Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… .....                     Əliyev və Paşinyan Rusiyaya qarşı... .....                     Ukrayna Donetskdən geri çəkilərsə... .....                     Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi .....                     Avropa könüllülər koalisiyası döyüşdən qaçır .....                     Bakı bunları əldə etdi, İrəvan isə… .....                     ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! .....                     Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                     Neft Daşlarında QANUNSUZ BALIQ OVU... .....                     Okeanın o tayından Qafqaza .....                     Vaşinqtonda gorbagor olan iki “miras”: .....                     Zəngəzur coğrafiya deyil, .....                     “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? .....                     "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" .....                     Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... .....                     Tramp Zelenskinin də .....                     Xızının icra başçısı da qanunları ayaqlar altına atır... .....                     Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... .....                     Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? .....                     Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... .....                     Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? .....                     Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb .....                     İrəvan razılaşdı, Azərbaycana yeni status verildi .....                     Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? .....                     “Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... .....                     Qafqaz evi ideyası yenə gündəmdə .....                     Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? .....                     Füzuli DAİM-də DAİMİ PROBLEM... .....                     Etalon Hospitalda daha bir qalmaqal .....                     Ukraynanın dərinliklərinə doğru irəliləmək... .....                     Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır .....                     Vaşinqton zirvəsinin əks-sədası .....                     Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? .....                     Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq .....                     Nazirlik əməkdaşı yol qəzasında öldü .....                     "Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" .....                     "Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" .....                     Ərindən ayrılan qadının sevinci gündəm oldu .....                     Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur .....                     “İran Zəngəzuru o döyüşdə itirdi” .....                 

Rəşad Dağlı ilə bağlı xəbərlərdə yolverilməz olanlar... - Ekspertlər danışır
Tarix: 11-11-2022, 08:37 | Çap et
Rəşad Dağlı ilə bağlı xəbərlərdə yolverilməz olanlar...
İki gündür meyxanaçı Rəşad Dağlının qətl törətdiyini deyərək polisə təslim olması, bu hadisə ətrafında gedən müzakirələr gündəmdən düşmür. Bəzi sosial şəbəkə istifadəçiləri yolverilməz şərhlər bildirərək narkotik alverçisini öldürməkdə ittiham edilən ifaçıya dəstək olmağa çalışarkən, digərləri adekvat reaksiya göstərərək qətlə heç bir halda bəraət verilməli olmadığını qeyd edirlər.

DİA.AZ bildirir ki, məsələdə diqqətçəkən məqamlardan biri də bu tipli xəbərlərin tirajlanması zamanı yol verilən səhvlər, oxucunu yönləndirmələrdir. Bəs ekspertlər nə deyir?

Hadisə ilə bağlı “Qafqazinfo”ya danışan media eksperti Ələsgər Məmmədli düşünür ki, medianın xəbərləmə siyasətində xeyli xətalar hiss olunub: “Təqdim olunan materialların hər birində ölümün təsviri var idi. Həm də konkret olaraq baş vermiş cinayətin artıq təsbit olunmuş fakt kimi təqdim olunması ciddi problemdir. Təqsirsizilik prezumsiyası baxımından hətta şəxs etiraf edib polisə təslim olsa belə, yenə də bu, sadəcə və sadəcə ehtimaldır. Məsələnin mediada geniş müzakirə olunması anlaşılandır.

Çünki nəticə etibarilə Rəşad Dağlının ictimai nüfuzu var. Media bu aspektdə müzakirələr apararkən daha çox peşəkarların mövqeyinə üstünlük versə, daha yaxşı olar. Ümumiyyətlə, bir hadisədə cinayətin qurbanı olmuş şəxsin təhriketmə ehtimalı olsa belə, cinayəti haqlı görən heç bir ictimai çıxış olmamalıdır. Çünki bu tip münasibətlər gələcəkdə də bənzəri hadisələrə nümunə təşkil edə bilər. Media xüsusilə bundan qaçmalıdır və onlar çalışmalıdır ki, heç bir halda bu məsələlər insanlarda neqativ əhval-ruhiyyə yaratmasın”.

Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə əlaqədar “Qafqazinfo”ya bildirib ki, Rəşad Dağlını tənqid etmək məsələdən çıxış yolu deyil və bu məsələni həll edə bilməz: “Heç Rəşad Dağlı olmasın, başqa hər hansı bir şəxsin törətdiyi hadisə olsun, hadisəni törədəni tənqid etmək məsələyə birtərəfli yanaşmaqdır. Bu insanlar hər hansı kriminal aləmin üzvü, cinayətkar dəstə, terrorist deyillər. Deməli, mühit bu hadisənin ortaya çıxmağında mühüm rol oynayır. Biz elə etməliyik ki, ölkədə mühiti dəyişək.

Bunun üçün humanitar-sosial siyasətimizi dəyişməliyik. Buna görə də bəzən tələsik çağırışlar da eşidirik ki, meyxananı qadağan etmək lazımdır. Belə şey etmək olmaz. Məsələdən çıxış yolu ölkədə hadisələrə elmi baxımdan yanaşmaq, elmi tövsiyələr əsasında yumşaq müdaxilələr etməyə yönəlməlidir. Bunun üçün də ölkədə xeyli həqiqi, ciddi elmi araşdırma mərkəzləri olmalıdır. Həqiqi ciddi sosial işçilər yetişdirilməlidirlər. Onların köməyi ilə elmi təminatlı cəmiyyət olmalıdır”.

Müzakirələrin hüquqi tərəfləri barədə isə vəkil Zibeydə Sadıqova ilə danışdıq. Ailə-məişət məsələləri üzrə ixtisaslaşmış vəkilin sözlərinə görə, bizim qanunvericilik heç bir halda fərq qoymur ki, kimi öldürmək olar, kimi yox:

“Peşəsindən, kimliyindən asılı olmayaraq, adam öldürmək cinayətdir. Əgər hansısa adamın hərəkəti qanunsuzdursa, həmin şəxs barəsində şikayət edilməlidir. Bundan sonra həmin şəxslə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Mətbuatdan oxuduğum qədər İsgəndər Mehdiyev Rəşad Əmirova qarşı təhqiramiz sözlərdən istifadə edib. Yaxşı olardı ki, Rəşad Dağlı bununla bağlı hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edərdi. Heç bir cinayətə haqq qazandırılmamalıdır.

Rəşadın səmimi peşiman olması, polisə könüllü təslim olması, bu, yüngülləşdirici haldır. Bundan başqa, himayəsində azyaşlıların olması da, cəmiyyət tərəfindən sevilməsi də, hakim tərəfindən nəzərə alına bilər. Amma bu, onu məsuliyyətdən azad etmir. İctimai şəxslərin cinayətə haqq qazandırması yolverilməzdir. Bu, sabah ona yol verə bilər ki, cəmiyyət tərəfindən sevilməyən insanları rahatlıqla öldürsünlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Bu gün, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Bu gün, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Bu gün, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Bu gün, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Bu gün, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Bu gün, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Bu gün, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Bu gün, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Bu gün, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Bu gün, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Bu gün, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Bu gün, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Bu gün, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Bu gün, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Bu gün, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Bu gün, 09:16
Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Bu gün, 09:08
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Bu gün, 09:00
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Bu gün, 08:59
İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Bu gün, 08:56
Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Bu gün, 08:53
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Bu gün, 08:51
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Bu gün, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Bu gün, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Bu gün, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Bu gün, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Bu gün, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Bu gün, 03:51
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Bu gün, 03:48
Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Bu gün, 03:45
"Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:41
"Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Bu gün, 03:39
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Bu gün, 03:30
Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 03:28
“İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Bu gün, 03:26
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Bu gün, 03:23
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Bu gün, 03:21
Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Dünən, 15:41
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Dünən, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Dünən, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Dünən, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Dünən, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Dünən, 11:38
Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Dünən, 11:26
Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Dünən, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru