"Opera səhnəmizin neçə yaşı varsa, oradan 30 il mənim ömrümə yazılıb"
Tarix: 4-11-2022, 09:44 | Çap et
 “İnsanda öncə eşq, sevgi olmalıdır. Eşq olanda bütün uğurlara çatmaq, nailiyyətləri əldə etmək asan olur. İstər işinə, istər ailənə, istər xalqına, vətəninə sevgin olmasa sən necə yaşaya bilərsən? Bütün bu sevgilər birləşir və insan sənətini və insanları sevir. Biz heç vaxt düşünməməliyik ki, bu həyat mənə verilibsə, onu istədiyim kimi yaşayacağam. Xeyr! Bu həyatı yaşayacaqsan, istədiyin kimi də yaşaya bilərsən. Amma sən əhatəni, çevrəni, yaxınlarını, xalqını nəzərə almalısan. Hər bir sənətkar hansısa xarici ölkəyə gedib musiqimizi təmsil edəndə səhnəyə çıxıb oxumazdan əvvəl görkəmi insanlara onun haqda haqda məlumat verir. Sən hansı ölkədən gəlmisənsə onun nümunəsisən. Bunları biz hər zaman yadımızda saxlamalıyıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli sənətkar Şəkinə İsmayılova deyib. O, daha sonra əlavə edib.
“Dünyanın 50-yə yaxın ölkəsində muğamımızı təmsil və təbliğ etmişəm. Orada bir Azərbaycan qadını olaraq səhnəyə çıxmışamsa, belə bir məsuliyyətli iş mənim boynuma düşübsə mən necə ona məsuliyyətsiz yanaşa bilərdim?! Ən gözəl sevgi xalqın sənə olan sevgisidir. Xalq səni necə qəbul edirsə əlbəttə ki, sən həmin insansan. Çünki hər bir şeyi həyatda qazanmaq olar. Bəzən deyirlər ki, pul hər şeyi həll edir. Pul hər şeyi həm həll edir, həm də həll etmir. Müəyyən bir zirvəyə gəlib çatırsan. Oraya gəlmək də çətindir, qalmaq da. Muğam sənətini bizim kişi xanəndələrimizlə yanaşı qadınlarımız da yürüdüblər. Xanım sənətkarlarımızı unutmaq olmaz. Əgər bu gün bizim muğamımız dünyaya səs salıbsa burada xanım ifaçılarımızın da çox böyük rolu var. Bu gün missiyamız da bizə gələn xanım xanəndəlik məktəbini tələbələrimizə ötürməkdir. Bu sənət yaşamalıdır. Mən sənətə gələndə o vaxtkı dövr başqa idi. İndi atalar, analar qızlarının sənətdə olmasına sevinir. Amma mənim vaxtımda valideynlər də qızlarının bu sənətə gəlməsinə narazı idilər. Nə yaxşı ki, gözəl insanlar, o istedadı görən böyük şəxsiyyətlər var idi. Opera səhnəsinə yeni gəlmişdim. Rəşid Behbudov kimi böyük sənətkarın nəzərini cəlb etmək elə böyük bir xoşbəxtlik idi ki. Çünki o dövrdə çox gənclər istəyərdilər ki, Rəşid Behbudov onları da getdiyi səfərlərə aparsın” deyə sənətkar bildirib. Xalq artisti opera səhnəsində oynadığı obrazlardan da danışıb.
“Opera səhnəmizin neçə yaşı varsa oradan 30 il mənim ömrümə yazılıb. Fəxr edirəm ki, bu 30 il mənə qismət olub, orada elə böyük sənətkarlarla səhnə bölüşmüşəm ki, hərəsi bir tarixdir, kitabdır. Leyli kimi ilk dəfə səhnəyə çıxanda mənim tərəf müqabilim, Məcnun rolunun ifaçısı böyük sənətkarımız Canəli Əkbərov olub. Mən teatra gələndə orada 3 böyük xanım xanəndə-Rübabə Muradova, Zeynəb Xanlarova və Nəzakət Məmmədova Leyli obrazını ifa edirdilər. 17 il fasilədən sonra mən teatra gəlmişdim. O illərdə olan Məcnunlara da mənimlə tərəf müqabili olmaq maraqlı idi. İkinci dəfə Arif Babayevlə, daha sonralar isə Baba Mahmudoğlu, Alim Qasımov, Mənsum İbrahimovla tərəf müqabili olmuşam. Mənsum İbrahimovdan sonra bir neçə Məcnunlar da oldu, amma yaradıcılığımın elə bir dövrünü yaşayırdım ki, mən özüm seçim edirdim. Mənsum İbrahimovdan sonrakı Məcnunlarla səhnəyə çıxmadım” deyə xanəndə bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:35 |
|
|
|
• İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Bu gün, 14:32 |
|
|
|
• Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Bu gün, 13:06 |
|
|
|
• Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Bu gün, 13:04 |
|
|
|
• Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Bu gün, 11:48 |
|
|
|
• Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Bu gün, 11:41 |
|
|
|
• Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Bu gün, 11:39 |
|
|
|
• ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29 |
|
|
|
• Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Bu gün, 11:08 |
|
|
|
• Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Bu gün, 11:00 |
|
|
|
• Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Bu gün, 10:30 |
|
|
|
• Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Bu gün, 10:27 |
|
|
|
• Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Bu gün, 10:24 |
|
|
|
• “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Bu gün, 09:46 |
|
|
|
• "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Bu gün, 09:45 |
|
|
|
• Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Bu gün, 09:40 |
|
|
|
• Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Bu gün, 09:37 |
|
|
|
• Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Bu gün, 09:19 |
|
|
|
• Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10 |
|
|
|
• Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Bu gün, 09:08 |
|
|
|
• Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Bu gün, 09:00 |
|
|
|
• Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Bu gün, 08:59 |
|
|
|
• İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Bu gün, 08:56 |
|
|
|
• Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Bu gün, 08:53 |
|
|
|
• “Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Bu gün, 08:51 |
|
|
|
• Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Bu gün, 04:21 |
|
|
|
• Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Bu gün, 04:18 |
|
|
|
• Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 04:15 |
|
|
|
• Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 04:10 |
|
|
|
• Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Bu gün, 04:03 |
|
|
|
• Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Bu gün, 03:55 |
|
|
|
• Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Bu gün, 03:54 |
|
|
|
• Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Bu gün, 03:51 |
|
|
|
• Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Bu gün, 03:48 |
|
|
|
• Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Bu gün, 03:45 |
|
|
|
• "Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:41 |
|
|
|
• "Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Bu gün, 03:39 |
|
|
|
• Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Bu gün, 03:30 |
|
|
|
• Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 03:28 |
|
|
|
• “İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Bu gün, 03:26 |
|
|
|
• İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Bu gün, 03:23 |
|
|
|
• Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Bu gün, 03:21 |
|
|
|
• Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Dünən, 15:41 |
|
|
|
• Ermənistandan sülh mesajı: - Bayram günüdür
Dünən, 12:51 |
|
|
|
• Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Dünən, 12:28 |
|
|
|
• “Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Dünən, 11:44 |
|
|
|
• BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Dünən, 11:38 |
|
|
|
|