Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq .....                     Bakının son şərti referendumsuz reallaşa bilər .....                     “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” .....                     Parisin İrəvana istənilən yardımı faydasızdır .....                     "Softline Solution”un vergi borcu üzə çıxıb .....                     Xırdalan taksisi Bakıya buraxılmayacaq .....                     Elə tək ağıllı Paşinyanın özüdür... .....                     Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası .....                     6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR .....                     Vətəndaş İlqar Abbasovun umrunda da deyil... .....                     “Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb .....                     Evi plana düşənlərin nəzərinə .....                     Britaniyadan Rusiyaya xəbərdarlıq .....                     200 minlik şirkət DVX-nin "qara siyahı"sında .....                     Kriminal aləmə biət edən təhsilimiz... .....                     Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ .....                     Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ .....                     Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI .....                     “ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” .....                     “Vergi cənnəti” bitir .....                     Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır .....                     "4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır" .....                     Babək xəstəxanası nəzarətsiz qalıb... .....                     Qarabağ qazisi yenə də DAVADADIR .....                     Kürdəmir sakini DOST-dan gileylənir .....                     Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar .....                     Əmrullayevin gizli "kitab oyunu" .....                     Ağadadaş Ağayev imicini dəyişdi .....                     Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" .....                     Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib .....                     “Patron”un yer fıstığından qurd çıxdı .....                     AKİA-ya yeni sədr müavini təyin edilib .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     “Bu görüş Putinin ad günündə baş verə bilər” .....                     Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib .....                     Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi .....                     Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır .....                     Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR .....                     Müğənni KİMƏ SƏSLƏNDİ? .....                     “Bundan sonra “Xalq artisti” adı verilməyəcək” .....                 

"Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar" - BƏS NƏ EDƏK?
Tarix: 8-12-2021, 10:01 | Çap et
"Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar"
Azərbaycandan da Oskar mükafatına film təqdim olunub. Belə ki, gənc rejissor, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun “Daxildəki ada” filmi “94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib. Beləliklə, ”Daxildəki ada" “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, film Azərbaycanın beynəlxalq dərəcəli şahmat ustası Seymur Tahirbəyovun, dünya çempionatı finalı öncəsi özünü ailə-məişət problemləri labirintində necə itirməsindən, sonra isə başını götürüb bir nəfər sakini olan adaya qaçmasından bəhs edir. Filmdə əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Xatırladaq ki, “Daxildəki ada” Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Bəs adıçəkilən film Oskar mükafatında nə qədər uğur qazana bilər?

Əlbəttə ki, A kateqoriyalı film festivalında Azərbaycanın da təmsil olunması böyük uğurdur. Lakin gözlənilən idi ki, bu cür film festivalında Azərbaycan həqiqətləri, Qarabağ savaşından bəhs olunacaq, dünyanın diqqətini cəlb edəcək film təqdim olunsun. Məlum olduğu kimi, ermənilərin bununla bağlı uydurma təbliğat maşını daim fəaliyyətdədir. Yenə də Qarabağ haqqında yalanlar üzərində çəkilmiş “45 gün: Millət uğrunda mübarizə” sənədli filmini Oskara namizəd veriblər. Qeyd edək ki, filmin rejissoru britaniyalı Emil Hessen Kaliforniyada yaşayan erməni iş adamı Asko Akopyanın maddi dəstəyi ilə bu filmi çəkib. Filmdə Qarabağ müharibəsi haqqında uydurma məlumatlar əks olunub, ermənilər hücuma məruz qalmış “məzlum” xalq kimi təqdim olunub. Qeyd edək ki, film bu günə qədər Kaliforniyada, Çində nümayiş etdirilib. Kaliforniyanın mərkəzi küçələrində böyük reklam banerlərində filmin reklamı yerləşdirilib. Emil Hessen filmin gələcək uğurları üçün erməniləri ianə verməyə çağırıb və ianə toplandığı haqda öz “İnstagram” profilində vaxtaşırı məlumatlar paylaşır.

Bəs niyə Azərbaycan hələ də öz həqiqətləri haqda A kateqoriyalı film festivalına çıxacaq filmlər çəkməyə tələsmir?

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun mövqeyini öyrənməyə çalışsaq da, sualımıza cavab ala bilmədik.

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev mövzuya bu cür rəy bildirdi: “Əlbəttə ki, Rüfət Həsənov və digərləri bu cür beynəlxalq film festivallarına film göndərirsə, bu, çox böyük uğurdur. Ölkələr filmləri təqdim edir, filmlər böyük siyahıya düşür. Bu hələ heç nə demək deyil. Daha sonra həmin böyük siyahıdan 20 film seçilir. Bu da hələ heç nə demək deyil. Nəhayət, 20 filmdən 5 film seçilir. Film həmin beşliyə düşəndə yalnız bu zaman deyilir ki, film Oskara namizəddir.

Beləliklə, hər il olmasa da, 2-3 ildən bir bizdən də filmlər göndərilir. Nə olsun? Elə siyahıdaca qalır və yaddan çıxır.

O ki qaldı ermənilərin yenə də Qarabağ haqqında uydurma filmlər çəkib təqdim etməsinə, onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar. Doğrudur, bu barədə son vaxtları çıxmaq olar. Amma gördüyünüz kimi, yenə də onlar öz yalan təbliğatlarını aparırlar və belə də davam edəcək.

Mənə elə gəlir ki, indi ermənilər istəyirlər ki, bütün vasitələrlə, o cümlədən kino vasitəsilə sübut etsinlər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməz. Və bununla da çalışırlar ki, Qarabağda yaşayan ermənilərə hər hansı bir yolla status verilsin. Bu isə Azərbaycan üçün çox ciddi bir mövzudur.

Deyə bilərəm ki, azərbaycanlı kino adamlarında təfəkkür çox zaman kənardan formalaşdırılır, əgər həqiqəti bilmək istəyirsinizsə. Yəni vəziyyət birmənalı deyil.

Kinonun inkişafı üçün maddi vəsaitlə bərabər, cəmiyyətin kinoya verdiyi əhəmiyyət də önəm daşıyır.

Daha bir məsələ, qeyd edirsiniz ki, bizdə gözəl sənətkarlar çoxdur. Bu da mübahisəli məsələdir ki, bizdə gözəl, peşəkar sənətkarlar çoxdurmu? Mən şəxsən belə düşünmürəm.

Nə deyə bilərəm? Sizinlə tamamilə razıyam. Kinoçular bir yerə yığışıb, müzakirələr etmirlər, fikir fərqliliyi var. Yəni toxunduğunuz məsələ çox önəmlidir, həqiqətdir. Yaxın vaxtlarda bu haqda geniş məqalə dərc etməyi düşünürəm".

Rejissor, kinoprodüser Fehruz Şamıyev isə bunları dedi:

““Daxildəki ada” filmini izləmişəm. Xatırladım ki, film ötən il Avropanın aparıcı film festivallarından olan Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Doğrudur, film müharibə mövzusunda deyil, lakin Azərbaycandan da Oskar arenasına çıxacaq bir film istehsal olunmayıb. Bunun üçün yaxşı diaspora lazımdır, həm də kinematoqrafik bədii həll olunan film istehsal olunmalıdır. Doğrudur, eşidirik ki, bu mövzuda filmlərin çəkiləcəyi planlaşdırılır. Lakin bu haqda dəqiq məlumatı Azərbaycan Film Studiyası verə bilər".

Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.

"Yeni Müsavat"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq - FT
Bu gün, 08:29
Bakının son şərti referendumsuz reallaşa bilər - GƏLİŞMƏ
Bu gün, 08:27
“Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” - AKTUAL
Bu gün, 07:48
Parisin İrəvana istənilən yardımı faydasızdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:46
"Softline Solution”un vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:44
Xırdalan taksisi Bakıya buraxılmayacaq - “Yəqin gəlib “bazara” girirlər”
Bu gün, 07:42
Elə tək ağıllı Paşinyanın özüdür... - ŞƏRH
Bu gün, 07:39
Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
Bu gün, 07:24
6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR - MÜRACİƏT
Bu gün, 07:22
Vətəndaş İlqar Abbasovun umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 07:19
“Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:07
Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz
Bu gün, 07:06
Britaniyadan Rusiyaya xəbərdarlıq - Birbaşa qarşıdurma ola bilər
Bu gün, 07:04
200 minlik şirkət DVX-nin "qara siyahı"sında - “GNI Software” qanunvericiliyi pozub
Bu gün, 07:03
Kriminal aləmə biət edən təhsilimiz... - dərslər 1 həftədir başlayıb, amma...
Bu gün, 06:50
Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 06:46
Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ - indi də Naxçıvanda milyonları xırıd edir
Bu gün, 06:44
Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI - TƏFƏRRÜAT
Bu gün, 06:39
“ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:33
“Vergi cənnəti” bitir - AKTUAL
Bu gün, 06:31
Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır - NƏ ETMƏLİ?
Bu gün, 06:29
"4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır"
Bu gün, 06:24
Babək xəstəxanası nəzarətsiz qalıb... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:21
Qarabağ qazisi yenə də DAVADADIR - Bu dəfə Mədəniyyət Nazirliyinə qarşı...
Bu gün, 06:18
Kürdəmir sakini DOST-dan gileylənir - "Heç bir xəbərdarlıq etmədən..."
Bu gün, 06:16
Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Bu gün, 06:10
Əmrullayevin gizli "kitab oyunu" - "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI
Bu gün, 00:21
Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Dünən, 18:01
Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Dünən, 17:59
Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Dünən, 17:56
“Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Dünən, 17:53
AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:51
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Dünən, 17:48
“Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Dünən, 17:38
Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Dünən, 17:22
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Dünən, 17:19
Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Dünən, 17:04
Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR – Məktəbdə “Fond pulu” davası
Dünən, 17:02
Müğənni KİMƏ SƏSLƏNDİ? –“Kimsə mənə bir “meşok” pul verəcək, mən də...”
Dünən, 16:59
“Bundan sonra “Xalq artisti” adı verilməyəcək” – Rasim Balayev açıqladı
Dünən, 16:54
Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki... - AÇIQLAMA
Dünən, 16:51
Şirkət 9 milyon manatlıq sifariş aldı – Ağdam şəhərində bina tikəcək
Dünən, 16:42
İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək - Cümşüd Nuriyev BELƏ DEYİR...
Dünən, 16:40
Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib -ŞƏRH
Dünən, 16:38
Əvvəllər Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb - DETALLAR
Dünən, 16:37
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb - TƏFƏRRÜAT
Dünən, 16:36
“Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ - GƏLİŞMƏ
Dünən, 16:35
"Bank Avrasiya"nın Müşahidə Şurası yenidən formalaşdırılacaq - TOPLANTI
Dünən, 16:34
Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib - TƏFƏRRÜAT
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru