MMC rəhbəri Elza Seyidcahandan dövlət başçısına məktub yazdı - QALMAQAL
Tarix: 25-11-2021, 10:51 | Çap et
 "Elza Seyidcahan məhkəmə qərarının tələb etdiyi pulu mənə verməmək üçün müxtəlif böhtanlara əl atır. Onun ağzından nə çıxırsa, hamısı yalandır. Mən pulumu ondan qanunun tələbi qaydasında alacağam”.
Bunu Qaynarinfo-ya açıqlamasında "ELİT SRC GROUP” MMC-nin rəhbəri Rüstəm Kərimzadə Əməkdar artist Elza Seyidcahanın onun ünvanına işlətdiyi ittihamları cavablayarkən deyib. O bildirib ki, Elza Seyidcahanla arasında olan mübahisəli məsələ ilə bağlı məhkəmə qərarının icra olunması üçün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Ədliyyə naziri Fikrət Məmmədova məktub ünvanlayıb:
"Bütün mübahisəli məsələlər Azərbaycan Respublikasında qanunla tənzimlənir. Qanunla tənzimləyən orqan da Azərbaycan məhkəmələridir. Qanun nə tələb edirsə, onu istəyirik. İttihamı irəli sürən tərəf həm də onu sübut etməlidir. Elza bunu sübut etməlidir ki, doğrudan da biz bunu etmişik. Kimsə istədiyi şeyi deyə bilər, amma onun həm də sübut tərəfi var. Biz onu harda etmişik? Biz sosial şəbəkədə heç bir foto yaymamışıq, müsahibə vermişik. Bizim onunla aramızda mübahisəli məsələ var və bu, məhkəmədə bitib. 2018-ci ildə Azərbaycan Respublikası dövlətinin adından məhkəmə qərar çıxardıb ki, Elza Seyidcahan mənə və mənim təsisçi olduğum şirkətə 58797 min manat pul ödəməlidir. Apelyasiya və Ali Məhkəmə bu qərarı təsdiqləyib. Elza xanım bu pulu ödəməmək üçün 3 ildir ki, hər varianta əl atır. İcra sənədi 2018-ci il iyun 5-dən bu yana hələ icra olunmayıb. Gedib icraçı ilə əlbir olur, onlara nə vasitələrlə təzyiq edirsə, bu qərar icra olunmur, əksinə şər-böhtanla məşğul olur. Yaxın vaxtlar anası ilə əlbir olaraq mənə şər atdı, guya mən onlara fiziki təzyiq etmişəm. Nəsimi Rayon Məhkəməsi barəmdə 30 sutka inzibati həbs qərarı verdi və Apelyasiya Məhkəməsi 5 gün sonra məni azadlığa buraxdı”.
Rüstəm Kərimzadə deyir ki, qarşı tərəf məhkəmə qərarında göstərilən pulu ödəməmək üçün dayanmadan ona şər atır:
"Mən başa düşə bilmirəm ki, bu adamla neyləyim? Dövlət bu adamla bacarmır. Dövlətin çıxardığı qərara bu adam hörmətlə yanaşmır. Məhkəmə qərarı var, 2018-ci ildə verilib və bildirilib ki, dərhal icra olunsun. 3 ildir ki, icra olunmur. Elza kimdir ki, qanunu, məhkəmələri saymır? Neynəyək ki, müğənnidir, müğənni olmur, kim olur-olsun qanun hamı üçündür. Qanunun icrasına mane olmaq birbaşa cinayət məsuliyyətdir. 3 ildir ki, onu qərarı icra etmədiyinə görə cinayət məsuliyyətinə də cəlb eləmirlər. Onu kim müdafiə edir, kimdir onun arxasında duran? Kimdir onu dövlətin qanunundan, məhkəmənin qərarından üstün sayan? Bunu başa düşə bilmirəm”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan televiziya verilişlərinin birində anasına məxsus obyektdə yaşanan qalmaqalla bağlı sosial şəbəkədə ünvaına qeyri-etik ifadələr işlədildiyini deyib:
"Anama qarşı təhqirlər, təzyiqlər var. Gəlirəm ki, qızım, anam ağlayır, təzyiq edilir. Evimdən arxayın deyiləm. Evin kişisi, qadını, qulluqçusuyam. Necə evimdən arxayın olmadan tədbirə gedim? Məhkəmə qərar verib ki, guya biz 57 min borcluyuq. Bunu necə ediblər, bilmirik. Nə bizi dindiriblər, nə şahid var. Amma qanun qarşısında nə edək? Mənim fotolarımı sosial şəbəkədə yayır, Azərbaycan qadınına, tərbiyəmə, şəxsiyyətimə ləkəli sözlər deyirlər". Sənətçi bunu edən şəxsin Rüstəm Kərimzadə olduğunu deyib.
Xatırladaq ki, Bəstəkar Elza Seyidcahanın anası və qızı ilə "ELİT SRC GROUP” MMC-in rəhbəri Rüstəm Kərimzadə arasında mübahisəli məsələ yaranıb. Məhkəməyə qədər uzanan mübahisəli məsələdə çıxarılan qərara əsasən müğənni-bəstəkar Elza Seyidcahanın ailəsi qarşı tərəfə 58797 min manat ödəməlidir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətən müharibəsindəki Şanlı Qələbəmiz - MƏQALƏ
Bu gün, 10:06 |
|
|
|
• Ölkəmizin şanlı tarixi - İsrafil Kərimovun yazısı
Bu gün, 10:05 |
|
|
|
• Rektorun tender əməliyyatları – BDU bir şirkətə gah invertar, gah da təmir işləri sifariş verir
Bu gün, 09:56 |
|
|
|
• Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb - ÖZBAŞINALIQ...
Bu gün, 09:51 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR
Bu gün, 09:44 |
|
|
|
• Bilmək olmur... məmurdur, ya biznesmen? - İTTİHAM VAR...
Bu gün, 09:38 |
|
|
|
• Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Simonyan Bakıda onların azad olunmasını xahiş edib - SİYAHI
Bu gün, 09:25 |
|
|
|
• Erməni əsgərinin Qarabağda nə işi var idi? - Ermənistan Baş nazirindən HAQLI SUALLAR...
Bu gün, 09:19 |
|
|
|
• Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı
Bu gün, 09:16 |
|
|
|
• Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycan Rusiyaya qarpız satışını - 2,6 dəfə ARTIRIB
Bu gün, 08:59 |
|
|
|
• Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq - FT
Bu gün, 08:29 |
|
|
|
• Bakının son şərti referendumsuz reallaşa bilər - GƏLİŞMƏ
Bu gün, 08:27 |
|
|
|
• “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” - AKTUAL
Bu gün, 07:48 |
|
|
|
• Parisin İrəvana istənilən yardımı faydasızdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:46 |
|
|
|
• "Softline Solution”un vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:44 |
|
|
|
• Xırdalan taksisi Bakıya buraxılmayacaq - “Yəqin gəlib “bazara” girirlər”
Bu gün, 07:42 |
|
|
|
• Elə tək ağıllı Paşinyanın özüdür... - ŞƏRH
Bu gün, 07:39 |
|
|
|
• Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
Bu gün, 07:24 |
|
|
|
• 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR - MÜRACİƏT
Bu gün, 07:22 |
|
|
|
• Vətəndaş İlqar Abbasovun umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 07:19 |
|
|
|
• “Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:07 |
|
|
|
• Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz
Bu gün, 07:06 |
|
|
|
• Britaniyadan Rusiyaya xəbərdarlıq - Birbaşa qarşıdurma ola bilər
Bu gün, 07:04 |
|
|
|
• 200 minlik şirkət DVX-nin "qara siyahı"sında - “GNI Software” qanunvericiliyi pozub
Bu gün, 07:03 |
|
|
|
• Kriminal aləmə biət edən təhsilimiz... - dərslər 1 həftədir başlayıb, amma...
Bu gün, 06:50 |
|
|
|
• Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 06:46 |
|
|
|
• Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ - indi də Naxçıvanda milyonları xırıd edir
Bu gün, 06:44 |
|
|
|
• Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI - TƏFƏRRÜAT
Bu gün, 06:39 |
|
|
|
• “ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:33 |
|
|
|
• “Vergi cənnəti” bitir - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır - NƏ ETMƏLİ?
Bu gün, 06:29 |
|
|
|
• "4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır"
Bu gün, 06:24 |
|
|
|
• Babək xəstəxanası nəzarətsiz qalıb... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:21 |
|
|
|
• Qarabağ qazisi yenə də DAVADADIR - Bu dəfə Mədəniyyət Nazirliyinə qarşı...
Bu gün, 06:18 |
|
|
|
• Kürdəmir sakini DOST-dan gileylənir - "Heç bir xəbərdarlıq etmədən..."
Bu gün, 06:16 |
|
|
|
• Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Bu gün, 06:10 |
|
|
|
• Əmrullayevin gizli "kitab oyunu" - "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI
Bu gün, 00:21 |
|
|
|
• Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Dünən, 18:01 |
|
|
|
• Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Dünən, 17:56 |
|
|
|
• “Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Dünən, 17:53 |
|
|
|
• AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:51 |
|
|
|
• Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Dünən, 17:48 |
|
|
|
• “Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Dünən, 17:38 |
|
|
|
• Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Dünən, 17:22 |
|
|
|
• Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Dünən, 17:19 |
|
|
|
• Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Dünən, 17:04 |
|
|
|
|