“Heç olmasa kasıb təbəqəni - yəni aktyor-aktrisaları düşünsünlər” - Kübra Əliyeva
Tarix: 9-12-2021, 09:08 | Çap et
 Əməkdar artist Kübra Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.
- Kübra xanım, əvvəllər teatra gedib-gəlirdiniz, indi isə aparıcı Elgiz Əkbərin verilişində sizi daha çox ekspert qismində görürük. Özünüz ekspert olmaq istədiniz? - Bilirsiniz ki, mən çox vaxt Türkiyədə olurdum. Pandemiyanı demək olar ki, mən orada qaldım, 90 gün evdən çölə çıxmadım. Müharibə başlamazdan bir gün əvvəl, yəni sentyabrın 26-da Bakıya gəldim və daha sonra qorxdum getməyə. Çünki biri var öz vətənimdəyəm, biri də var ailəmdən kənarda. Mən hətta xərçəng xəstəliyinə tutulanda da Azərbaycana gəlib xəstəliyimi öz həkimlərimizə həvalə etdim. Evdə oturub nə edəcəkdim ki? İnsan gərək yaşa dolanda bir işlə başını qatsın. Teatrlar da qapalı idi, yaşım 73-ə çatıb, gedib orada işləyəsi də deyildim. Bilirsiniz ki, mən çıxdığım yerə geri dönmərəm. 42 il teatrda çalışdım, xəstəliyimə bağlı sonra oranı tərk etdim. Düşündüm ki, “Kübra dur” deməyin zamanıdır! Mən xalqın içərisində olan insanam, bazarlığımı da özüm edirəm, hər işin arxasında özüm qaçıram. Tamaşaçılar hər zaman deyirdilər ki, Kübra xanım, sizi görmürük, səsinizə həsrətik. Sonra Elgizin verilişinə ekspert qismində getdim. Həftəiçi həmin verilişdə oluram. Bir növ tamaşaçıların görüşünə gəlirəm. Elgiz həmin verilişdə insanlara köməklik göstərir. Mən Elgizin verilişindəki həkimlərə çox inanıram, ona görə də qızımı onlara həvalə etdim. Onlar mənim qızımı əməliyyat etdilər. Sizin vasitənizlə Arb kanalına, Elgizə təşəkkürlərimi bildirirəm ki, onlar məni öz ailələrinə qəbul ediblər. - Sizcə sənətkara teatrda çalışmağa yaş həddi mütləqdir? - Bir vaxtlar mən cavan qız idim, teatrda çalışırdım. Televizorda tez-tez Leyla Bədirbəylini görürdüm, teatrdan da uzaqlaşmışdı, evdə idi. O verilişlərə baxıb deyirdim ki, görəsən Leyla xanım niyə teatra gəlmir, amma televizora çıxır? Bu gün həmin həyatı artıq özüm yaşayıram. O ki, qaldı sənətkarın teatrdakı yaş həddinə. Məncə düzgün deyil. Ağasadıq Gəraybəli 91 yaşında gözlərində problem ola-ola səhnəyə çıxıb. Amma mən teatrdan özüm ayrılmışam. Mən teatrdan ayrılmasaydım, xərçəng artıq metastat verirdi. Demək ki, Allah belə məsləhət görüb. - Bu gün bir Kübra Əliyeva, Siyavuş Aslan, Yaşar Nuri yetişdirmək üçün neçə il lazımdır? - Bizi yetişdirmək üçün gör nə qədər illər lazımdır. Biz əziyyətlərlə sənətə gəlmişik. Teatr sənəti çox çətindir, müğənni deyilik ki, toylara gedib qucaq-qucaq pul qazanaq. Allah müğənnilərin də başlarından töksün. Biri var kinoya çəkilirsən, nələrsə qazanırsan, mən heç kinodan da qazanmamışam. “Şirbalanın məhəbbəti” filmində baş rolda çəkildim, o vaxtın pulu ilə 120 rubl qonorar verdilər. Buna bilirsən nə qədər sevinirdik. Biz teatr sənətçiləri az miqdarda qonorarla dolanmışıq. O vaxt yadımdadır, bir dövlət televiziyamız var idi. Müxtəlif bayram verilişlərində iştirak edib, qonorarımızı alırdıq. Bəzi televiziyalara deyəndəki bizi çağırırsınız, qonorar verin, o dəqiqə inciyirlər. Nədən inciyirsiniz? Siz o qədər həkimləri, məhsulları reklam edirsiniz, aktrisaya niyə qonorar ödəməməlisiniz? Mən müğənniləri demirəm, heç olmasa kasıb təbəqəni-yəni aktyor-aktrisaları düşünsünlər. Çünki bizim ora getməyimiz, geyinməyimiz, bəzənməyimiz hamısı puldur. - Gənc sənətçilərimiz tənqidi qəbul edirlər? - Vallah mən gəncləri tənqid etməmişəm. Bir dəfə birinə dedim ki, təhsil alıb, universitet oxumaq lazımdır. Bu dəqiqə gənclərə söz demək olmur, heç özümə rəva da bilmirəm. O vaxt gənc olanda bizdən böyük sənətkarlara hörmət, sayğı göstərirdik. - Nəsibə xanımın obrazlarına qarşı çox qısqanc münasibəti olub, amma siz teatra gələndə öz oynadığı rolları sizə həvalə edib. Bu doğrudur? - Nəsibə xanım 3 obrazını mənə həvalə edib. “Həyətim mənim, həyatım mənim” tamaşasında mənə görə Musiqili Teatrı təbrik etdilər. Mən Nəsibə xanıma dublyor idim, istəsəydi özü oynayardı da. O şəraiti, imkanı mənə bir neçə tamaşada yaradıb. Mənim Nəsibə xanıma çox böyük hörmətim var idi. Ona teatrda hamı “məmə” deyirdi. Nəsibə xanım qrim edəndə oturub saatlarla ona baxırdıq. Onun qrimi həqiqətəndə böyük bir sənət idi. Etdiyi qrimin sayəsində cavanlığında qoca, qocalığında cavan olurdu. Onun kimi böyük sənətkarı unutmaq olmaz!


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhid övladının belə HAQQINI YEYİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 01:46 |
|
|
|
• "Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." - GƏLİŞMƏ
Bu gün, 01:39 |
|
|
|
• "Supertoys"un vergi borcu artmaqda davam edir - 2.3 milyona yaxındır
Bu gün, 01:37 |
|
|
|
• 149 saylı məktəbin direktorunu kim və necə qoruyur? - Bakı təhsilinin 30 illik toxunulmazı
Bu gün, 01:33 |
|
|
|
• Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
• Sülh zəmanəti? – Paşinyan “müharibə olmayacaq deyir
Bu gün, 00:48 |
|
|
|
• Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır - Tural Abbaslı
Bu gün, 00:42 |
|
|
|
• "Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." - Xalq artisti
Bu gün, 00:39 |
|
|
|
• Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı
Bu gün, 00:02 |
|
|
|
• Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - VİDEO
Dünən, 23:58 |
|
|
|
• Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib
Dünən, 23:56 |
|
|
|
• Nazirliyin qərarı narazılıq yaratdı - Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?
Dünən, 18:37 |
|
|
|
• Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
Dünən, 18:23 |
|
|
|
• "Tam əminliklə demək olar ki, bu gün..." - deputat
Dünən, 18:04 |
|
|
|
• “Mən alim axtarmıram, narkoman axtarıram” - Nail Kəmərli
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Dünən, 17:58 |
|
|
|
• Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
Dünən, 17:53 |
|
|
|
• Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... - "Bundan sonra da..."
Dünən, 17:49 |
|
|
|
• Şəhid anası bu başçılardan şikayətçidir... - MÜRACİƏT
Dünən, 17:42 |
|
|
|
• Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər – Kritik gəlişmə
Dünən, 17:33 |
|
|
|
• "Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
Dünən, 17:27 |
|
|
|
• Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır - Kreml
Dünən, 17:14 |
|
|
|
• Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik - FOTOFAKT
Dünən, 17:13 |
|
|
|
• Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
Dünən, 17:06 |
|
|
|
• Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
Dünən, 17:00 |
|
|
|
• Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... - BUNA GÖRƏ DƏ...
Dünən, 16:54 |
|
|
|
• Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
Dünən, 16:50 |
|
|
|
• "Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" - ETİRAZ
Dünən, 16:49 |
|
|
|
• "Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil"
Dünən, 16:40 |
|
|
|
• Rusiyanın ZƏNGƏZUR MARAĞI... və yaxud ZƏNGƏZUR ƏNDİŞƏSİ
Dünən, 16:37 |
|
|
|
• Sumqayıtda evdə doğulan körpə öldü
Dünən, 15:15 |
|
|
|
• "Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm"
Dünən, 15:11 |
|
|
|
• TƏBİB sədri onu işdən çıxardı - FOTO
Dünən, 13:08 |
|
|
|
• "Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm"
Dünən, 13:05 |
|
|
|
• “Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” – Hacı Qalib bu dəfə imtina etdi
Dünən, 13:00 |
|
|
|
• Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! - DETALLAR
Dünən, 12:56 |
|
|
|
• "Bilirsiniz sizi nə gözləyir?"
Dünən, 12:38 |
|
|
|
• Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:34 |
|
|
|
• Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Dünən, 12:31 |
|
|
|
• Tramp Putin üçün BİR FÜRSƏTDİR... - AMMA...
Dünən, 12:12 |
|
|
|
• 9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi - TENDER LƏĞV OLUNDU
Dünən, 12:06 |
|
|
|
• Qurban Pirimovun nəvəsi agentlikdə vəzifə aldı - ƏMR
Dünən, 12:04 |
|
|
|
• Sibiqanın səfəri ətrafında “stəkanda fırtına” cəhdi - NƏ BAŞ VERİR?
Dünən, 12:00 |
|
|
|
• Sülh sazişi imzalanandan sonra... - AKTUAL
Dünən, 11:43 |
|
|
|
• 1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Dünən, 11:38 |
|
|
|
• Elmar Məmmədyarov yubiley planını açıqladı – “Bakıda yox…”
Dünən, 11:33 |
|
|
|
• Alman nasistlərin erməni əlaltısının adı əbədiləşdirilir - FOTO
Dünən, 11:32 |
|
|
|
• “Bərdə Broyler”in vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 11:27 |
|
|
|
• Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Dünən, 11:24 |
|
|
|
• Xəzərdə yeni ada peyda oldu
Dünən, 11:21 |
|
|
|
|