"İndi tez-tez sual verilir ki, Qarabağ müharibəsi haqda niyə filmlər çəkilmir?"
Tarix: 3-08-2021, 08:29 | Çap et
 Bu sözləri 73 yaşlı əfsanəvi aktyor, Xalq artisti Rasim Balayev Milli Kino Günü ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Xalq artisti sovetin dağılmasından sonra Azərbaycan milli kinosunun tənəzzülə uğradığını xatırladıb: “Bəli, bu gün Azərbaycan kinosunun vəziyyəti yaxşı deyil. Lakin bu heç də birdən-birə baş verməyib. Məlum olduğu kimi, sovet dövründə pis-yaxşı kino strukturu var idi. Lakin sovet dağıldıqdan sonra yeni kino strukturu yaratmağı düşünmədilər. Təsəvvür edin, təxminən 1991-92 illərdən sonra azı 6-7 il film çəkilmədi.
Bir neçə il sonra isə seriallar çəkilməyə başladı, lakin çox az vəsaitlə. Əlbəttə ki, ”ucuz ətin şorbası" olmadığı kimi həmin seriallar da keyfiyyətli olmadı. Daha sonra isə bir neçə peşəkar, dəyərli rejissorumuz xəstələndi, bir neçəsi dünyasını dəyişdi. Çox təəssüf ki, onların yerini tutacaq yeni nəsil yetişmədi. Doğrudur, indi gənc rejissorlar, kinoçular var. Amma onlar axı işdə formalaşmalıdır, iş üçün isə kino çəkilməlidir. Beləliklə, yeni gənc nəslin də potensialı ortaya çıxmadı".
Rasim Balayev qeyd etdi ki, milli kinonun inkişafı üçün vəsait mühüm rol oynasa da, digər mühüm amillər də var: “Bildiyiniz kimi, bu yaxınlarda kinoya vəsait ayrıldı. Bəli, pul əsas amillərdən biridir, amma hər şey də deyil. Pul olanda gərək yaxşı rejissor, dramaturq, operator, kino olsun, kollektivi də olsun və bu vacibdir. Ona görə də kinomuz 20-30 il yaxşı vəziyyətdə olmadı. Həm bu illər ərzində bizim əsas fikrimiz Qarabağ münaqişəsinin həllinə və digər problemlərə yönəldi. Bundan sonra hər şeyin yaxşı olacağına ümid edirəm”.
Xalq artisti yeni çəkiləcək filmlərdən də söz açıb: “Eşitdiyimə görə, artıq bir neçə film istehsala buraxılır. Bu, o deməkdir ki, kinomuz yavaş-yavaş reysə düşməyə başlayıb. Lakin qeyd etdiyim kimi, hər şey birdən-birə əmələ gəlmir. Bunun üçün uzun illər lazım gələcək. İndi tez-tez sual verilir ki, Qarabağ müharibəsi haqda niyə filmlər çəkilmir? Zamanında 1941-45-ci il müharibəsindən illər sonra o haqda sanballı filmlər ortaya çıxmağa başladı. Yəni 50-60-cı illərdən sonra müharibənin bütün detalları, xırdalıqları öyrənildi, ssenarilər yazıldı və maraqlı filmlər çəkildi, əsas da müharibə zamanı arxa cəbhədə baş verənlər haqda. Məsələn, ”Tütək səsi", “Mən ki, gözəl deyildim”, “Şərikli çörək” və sairə.
Lakin bir məsələni də qeyd etmək istəyirəm, İkinci Dünya müharibəsi zamanı döyüş zonasına xeyli sayda operatorlar göndərilmişdi. Onlar real müharibədən xeyli kadrlar çəkmişdilər, hansı ki, həmin kadrlar sonralar çoxlu sayda sənədli filmlərin çəkilişlərində istifadə olundu. Lakin nədənsə 44 günlük Vətən müharibəsində bu ənənə olmadı. Yəni real müharibə kadrları çəkilmədi, yalnız mobil telefonla nələrsə qeyd olundu. Müharibə zamanı bizim dronların düşməni necə məhv etdiyini gördük. Həmin kadrlara dəfələrlə, ləzzətlə baxırdım. Lakin axı canlı qüvvəmiz də bu müharibədə böyük qəhrəmanlıq göstərdi, onları lentə almaq lazım idi. Beləliklə, deməyim budur ki, adətən müharibə haqqında yaxşı filmlər illər sonra ortaya çıxır. İnanıram ki, illər sonra Qarabağ müharibəsi haqda da layiqli filmlərimiz olacaq".
“Yeni çəkiləcək filmlərə dəvət almısınızmı” sualımızı ünlü sənətçi bu cür cavablandırdı: “Yox, hələ ki dəvət almamışam... ”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstan narazı qalıb: - “Azərbaycana başqa cür yanaşırsınız”
Bu gün, 15:14 |
|
|
|
• Ter-Petrosyan: - Nikol bunu bacardı
Bu gün, 15:12 |
|
|
|
• Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi - AÇIQLAMA
Bu gün, 15:09 |
|
|
|
• “AzInTelecom”a təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:06 |
|
|
|
• Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır – “Numbeo”
Bu gün, 15:03 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 15:01 |
|
|
|
• Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı - SİYAHI
Bu gün, 14:59 |
|
|
|
• Azərbaycandakı konsaltinq şirkəti - LƏĞV OLUNDU
Bu gün, 14:56 |
|
|
|
• Ömürlük həbs də çıxış yolu deyil – Hüquq müdafiəçisi etiraz etdi
Bu gün, 14:52 |
|
|
|
• Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq - İDDİA
Bu gün, 14:51 |
|
|
|
• Xəstəxanaya müayinə üçün gedən Xalq artistini ürəyindən əməliyyat etdilər
Bu gün, 14:47 |
|
|
|
• Moskva Köçəryanın adamını niyə aradan götürdü? - ŞOK DETALLAR
Bu gün, 14:46 |
|
|
|
• AQTA-da bir sıra kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 14:42 |
|
|
|
• Şahin Şıxlinskinin həbs müddəti uzadılıb - FOTO
Bu gün, 14:40 |
|
|
|
• "Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" - “Music Gallery”dən şikayət
Bu gün, 14:38 |
|
|
|
• Azər Aydəmir Koreyada - “Xərclədiyi məbləğin 40 faizini geri ala bilər”
Bu gün, 14:32 |
|
|
|
• Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:27 |
|
|
|
• Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib
Bu gün, 14:24 |
|
|
|
• Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi - VİDEO
Bu gün, 13:11 |
|
|
|
• İlhamə Elşadqızına hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
• Əgər belədirsə... daha qulaq asmasınlar!
Bu gün, 12:31 |
|
|
|
• Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Bu gün, 12:22 |
|
|
|
• AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir - Zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, və s
Bu gün, 12:14 |
|
|
|
• “Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:08 |
|
|
|
• “Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” – BMT kürsüsündə BÖYÜK REZONANS
Bu gün, 12:01 |
|
|
|
• Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 11:56 |
|
|
|
• Ermənistanda konstitusiya islahatı müzakirə olunur - KİV
Bu gün, 11:53 |
|
|
|
• “Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” – DEPUTATIN AÇIQLAMASINA REAKSİYA
Bu gün, 11:40 |
|
|
|
• "TikTok-dakı qızların günahkarı analarıdır"
Bu gün, 11:36 |
|
|
|
• Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... - İLGİNC
Bu gün, 11:33 |
|
|
|
• “Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Bu gün, 11:29 |
|
|
|
• "Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır"
Bu gün, 11:24 |
|
|
|
• “Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq” - Partiya sədri
Bu gün, 11:16 |
|
|
|
• Dövlət qurumunu təmizləyici dərmanlarla təmin edən şirkət tapılmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 11:12 |
|
|
|
• On bir yaşlı qıza qarşı əxlaqsızlıq edən iki uşaq atasına AĞIR CƏZA
Bu gün, 11:10 |
|
|
|
• Xatunla duet ortağı arasında EŞQ YAŞANIR?
Bu gün, 11:08 |
|
|
|
• "Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb - HESABAT
Bu gün, 11:01 |
|
|
|
• Şaraadan xəbərdarlıq: Bu, Türkiyəyə də zərər verəcək - KİV
Bu gün, 10:59 |
|
|
|
• Anklavlar məsələsi “ərazi mübadiləsi”ni gündəmə gətirir - GƏLİŞMƏ
Bu gün, 10:57 |
|
|
|
• Azərbaycandada BOKT-da səhmdar dəyişikliyi baş verib - YENİ PAYÇI MƏLUM OLDU
Bu gün, 10:55 |
|
|
|
• Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
• Sədərək Gömrüyündə RÜŞVƏT BUMU... - İTTİHAM VAR...
Bu gün, 10:53 |
|
|
|
• Paşinyanın üstünlükləri kifayət qədər çoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:36 |
|
|
|
• “Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub
Bu gün, 10:34 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə - ilk dəfə deyil ki...
Bu gün, 10:29 |
|
|
|
• 5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR - MÜRACİƏT
Bu gün, 10:20 |
|
|
|
• Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? - NARAZILIQ VAR...
Bu gün, 10:17 |
|
|
|
• 'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır - TƏFƏRRÜAT
Bu gün, 10:10 |
|
|
|
• Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı - ŞƏRH
Bu gün, 10:02 |
|
|
|
• "Biz siyahıya alınmamışıq" - xalq artisti
Bu gün, 10:00 |
|
|
|
|