Şəhid övladının belə HAQQINI YEYİRLƏR... .....                     "Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." .....                     "Supertoys"un vergi borcu artmaqda davam edir .....                     149 saylı məktəbin direktorunu kim və necə qoruyur? .....                     Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? .....                     Sülh zəmanəti? .....                     Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır .....                     "Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." .....                     Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı .....                     Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı .....                     Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib .....                     Nazirliyin qərarı narazılıq yaratdı .....                     Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş .....                     "Tam əminliklə demək olar ki, bu gün..." .....                     “Mən alim axtarmıram, narkoman axtarıram” .....                     Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb .....                     Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb .....                     Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... .....                     Şəhid anası bu başçılardan şikayətçidir... .....                     Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər .....                     "Oğru" adından imtina etdi, .....                     Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır .....                     Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik .....                     Azərbaycanlı idmançı Türkiyədə vuruldu .....                     Hakerlər balları artıra bilir? .....                     Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... .....                     Əgər SSRİ hələ də varsa... .....                     "Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" .....                     "Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil" .....                     Rusiyanın ZƏNGƏZUR MARAĞI... .....                     Sumqayıtda evdə doğulan körpə öldü .....                     "Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm" .....                     TƏBİB sədri onu işdən çıxardı .....                     "Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm" .....                     “Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” .....                     Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! .....                     "Bilirsiniz sizi nə gözləyir?" .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb .....                     Tramp Putin üçün BİR FÜRSƏTDİR... .....                 

"Atam anama deyirdi ki, oxusan səninlə yollarımı ayıracağam"
Tarix: 14-12-2021, 09:56 | Çap et
"Atam anama deyirdi ki, oxusan səninlə yollarımı ayıracağam"
Xalq artisti, sevilən müğənni Rübabə Muradovanın qızı Qəmər Mülk Muradova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

-Qəmər Mülk xanım, istərdim uşaqlıq illərinizdən danışmaqla söhbətimizə başlayaq. Necə bir ailədə, mühitdə böyümüsünüz?

-Mən müğənni ailəsində böyümüşəm. Anam erkən başlamışdı oxumağa, mənim ağlım kəsəndən o oxuyurdu. Çünki özü ilə məni Gəncəyə və bir çox bölgələrə qastrol səfərlərinə aparırdı. O vaxt mən hələ məktəbə getmirdim. Atam müəllim idi. Anama deyirdi ki, oxusan səninlə yollarımı ayıracağam. Çox ağır xasiyyətli insan idi. Anamızın üzünü heç görmürdük, elə qastrollarda, konsertlərdə olurdu. Mən də çox nadinc qız idim, dəhşət nadinc idim, dərsdən qaçıb, evimizin altında kinoteatr var, ora gedərdim. Onun üstündə anam məni bir dəfə möhkəm döyüb. Ölənə qədər qorxmuşam ondan, inanırsınız. Çox vahiməli, zəhmli qadın idi. Bir şey edirdin onun yadında qalırdı, deyirdi ki, sən filan şey etdin də bir dəfə.

-İki bacı olmusunuz. Ananız sizlərin də musiqi sahəsinə gəlməyinizi istəyib?

-Xeyr, qətiyyən! Əlibaba Abdullayevin ansamblına özbaşına getmişdim, orada oxuyurdum, oynayırdım. Bir gün Əlibaba dedi ki, valideynlərinizə deyin, sizi Moskvaya aparacağıq. Mən heç qorxumdan anama deyərəm? İcazəsiz getmişəm axı! Əlibaba zəng edir anama ki, uşağı hazırlaşdır, 3-4 gündən sonra Moskvaya çıxırıq. Anamın da məsələdən xəbəri yox idi. Deyir ki, xeyir ola? Mən kimi hazırlaşdırmalıyam? Əlibaba da deyir ki, Rubuş, sən bilmirsən ki, Qəmər Mülk mənim ansamblımda rəqs edir? Anam deyir ki, xeyr, bilmirəm. Əlibabaya deyib ki, Qəmər qələt edib özbaşına ansambla gəlib. Anam məni o qədər döydü ki, ömrümdə heç vaxt oxumaq istəmədim. Bacım Şahnaz 8 aydır ki, dünyasını dəyişib. Allah ona rəhmət etsin. Bir dəfə gəldi ki, ana, bizi televizora çıxarırlar. Dedi ki, hə, sən də oxumaq, oynamaq istəyirsən? Amma onu döymədi, nənəm qoymadı (gülür). Oxumağa da qoymadı onu. Heç vaxt razı olmurdu ki, biz incəsənətə gedək, oxuyaq, oynayaq. İndi hamıya fəxri adlar verirlər, amma o vaxtlar çox çətin idi, gedib kalxozlarda, savxozlarda, pambıq sahələrində oxuyurdular. Anam danışır ki, heyvan tövlələrini səhnə üçün hazırlayırdılar.

-Hansı sənət sahibi olmağınızı istəyirdi?

-Deyirdi ki, get müəllimə ol, yaxşı bir müəssisədə həkim ol. O vaxt həkimlik, mühəndislik və müəllimlik ən çox müraciət olunan ixtisaslardan idi.

-Rübabə xanım ömrünün yarıdan çoxunu Opera və Balet teatrına bağlayıb. Uşaq ikən onunla birlikdə tamaşalara gedirdiniz?

-Əlbəttə! “Ərəbzəngi”-yə, “Leyli və Məcnun”-a, “Əsli və Kərəm” tamaşalarına getmişəm. Bir dəfə yox dəfələrlə gedib baxmışam. Elə olub ki, evdə heç kəs olmayıb, bacımı da, məni də götürüb gedib operalara baxmışıq. Onun silsilə mahnılarını zümzümə edib oxumuşuq, “Heydərbaba”-sını, “Gəl bizə yar”-ını. Yadımdadır, Bəxtiyar Kərimov gəlirdi bizə, oxuyurdu, biz də qoşulub onlarla birgə oxuyurduq. Onlara mane olmayaq deyə bizi qovurdu otaqdan. Opera tamaşalarının çoxunu evdə məşq edirdi. Rəhmətlik Şəfiqə Axundova və oğlu Talehlə birlikdə “Gəlin qayası” operasını evimizdə məşq etmişdilər.

-Rübabə Muradova həyatda nədən nigaran getdi?

-Həyatdan nigaran yox, həsrətli getdi. O Ərdəbildə doğulmuşdu, öz torpağını, həyətlərini, evlərini, əmilərini, dayılarını istəyirdi. Hərdən nənəmlə oturardılar, söhbət edərdilər, ağlaşardılar. Deyirdi ki, ay mama, mən o yelləncəyimi istəyirəm, armud ağacımızı istəyirəm. Bir dəfə gəldi evə, “Səkinə dayı qızı nay-nay” mahnısını oxudu. Nənəm dedi ki, bu mahnını İranda oxuyurlar. Yenə də vətən yadlarına düşdü, oturub ağlaşdılar. Heç yadımdan çıxmaz. Bir gün evimizə zəng gəldi, götürdüm gördüm Məmmədhüseyn Şəhriyardır. Yoğun səslə dedi ki, mənə Rübabəni çağır, mənim balam. Anamı yuxudan oyatdım, Şəhriyarla danışdı. Mən bir neçə dəfə İranda olmuşam. Biləndə ki, Rübabə Muradovanın qızıyam məni yaxşı qarşılayıb, qulluğumda dayanıblar. Oğlumla birlikdə məni Şəhriyarın məzarına aparmışdılar.

-Ananız üçün çox darıxırsınız?

-Əlbəttə! Ana hər zaman anadır. Deyir- “Ömrüm axıb gözlərinin yaşında, Ağ saçların ağ yaylıqdır başımda, Diz çəkməyə baş əyməyə qarşında, Ana sən bizə hər zaman gərəksən”. Mən yaşlı qadınam, Azərbaycanda şəhid olan balaların analarına baş sağlığı verirəm. Onların ağ saçlarından öpürəm.

-İki bacı olmusunuz. Övladları arasında fərq qoyurdu?

-Xeyr. Ana bütün balalarını bir istəyir. Ana üçün övlad fərqi yoxdur. Biri sadəcə nadinc olur, ana deyən yolla getmir, yolunu azır. Övlad elə övladdır da.

-Rübabə Muradovanın son gününü necə xatırlayırsınız?

-Ölümündən 1 həftə əvvəl Bilgəhə sanatoriyaya getmişdik. Ordan gəldi bizə, gecəni bizdə qaldı. Səhəri gün yoldaşım onu apardı evinə. Mənim qaraciyərimdən ağrı tutmuşdu, onunla getmədim. Gecənin yarısı yoldaşım məni yuxudan oyatdı ki, gəl mamagilə gedək, yaxşı deyil. Yolda da deyirdi ki, ölüm haqdır və s. Dedim ki, Kərim niyə belə deyirsən ki? Mənim anam ölmür ki. Anamın yaşadığı bloka girəndə gördüm ki, təcili yardımın həkimləri binadan çıxır. Gördüm ki, anamı kresloda uzadıblar, heç ağlıma da gətirmədim ki, anam dünyasını dəyişib. Bəbəyini qaldırdım, gördüm ki, ağarıb. Fəryadımı təsəvvür edin (ağlayır). Gözəl ana idi, onunla fəxr edirəm. İndi də hara gedirəmsə onun haqda xoş sözlər, fikirlər deyilir. Azərbaycan durduqca Rübabə sənəti, Rübabə səsi incəsənətdə, muğamda hər zaman var olacaq. Mən fəxr edirəm ki, onun qızıyam.

-Son günündə yanında ola bilmədiniz. Sizcə o sizə nə vəsiyyət edərdi?

-Hər zaman deyirdi ki, zəhmət çəkdim, amma heç nədən doymadım. Zəhmətkeş olduğuna görə sərt qadın idi.

-Rübabə xanımın son lent yazısı, “Gəl bizə yar” ifası necə ekranlaşdırıldı?

-“Gəl bizə yar” mahnısı mənim iştirakımla ekranlaşdırılıb. Əsərdir o inanın, mahnı deyil. Anam xəstə idi, icazə vermirdi çəkilişə. Ölümünə bir həftə qalmışdı, getdim onlara. Gördüm yenə çəkiliş heyəti gəlib. Yadıma gəlmir kim idi, gəlib dedilər ki, ay Rübabə xanım, gəlin çəkək də sizi. Dedi vallah mənim çəkilişə halım yoxdur. Keçdik o biri otağa. Dedim Rubuş, gör neçə nəfərdilər, gəliblər də, get çəkilişə. Yalvar yaxarla birtəhər onu geyindirdik, mindi maşına, çəkdilər televiziyanın maşınını bulvarın kənarına. Ağacdan tutub “Gəl bizə yar” oxuyan görüntüsü onun son lent yazısı idi, anam onu görmədi.

-Rübabə xanımın davamçılarından istərdim danışaq.

-Xalam Mahrux Muradova da müğənni olub. Düzdü o gec gəldi sənətə, çünki anam onu da qoymurdu. Tahirə xanım da özünəməxsus oxuyur. Nəvəm Abbasağa da onun yolunu bu gün incəsənət sahəsində davam etdirir. Abbasağa Mədəniyyət və İncəsənət universitetində kino və televiziya fakültəsini bitirib, hal-hazırda da Atv səhər verilişinin aparıcısıdır. Xəstə olmağıma baxmayaraq hər səhər yuxudan oyanıb, onu izləyirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid övladının belə HAQQINI YEYİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 01:46
"Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." - GƏLİŞMƏ
Bu gün, 01:39
"Supertoys"un vergi borcu artmaqda davam edir - 2.3 milyona yaxındır
Bu gün, 01:37
149 saylı məktəbin direktorunu kim və necə qoruyur? - Bakı təhsilinin 30 illik toxunulmazı
Bu gün, 01:33
Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
Sülh zəmanəti? – Paşinyan “müharibə olmayacaq deyir
Bu gün, 00:48
Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır - Tural Abbaslı
Bu gün, 00:42
"Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." - Xalq artisti
Bu gün, 00:39
Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı
Bu gün, 00:02
Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - VİDEO
Dünən, 23:58
Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib
Dünən, 23:56
Nazirliyin qərarı narazılıq yaratdı - Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?
Dünən, 18:37
Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
Dünən, 18:23
"Tam əminliklə demək olar ki, bu gün..." - deputat
Dünən, 18:04
“Mən alim axtarmıram, narkoman axtarıram” - Nail Kəmərli
Dünən, 18:02
Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Dünən, 17:58
Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
Dünən, 17:53
Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... - "Bundan sonra da..."
Dünən, 17:49
Şəhid anası bu başçılardan şikayətçidir... - MÜRACİƏT
Dünən, 17:42
Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər – Kritik gəlişmə
Dünən, 17:33
"Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
Dünən, 17:27
Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır - Kreml
Dünən, 17:14
Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik - FOTOFAKT
Dünən, 17:13
Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
Dünən, 17:06
Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
Dünən, 17:00
Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... - BUNA GÖRƏ DƏ...
Dünən, 16:54
Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
Dünən, 16:50
"Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" - ETİRAZ
Dünən, 16:49
"Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil"
Dünən, 16:40
Rusiyanın ZƏNGƏZUR MARAĞI... və yaxud ZƏNGƏZUR ƏNDİŞƏSİ
Dünən, 16:37
Sumqayıtda evdə doğulan körpə öldü
Dünən, 15:15
"Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm"
Dünən, 15:11
TƏBİB sədri onu işdən çıxardı - FOTO
Dünən, 13:08
"Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm"
Dünən, 13:05
“Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” – Hacı Qalib bu dəfə imtina etdi
Dünən, 13:00
Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! - DETALLAR
Dünən, 12:56
"Bilirsiniz sizi nə gözləyir?"
Dünən, 12:38
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:34
Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Dünən, 12:31
Tramp Putin üçün BİR FÜRSƏTDİR... - AMMA...
Dünən, 12:12
9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi - TENDER LƏĞV OLUNDU
Dünən, 12:06
Qurban Pirimovun nəvəsi agentlikdə vəzifə aldı - ƏMR
Dünən, 12:04
Sibiqanın səfəri ətrafında “stəkanda fırtına” cəhdi - NƏ BAŞ VERİR?
Dünən, 12:00
Sülh sazişi imzalanandan sonra... - AKTUAL
Dünən, 11:43
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Dünən, 11:38
Elmar Məmmədyarov yubiley planını açıqladı – “Bakıda yox…”
Dünən, 11:33
Alman nasistlərin erməni əlaltısının adı əbədiləşdirilir - FOTO
Dünən, 11:32
“Bərdə Broyler”in vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 11:27
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Dünən, 11:24
Xəzərdə yeni ada peyda oldu
Dünən, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru