"Əslində, toylarda əvvəlki ab-hava yox idi"
Tarix: 9-08-2021, 15:12 | Çap et
 Sabahdan, avqustun 10-dan Məhərrəm ayı başlayır.
Sentyabrın 8-dən başlayacaq Səfər ayı isə oktyabrın 7-də başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Ötən ayın əvvəlindən qadağası götürülən toyların yenidən dayandırılacağı ilə bağlı söyləntilər var.
Bəs sənət adamlarının bu bir ay ərzində iştirak etdikləri toylar barədə müşahidələri nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova karantindən sonrakı toylarda əvvəlki ab-havanın hiss olunmadığını deyib:
“Əslində, toylarda əvvəlki ab-hava yox idi. O ab-havanı iştirak etdiyim heç bir toyda görmədim. Belə baxanda 150 nəfər nədir ki, oyan-buyan olsa, 5-6 nəfəri öz ailə üzvün olur, qalanı qardaş, bacı, xala, bibi, elə gəlib 150 nəfərə çıxır. Sanki toy yox, ailə yığıncağı edirsən. Əvvəllər məclisinə 3-4 müğənni dəvət edən toy yiyəsi indi düşünür ki, “Əşşi, nəyimə lazımdır?” Bu baxımdan toyların az adamla keçirilməsi maddi və mənəvi baxımdan sənət adamlarına da təsir edir. Təkcə sənətçilərə deyil, bu hər kəsə təsir edir. Gəlin boynumuza alaq ki, dolaşınığımız toylar üzərində qurmuşuq. Bu bir gerçəklikdir, hər şey toylara bağlıdır. Bir restoranda azı 80 nəfər işləyir, amma qonaq sayı az olduğundan avtomatik olaraq işçi sayı da azalır. Əvvəllər 400-500 nəfərə qulluq edilirdisə, indi say üçdə birə enib. Bu hər kəsə - istər ofisiantlara, istər müğənnilərə, istərsə də aşpazlara təsir edir. Əvvəl bir məclisi yola vermək üçün 3 aşpaz dəvət edilirdisə, indi biri bəs edir. Bilmirəm bu məhdudiyyət nə vaxta qədər gedəcək, amma düşünürəm ki, insanların əlində 5-10 qəpik pulu var, o da bitəndən sonra yəqin ki, bir-birlərini yeyəcəklər”.
Sənətçi Məhərrəm ayında doğma yurdu Tovuza gedərək istirahət edəcəyini bildirib:
“Ən gözəl istirahəti öz doğulduğum kəndimdə edirəm. İnşallah, sabah yola çıxacağam. Kənddə necə lazımdır istirahət edəcəyəm. Hazırda kimin imkanı var ki, xaricə istrahətə getsin?! Lap olsa da, yollar bağlıdır, xəstəlik tüğyan edir. Elə öz kəndimiz ən gözəlidir”.
Xalq artisti Gülyaz Məmmədova payızda da toyların davam etməsini istədiyini qeyd edib:
“Ard-arda toylarda olduq. Karantindən sonra hər kəs övladına toy etmək istəyirdi. Əsas odur toylara icazə verildi. Hamı öz ürəyi istəyənləri dəvət edib şad gününü keçirdi. İnşallah, toylar davamlı olar, payızda da məclislərə icazə verilər. Toyda çox ya az adamın iştirakı ilə deyil, ürəyi istəyən yaxınlarını çağırıb məclisini elədi”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26 |
|
|
|
• Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16 |
|
|
|
• Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07 |
|
|
|
• “Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06 |
|
|
|
• Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02 |
|
|
|
• "City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57 |
|
|
|
• Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52 |
|
|
|
• "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49 |
|
|
|
• "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47 |
|
|
|
• “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
• Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41 |
|
|
|
• “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36 |
|
|
|
• “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
|