"Rus dilinin bizim üçün ciddi önəmi var" - Qulu Məhərrəmli
Tarix: 19-05-2022, 08:25 | Çap et
 Azərbaycanda rus dilində tədrislə bağlı narahatlıqlar tez-tez gündəmə gəlir. Özəlliklə, ibtidai siniflərdə rus dilinə maraqla bağlı ziddiyyətli fikirlər var. Mövzu tez-tez müzakirə olunduğundan belə bir yanaşma formalaşıb ki, sanki bu hal kütləvi xarakter daşıyır. Lakin ekspertlər bu qənaətdə deyil.
Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Azərbaycanda 300-dən çox ümumtəhsil məktəbində rus bölməsində təhsil alan şagirdlərin sayı 156 mindən çoxdur. Təhsil naziri Emin Əmrullayev bu yaxınlarda azərbaycandilli məktəblərdə ibtidai siniflərdə rus dilinin tədrisi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, şagirdlər nə qədər xarici dil bilsə, yaxşıdır: “Azərbaycanda ümumitəhsil müəssisələrində əsas xarici dil və ikinci xarici dil tədris olunur. Üç xarici dil tədris etmək həm maddi, həm pedaqoji baxımdan suallar yaradır.Fikrimcə, uşaqlarımız öz dilimizi unutmamaqla daha çox dil öyrənməlidirlər. Aşağı yaşlarda nə qədər çox dil öyrənərlərsə, bir o qədər asan və tez olar”.
Rus dili millətlərarası ünsiyyət dilidir, eyni zamanda mədəniyyət daşıyıcısıdır. diaaz.space-ın məlumatına görə, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, rus dilinə maraq təbii prosesdir: “Ukrayna-Rusiya müharibəsi kontekstində və xüsusilə Kremlin orada yaşayan rusları ön plana çəkməsi, guya onlara qarşı diskriminasiyanın aparılması motivinin müharibə üçün əsas olmasını nəzərə alaraq, istər-istəməz ölkədə rus dilinə marağın artmasına cəmiyyət narahatlıqla yanaşır. Hesab edirəm ki, bu, keçici haldır və müəyyən taktiki məqsəd güdür. Ölkədə dil azadlığı var, insanlar istədiyi dildə təhsil ala bilir. Müzakirə predmeti sosial-mənəvi məsələlər sferasına aiddir. Dövlət dili haqqında qanun, Azərbaycan dilinin statusunun möhkəmlənməsi ilə bağlı atılan addımlar var. Real faktları danmaq olmaz”.
Qulu Məhərrəmli hesab edir ki, rus dilinə imperiya dili kimi baxılması təhlükəlidir: “Zənnimcə, mövcud narahatlıqlar bu məqamla bağlıdır. Heç bir halda bu fikrin genişlənməsinə yol vermək olmaz, çünki rusdilli məktəblərin sayının artması, insanların milli mədəniyyətdən uzaqlaşdırılması kontekstində atılan addımlar əlbəttə ki, təhlükə yaradır. Çərçivədən kənar atılan istənilən addım strateji təhlükə yaradır. Azərbaycan dilində təhsil karyera üçün imkan yaratmır, ingilis, yaxud rus dilində təhsil isə əksinə, geniş imkanlar yaradır. Xarici şirkətlərdə iş tapmaq, xaricdə təhsili nəzərə alsaq, ingilis dilinə diqqət etmək olar. Rus dilinə karyera dili kimi baxılmasını isə doğru hesab etmirəm. Təbii ki, rus dilini tamamilə kənarda saxlamaq da olmaz. Bu dilin bizim üçün ciddi önəmi var. Ən azı 50 il bu dilin yaratdığı mədəniyyət sferasında olacağıq: fikir mübadiləsi, qonşuluq, bunlar ciddi faktorlardır. Təhlükənin qarşısını almaq üçün dilin statusu möhkəmləndirilməlidir, dil daşıyıcıları dilə sevgi ilə yanaşmalıdırlar”.
Professor hesab edir ki, strateji planda ciddi təhdid yoxdur. Məsələyə bir qədər praqmatik yanaşmaq lazımdır.
Millət vəkili Ceyhun Məmmədov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, bu, həm də siyasi məsələdir: “Nəzərə almaq lazımdır ki, Rusiya ilə münasibətlər kontekstində daha diqqətli olmaqda fayda var. Üstəlik, bəzən spekulyasiyaya yol verilir, bəzi yanaşmalarda fərqli mövqelər müşahidə edirəm. Bu məktəblər sovet dövründə olub, bir qismi fəaliyyət göstərir, bir qismində isə tədris azalıb. Rusdilli məktəblərin bağlanması ilə bağlı təkliflər kökündən yanlışdır. Rus dilinin tədrisi ilə bağlı kütləvilik yoxdur. Övladlarının hansı bölmədə təhsil alması valideynlərin fərdi baxışından asılıdır. Cəmiyyət olaraq üzərimizə düşən vəzifə dövlət dili olan azərbaycan dilini qorumaq, daha geniş təbliğ etməkdir. Məktəblərdə azərbaycan dili ilə yanaşı, ingilis dili də tədris olunur. Bəzən ingilisdilli məktəblərin pulsuz olması ilə bağlı fikirlər səslənir, lakin orta və ali məktəblərdə bu dil tədris edilir. İngilis dilini öyrənmək lazımdır, amma rus dili ilə paralellik aparmaq siyasi baxımdan düzgün deyil”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32 |
|
|
|
• Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28 |
|
|
|
• Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26 |
|
|
|
• Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19 |
|
|
|
• Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16 |
|
|
|
• Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10 |
|
|
|
• Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56 |
|
|
|
• İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51 |
|
|
|
• Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45 |
|
|
|
• Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41 |
|
|
|
• Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38 |
|
|
|
• "Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33 |
|
|
|
• Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27 |
|
|
|
• Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25 |
|
|
|
• Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16 |
|
|
|
• Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06 |
|
|
|
• "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04 |
|
|
|
• İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57 |
|
|
|
• Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53 |
|
|
|
• "İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47 |
|
|
|
• Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35 |
|
|
|
• Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29 |
|
|
|
• Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
• Nazir müavininə itki üz verib
Bu gün, 09:13 |
|
|
|
• `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04 |
|
|
|
• Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59 |
|
|
|
• Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• "Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47 |
|
|
|
• Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39 |
|
|
|
• Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20 |
|
|
|
• Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
• “Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11 |
|
|
|
• Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00 |
|
|
|
• İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47 |
|
|
|
• Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45 |
|
|
|
• Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39 |
|
|
|
• İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…
Bu gün, 06:36 |
|
|
|
• Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər - Tramp BELƏ DEYİR
Bu gün, 06:34 |
|
|
|
• Bu karqo şirkəti müştəriləri bezdirib - NARAZILIQ VAR...
Bu gün, 06:31 |
|
|
|
• Nizami rayonunda hər kəs özbaşına qalıb - FOTOFAKT
Bu gün, 06:24 |
|
|
|
• ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40 |
|
|
|
• Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35 |
|
|
|
• Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32 |
|
|
|
• Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30 |
|
|
|
• Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34 |
|
|
|
• Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32 |
|
|
|
• Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28 |
|
|
|
• Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24 |
|
|
|
• Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53 |
|
|
|
|