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru