"Məni gözümçıxdıya salan və damğalayan hökumətlə necə assosiasiya oluna bilərəm?" - ETİRAZ
Tarix: 13-12-2021, 08:19 | Çap et
 DİA.AZ: - İki dəfə "Oskar" mükafatı laureatı iranlı kinorejissor Əsgər Fərhadi Tehran rejiminə hücum çəkərək onları bu prestijli mükafatlandırma mərasimində İranı təmsil etməməklə hədələyib.
"Ekstremist mediası məni məhv etməyə son qoymayan, məni gözümçıxdıya salan və damğalayan hökumətlə necə assosiasiya oluna bilərəm?", – o, Instagram səhifəsində deyib.
DİA.AZ bildirir ki, vaxtının bir hissəsini İranda, bir hissəsini isə xaricdə keçirən Fərhadi "A Hero" adlı son filmini İranın Şiraz şəhərində çəkib. Film bir məhbus haqqında dramdır.
"Mən dövlətin illərlə millətin başına gətirdiyi iztirab, …qadınlara qarşı qəddar ayrıseçkilik və …hökumətin COVID-19 pandemiyası ilə üzləşməsinə dair nöqteyi-nəzərimi açıq-aydın ifadə etmişəm", – Fərhadi 2017-ci ilin yanvar və 2019-cu ilin noyabr nümayişləri zamanı insanların məruz qoyulduğu repressiyaları nəzərdə tutaraq deyib.
"Əgər İranın mənim filmimi "Oskar" mükafatına təqdim etməsi insanların mənim sizin bayrağınız altında olmağımı düşünməsinə səbəb olubsa, açıq bildirirəm ki, mənim üçün bu qərarın üstündən xətt çəkmək problem deyil", –rejissor yazıb.
"Heç vaxt sizin yanaşmanız və geridə qalmış düşüncənizlə, bir az da olsa, yaxınlıq hiss etməmişəm. Ancaq bu günə qədər heç vaxt sizin məni məruz qoyduğunuz təqib haqqında danışmamışam. Siz bir neçə dəfə pasportumu hava limanında müsadirə etmisiniz və sorğu-suala çəkmisiniz", – Fərhadi rejimin rəsmilərinə xitabən yazıb.
Fərhadinin 2011-ci ildə çəkdiyi "The Separation" filmi "xarici dildə ən yaxşı film" nominasiyasında həm "Oskar", həm də "Qızıl Qlobus" mükafatına layiq görülüb. 2017-ci ildə isə rejissor "The Salesman" filminə görə eyni nominasiyada ikinci "Oskar"ını qazanıb.
İran qəzetləri bu açıq məktuba fərqli reaksiyalar dərc ediblər.
"Deyəsən, festivallarda verilən mükafatlar və xarici sərmayələr Fərhadini dəyişdirib. [İndi o] İranı boz və kirli tonlarda təqdim edir", –ultramühafizəkar gündəlik "Kayhan" qəzeti yazıb.
İslahatyönlü "Şərq" qəzeti isə rejissoru müdafiə edib. "Fərhadinin imici nə onu tərifləyənlərə, nə də onun İrandakı tənqidçilərinə uyğun gəlmir. O, hər zaman ictimai-siyasi məsələlərlə bağlı mövqeyini aydın ifadə edib", –qəzet yazıb.
Rejissorun son işi olan "A Hero" filminin yanvarda ABŞ kinoteatrlarda nümayişinə başlanacağı gözlənilir. Film həmin ay "Amazon Prime" platformasında strim olunmağa başlanacaq. "Amazon Studios"un çəkdiyi bu film Kann film festivalının "Qran Pri"sinə layiq görülüb.
Əmir Cədidinin oynadığı Rəhim boşanmış iki uşaq atasıdır. O, borclular həbsxanasından iki günlük icazə ilə çıxır, qızıl dolu çanta tapır. Çantanı təhvil verməklə özünə müsbət diqqət cəlb edir. Ancaq bundan sonra hadisələr bir neçə dəfə dolaşır.
Filmdə Fərhadi Şiraz şəhərinin insaniliyini göstərməyə çalışıb. O, "Deadline" platformasına müsahibəsində deyib ki, səhnələrin çoxu əvvəlcədən planlaşdırılmış və qurulmuş olsa da, bəzi səhnələr çəkiliş qrupunun şəhərdə xoş təsadüf nəticəsində rastlaşdığı anları əks etdirir.
Belə tapıntılardan biri şüşəli bazarın içindəki kiçik çap dükanıdır. Bu dükan filmin bir neçə səhnəsində əsas məkan kimi götürülüb. Fərhadinin sözlərinə görə, o, Rəhimin düşdüyü çətin və çıxılmaz vəziyyəti daha yaxşı göstərmək üçün akvariuma oxşayan, çoxlu şüşə ilə əhatə olunmuş dükan axtarırmış. Həmin çap dükanı ilə üzbəüz dükanda isə Çarli Çaplinin "The Kid" filmindəki obrazının şəkli asılıbmış və o şəkil düz çəkilişin getdiyi şüşəli məkana baxırmış. Fərhadi deyir ki, Çaplinin bu məşhur səfil qəhrəmanının şəkli də çox yerinə düşüb və filmə əlavə rəng qatıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaricdə təhsil adı ilə dələduzluq: Anar Xəlilov yenidən həbs edilə bilər? – Ali Məhkəmə qərar verdi
Bu gün, 08:57 |
|
|
|
• Dərsliklər il başa çatmamış niyə yığılır? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• “Nə Nəzakət qocalıb, nə də Mənsum, fikir etməsinlər durmuşam arxalarında” -Arif Babayev
Bu gün, 08:51 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun bu nümayəndəliyinin dövlətə borcu varmış - FOTOFAKT
Bu gün, 08:49 |
|
|
|
• Fransa İrəvanla strateji ortaq olur - absurd bəyanat
Bu gün, 08:45 |
|
|
|
• Belorusdan Rusiyaya KARTOF DƏSTƏYİ - "Biz rus qohumlarımıza kömək etməliyik..."
Bu gün, 08:43 |
|
|
|
• “Respublika” qəzeti bağlanaraq “Xalq qəzeti”nə birləşdirildi - BUNDAN SONRA...
Bu gün, 08:38 |
|
|
|
• “Azərbaycan istehlakçıları almadıqları məhsullara görə ildə 500 milyon manat ödəyirlər” - AXI NİYƏ?..
Bu gün, 08:33 |
|
|
|
• “Azercell” daha bir xidməti bahalaşdırır
Bu gün, 08:29 |
|
|
|
• "Dövlət Vergi Xidməti yeni hoqqabazlıq edir" - ETİRAZ
Bu gün, 08:27 |
|
|
|
• “Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...” - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
• 8 saatlıq iş normasında iş vaxtının rejimi daha çox... - Ekspert danışır...
Bu gün, 08:16 |
|
|
|
• Ağ Ev Güney Qafqazda damar yoxlanışındadır... - NƏ BAŞ VERİR?
Bu gün, 08:11 |
|
|
|
• Naxçıvanda məhkəmə SİFARİŞLƏ İŞLƏYİR - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:07 |
|
|
|
• Rusiyanın ən yaxın dostu Serbiya da ona xəyanət edirmiş? - "...onlar ac qala bilməzlər"
Bu gün, 08:02 |
|
|
|
• Bu gün şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq - DİQQƏT
Bu gün, 07:59 |
|
|
|
• "Sahil Supply" MMC-nin vergi borcu 116 min manatı keçdi - FOTOFAKT
Bu gün, 06:38 |
|
|
|
• Bu teatrı dövlət ÖZBAŞINA BURAXIB - İşçiləri isə Allahın ümidinə...
Bu gün, 06:32 |
|
|
|
• Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi - Görün kimdir
Bu gün, 06:14 |
|
|
|
• Bu qadınlar 1460 manat ala bilər: Şərtlər isə… – Azərbaycanda İLK
Bu gün, 06:11 |
|
|
|
• Rəhbərlik tələbə hüquqlarını pozur - BU DA FAKT...
Bu gün, 06:07 |
|
|
|
• "O müəllim niyə cinayət məsuliyyətinə cəlb olunmadı?" - ETİRAZ
Bu gün, 05:52 |
|
|
|
• "180 manat əmək haqqı olar?" - NAXÇIVAN SAKİNİ İŞSİZLİKDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 05:48 |
|
|
|
• " Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..." - NARAZILIQ VAR...
Bu gün, 05:43 |
|
|
|
• Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb - Ağ Ev
Bu gün, 05:38 |
|
|
|
• Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər - Özəl bağçaların aqibəti necə olacaq?
Bu gün, 01:36 |
|
|
|
• Paşinyanın hakimiyyəti müddətində Rusiyanın konsulluq niyyəti reallaşmayacaq - PROQNOZ
Bu gün, 01:33 |
|
|
|
• Rusiya Ermənistanda revanşistləri hakimiyyətə hazırlayır - Paşinyanı növbəti bir ildə nə gözləyir?
Bu gün, 01:31 |
|
|
|
• Kreditinizi ödəyirsiz amma bitmir? - Onda MÜTLƏQ OXUYUN!
Bu gün, 01:28 |
|
|
|
• Vanetsyana ən azı 36 səs lazımdır: Cəmiyyət Paşinyanın əleyhinə barikada qurmaq niyyətində deyil - Görünəni odur ki...
Bu gün, 01:21 |
|
|
|
• Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
Bu gün, 01:18 |
|
|
|
• Türkiyə-Azərbaycan-Pakistan triosu: Böyük hərbi müqavilə bağlanır? - AKTUAL
Bu gün, 01:15 |
|
|
|
• Putin üzr istəmir, amma jest edir - Bakı necə cavab verəcək?
Bu gün, 00:14 |
|
|
|
• "Putin tamamilə dəli olub!” – Tramp “ayıldı”?
Bu gün, 00:08 |
|
|
|
• Təhlükəsizlik Şurasına yeni nəfəs lazımdır - ÇAĞIRIŞ
Bu gün, 00:01 |
|
|
|
• “Əl çək məndən, uğursuz bədbəxt” - Arvadı Makrona daha nələr deyib?
Dünən, 23:58 |
|
|
|
• "Bizim bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq - bununla barışın..."
Dünən, 23:51 |
|
|
|
• Azərbaycan bundan qəti şəkildə imtina etdi - Papikyan
Dünən, 23:47 |
|
|
|
• General Mehdiyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 21:34 |
|
|
|
• BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
Dünən, 18:09 |
|
|
|
• Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır" - TAM MƏTN
Dünən, 18:07 |
|
|
|
• Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb
Dünən, 18:02 |
|
|
|
• “Payonix” BOKT ikinci ilində də zərərlə başa vurub - HESABAT
Dünən, 18:01 |
|
|
|
• Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Dünən, 17:59 |
|
|
|
• Dollar bu tarixdən başlayaraq bahalaşacaq: Görün neçəyə olacaq - Lenta.ru
Dünən, 17:57 |
|
|
|
• Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq
Dünən, 17:54 |
|
|
|
• “Dövlətdə can qoymuşam ki, kimsə körpə uşaqları zorlasın?” - Yevlaxdakı dəhşətli qətldə hökm dəyişdi
Dünən, 17:52 |
|
|
|
• Ev sahibi gecə klubuna getdi: Xadimə 10 min dollardan çox pul oğurladı - TƏFƏRRÜAT
Dünən, 17:47 |
|
|
|
• Araz Musayev danışdı, adlar çəkdi - “Killer göndərib...”
Dünən, 17:44 |
|
|
|
• 31 ildir icra başçısı olan Adil Məmmədov….. - DOSYE
Dünən, 17:42 |
|
|
|
|