"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                     Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir .....                     Vüqar Əsgərov gömrük sistemini qarışdırır .....                     Bülletendə olanların pulu aylardır ödənilmir .....                     Əbülfəz Elçibəyin vəfatından 25 il ötür .....                     Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir .....                     Gələcəyin sahibləri .....                     İmtahan, yoxsa tələ? .....                     Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək .....                     "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." .....                     Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı .....                     ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib .....                     Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                 

"Rəqsanənin göndərdiyi yardım mənim zamanında ona etdiklərimin yüzdən biri idi..."
Tarix: 23-11-2021, 09:50 | Çap et
"Rəqsanənin göndərdiyi yardım mənim zamanında ona etdiklərimin yüzdən biri idi..."
Tanınmış prodüsser Təranə Səmədova Moderator.az-ın suallarını cavablandırıb.

- Təranə xanım, uzun müddətdir ki, səssizliyə qapılmısınız. Hal-hazırda prodüsser olaraq nə kimi layihələrlə məşğulsunuz, kiminlə çalışırsınız?

- Səssizliyə çəkilməyim doğrudur. Çünki bir çox haqsızlıqlar, doğru olmayan, yersiz atılan addımlar xətrimə dəydi. Son zamanlarda bir qrup götürüb, onlarla çalışmaq istədim, gördüm ki, hələ də hər şey olduğu kimi davam edir. Yəni insanlar onlara edilən yaxşılığı qanmırlar.

- Şou-biznesin ən parlaq dönəmlərində adınız birlikdə çəkilən 3 məşhur prodüsserdən biri idiniz.

- Hətta iki prodüsser deyərdim, 3-cünün adını bilmirəm.

- Bəli, Tolik və siz.

- Bəli. Görünür adım kiməsə mane olurmuş.

- Kobud da səslənsə deyəcəyəm, şou-biznesdə bu gün at oynadan bir çox müğənniləri siz adam etdiniz.

- Əstağfurullah! Hər bir kəs dünyaya adam, insan olaraq doğulub. Mən deyə bilmərəm kimisə adam etmişəm! Hal-hazırda da o illərdən başıma gələnləri yaşayıram. Qadağalar, olmayan şeylərin üzərimə yıxmaları və s. Mən qadınam, qız övladı böyüdürəm. Buna görə susmağa məcburam. Çünki Azərbaycanda yaşayıram, buranın vətəndaşıyam. Ürəyimcə olmayan nələrisə aşkarlayıb, ifşa etməyə çalışsam, yaxşı nəticələrlə rastlaşmayacağam.

- Kimlər sizə qadağa qoyub?

- Televiziya efirləri. Etmədiyim cinayətlə bağlı 48 saat həbs olunanda ARB kanalında veriliş aparırdım. ARB kanalı bu gün mənə qadağa qoyub. Mənə yaxılan ləkəni, atılan iftiranı edən insanların hər biri bu gün həmin kanalın efirindədir, amma mənə qadağa qoyulubdur. Mən məcburam susmağa. Amma sizin sayənizdə susmadım, işıqlandırdım. Xəzər televiziyası da mənə qadağa qoyan kanallardan biri idi. Sonradan rəhbərlik dəyişdi, qadağa gah götürüldü, gah da qüvvədə qaldı. Düşünmürəm ki, Murad Dadaşov bu gün mənə qadağa qoysun, sadəcə olaraq özüm də iş görmürəm. Ona görə iddia irəli sürə bilmərəm ki, məni kanala çağırmırlar. Mənə atılan iftiranı zamanında sübuta yetirmək üçün çox susdum. Kaş ki, susmayaydım, heç həbs də olunmazdım. Susdum və məhkəmə zalından həbs olundum.

- Soruşmamısınız ki, niyə mənə qadağa qoymusunuz?

- Dəfələrlə olub ki, soruşmuşam, soraq salmışam. Deyiblər ki, bizə belə tapşırıq verilib, bu tapşırıqı yerinə yetirməliyik.

- Hal-hazırda çalışmırsınız, bəs necə dolanırsınız?

- Yalnız və yalnız instaqram üzərindən hansısa reklam çəkilişləri olanda qazancım olur. Başqa qazanc yerim yoxdur. O da ara-sıra olur.

- Vaxtilə çalışdığınız müğənnilərdən qapınızı döyüb, kömək əlini uzadan məşhurlar varmı?

- Vaxtında çalışdığım bir müğənni var ki, maddi yardım göstərib, amma istəmir ki, adını mətbuata açıqlayım. Amma mən onun adını açıqlayacağam. Anam dünyasını dəyişəndən sonra Rəqsanə İsmayılova mənə maddi köməklik göstərib. Bunu mən dana bilmərəm. Mən dansam da belə Allah buna şahiddir.

- Belə başa düşdüm ki, münasibətləriniz düzəlib?

- Belə də. Ortada olan dostlarımızın, tanışlarımızın vasitəsilə bu maddi köməkliyi mənə göndərib. Amma münasibətimiz tam isti deyil. O mənim ona zamanında etdiyim maddi yardımları eynilə geri qaytarsaydı heç nəyə ehtiyacım olmazdı. Ən azından bir biznesimi qurmağa çalışardım. Onun göndərdiyi yardım mənim zamanında ona etdiklərimin yüzdən biri idi.

- Yəqin ki, siz də istəyərsiniz ki, yenidən bir araya gələsiniz?

- Bizi stilist dostum Sənan (Saniko) bir araya gətirmək istədi, ona elə bir cavab verildi, peşman oldum ki, kaş addım atmazdım. Həmin insanı da barışdırmağa peşman etdilər.

- Demək ki, siz cəhd etmisiniz barışmağa.

- İstər Rəqsanəsi, istərsə də Kərimi olsun, zamanında onlara etdiyim yaxşılıqarın müqabilində məni onlarla bir araya gətirmək istəyəndə Kərim mənim adımı eşidəndə dərhal telefonu söndürdü, Rəqsanə də elə bir formada reaksiya verdi ki, peşman oldum. Yenə də bu günümə şükür. Bu gün evimdə bir qazan yemək hazırlanırsa, demək ki, Allah hələ ruzisini məndən əsirgəməyib.

- Müsahibələrinizin birində demisiniz ki, anamın məsləhətləri məni uçuruma aparıb. Bu sözü deyəndə nəyi nəzərdə tuturdunuz?

- Mən bilirdim ki, Kərim həyat yoldaşı kimi mənə həyatda birlikdə addımlamağa bab insan deyil. Mən bunu dərk edirdim, amma anamın təkidi ilə ailə həyatı qurdum. Çünki o gəlib anamı inandırmışdı ki, Təranəsiz həyatı təsəvvür belə etmirəm.

- Müsahibələrinizdə keçmiş həyat yoldaşınız Kərimin adını çox rahatlıqla dilə gətirirsiniz. Buna görə sizə qadağa qoymayıb?

- Bunu məndən yox, o insanlardan soruşmaq lazımdır ki, görəsən buna necə reaksiya verirlər? Mən qorxmuram, çəkinmirəm, hansısa bir insanın adını çəkmək şücaət, cəsarət tələb edir. Mən ad çəkməkdən qorxmuram. Bir çox insanlar var ki, heç birinin adlarını çəkməkdə çəkinmərəm, amma müəyyən məqamlarda susmağa üstünlük verirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru