“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                     Kreml xəsislik edir, yoxsa qabalıq? .....                     Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                     "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" .....                     Azərbaycanda hərbi çağırış yaşı dəyişir? .....                     Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... .....                     Rusların bu hücumu etməyə gücü yoxdur .....                     Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? .....                     Ya Zəngəzur dəhlizi, ya da təcrid .....                     Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... .....                     Trampın 50 günü Putini dəyişəcəkmi? .....                     “Nar” Daşkəsən festivalında iştirak etdi .....                     Gömrükçülər indi də OĞURLUQ EDİR .....                     Lerik sakini Prezidentə müraciət etdi .....                     İran yola gəlir, YOXSA... .....                     "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" .....                     Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif .....                     Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                 

"İlk işimi babamla başlamaq istəmədim" - VİDEO
Tarix: 5-01-2021, 09:03 | Çap et
"İlk işimi babamla başlamaq istəmədim"
Kənan Şeyxzamanlı illüstratordur. Uşaqlıqdan rəssamlığa, heykəltaraşlığa marağı olan gənc illüstrator yaradıcılığından, Azərbaycanda bu sənətin vəziyyətindən Sputnik Azərbaycan-a danışıb. Dediyinə görə, indi bu sahəyə maraq əvvəlki illərlə müqayisədə xeyli yaxşıdır: "5 il əvvəl Azərbaycanda çox az illüstrator var idi. İndi isə Bakıda xeyli illüstrator var. Çünki, artıq bu sahə barədə informasiya tapmaq, öyrənmək daha asandır. Artıq onlayn şəkildə xarici ölkələrin illüstratorları ilə məsləhətləşmək, onlayn kurslara yazılmaq mümkündür. Əvvəl isə bu əlçatmaz idi. Pandemiya dövründə insanların vaxtı kifayət qədər çox idi, əksər illüstratorlar bu vəziyyətdən yararlandılar. Çünki, yaradıcılıq üçün vaxt oldu".

Kənan bəzi səbəblərdən Rəssamlıq Akademiyasına qəbul ola bilməsə də, daxilində sənətə olan sevgisi bitməyib: "Slavyan Universitetinə daxil oldum. Amma bu peşədən uzaqlaşmırdım. Araşdırmalar aparırdım, kitablar oxuyurdum. Hərdən rəsmlər də çəkirdim. Bir gün "youtube"da kanal tapdım".

Və elə hər şey də bundan sonra başlayır: "Məşhur yapon rəssamının kanalı idi. Dünyaca məşhur yapon rəssamı Osamu Obinin. Mən bilmirdim o kimdir. Videosunun altından şərh yazdım, o da mənə cavab verdi. Və biz başladıq danışmağa. Mən elə bilirdim ki, hansısa cavan oğlandır və mənə kömək etmək istəyir. Sən demə o dünyaca məşhur rəssam imiş, özü də gənc deyildi, 40-dan yuxarı yaşı var idi".

"Youtube"da başlayan sənət dostluğu "facebook"da davam edir: "Ona dedim sənin əsərlərinə haradan baxa bilərəm? Saytın linkini atdı. Dedim yaxşı olar ki, siz "facebook"da profil açasınız. Həmin dönəmlərdə "facebook" yenicə məşhurlaşmağa başlamışdı. Əvvəl razılaşmadı, amma 1 aydan sonra ondan mənə dostluq təklifi gəldi. Mən ona yapon animasiyasını öyrənmək istədiyimi dedim".

Gənc illüstrator deyir ki, o dövrlərdə lazimi avadanlıqları Bakıda tapmaq mümkün deyildi. İnternetlə sifariş etmək isə indiki qədər asan başa gəlmirdi: "Xüsusən Yaponiyadan heç nə gəlmirdi. Həmin rəssam mənə lazım olan bütün avadanlıqları və özünün kitabını göndərdi. Bu, mənim üçün gözlənilməz idi. Kitabdan da, göndərdiyi alətlərdən də hələ də yararlanıram. Xarici ölkələrə gedəndə camaat gedib geyim dükanlarını gəzəndə mən peşə alətləri mağazalarını gəzirəm".

Şeyxzamanlı universiteti bitirəndə artıq öz sahəsində tanınanırdı. Artıq iş təklifləri gəlməyə başlamışdı: "Müəyyən dövrlərdə müxtəlif işlərdə çalışsam da gördüm ki, ofis işi mənlik deyil. Qərara aldım ki, mən ancaq azad işləyəcəyəm. Həmin dönəmlərdə bu sahədə çalışan insanlar çox az idi. İnsanlar risk etməyə cəsarət etmirdilər. Mənə müraciətlər olunurdu. İndi daha çox buna təlabat var. Ən yaxşısı da odur ki, indi sifariş verənlər deyirlər necə istəyirsiniz edin. Yəni, işi tam mənə buraxırlar. Mən də öz yaradıcılığımı ortaya qoya bilirəm".

Qəhrəmanımız film sahəsində də fəaliyyət göstərib: "Rəhmətlik rejissor Şahin Zəkizadənin "100 kağız" adlı filmində işlədim. Orada belə idi ki, kinodakı səhnə keçirdi mənim rəsmimə. Çox maraqlı alınmışdı. Bundan başqa, ilk dəfə Tünzalə Ağayevanın "Qoşa qanad" mahnısı üçün də animasiya hazırladım. Azərbaycanda ilk 2D animasiyası idi. Bu, mənim üçün də bir təcrübə idi".

Sovet dövründə Azərbaycanda çəkilən cizgi filmlərinin rənglərinin keyfiyyətsiz olmağı Şeyxzamanlını məyus edib. Elə məhz bu səbəbdən qərara alıb ki, Abdulla Şaiqin müəllifi olan "Tıq-tıq" xanım əsərini müasir versiyada təqdim etsin: "Həmişə cizgi filmlərinin rəngləri məni narahat edib. Olduqca keyfiyyətsizdir. Bunun üzərində işləmək lazım olduğunu düşündüm. Dost-tanışım da mənə dedilər ki, başla. Və "Tıq-tıq xanım"ın illüstrasiyasını hazırladım. Amma Tıq-tıq xanımı müasir versiyada təqdim elədim. Hər kəs də bəyəndi".

O bundan başqa, filmlərimizə də müraciət edib: "Təhminə və Zaur" filminin baş qəhrəmanları Fəxrəddin Manafov və Meral Konratın illüstrasiyasını hazırladım. Həmin filmin də rəngləri olduqca keyfiyyətsizdir. Amma mənim hazırladığım filmdən kadr deyildi, kadrarxası foto idi".

Kənan Azərbaycanın unudulmaz sənətkarı, Xalq artisti Məmmədrza Şeyxzamanovun nəvəsidir. Dediyinə görə, ilk başlayandan babasının illüstrasiyasını çəkmək istəməyib: "Camaat bunu yalnış anlayar deyə fikirləşdim ki, əvvəlcə digər sənətkarlarımızı çəkim. "İnstagram"da sorğu keçirdim ki, kimin illüstrasiyalarının hazırlanmasını istəyərsiniz. İnsanların böyük bir qismi "Qaynana" filmindən Nəsibə xanımı istədi. Mən onu hazırladım. Bunu başqa illüstratorlar da etmişdi. Amma onlar sadəcə nüsxəsini hazırlmamışdılar. Mən isə öz fantaziyamla hazırladım. Filmdə o kadr yoxdur. Bundan əlavə, "Yuxu" filminin qəhrəmanlarının da illüstrasiyalarını hazırlamışam. Filmlərin üzərində işləyəcəyəm, davamı gələcək".

"Məşhur müğənni Dua Lipanın illüstrasiyanın hazırlamışdım. "İnstagram"da paylaşdım, dostarlım onu tag elədi. Üstündən bir-iki saat keçdi. Gördüm ki, dostlarım mənə yazıb ki, gir Dua Lipanın "story"nə bax. Baxdım ki, mənim illüstrasiyamı paylaşıb. Gecə saat 2 idi, hamı yatmışdı, mən başladım sevincdən qışqırmağa. Amma azərbaycanlı sənətçilər heç kəs reaksiya verməyib. Bəlkə də heç görməyiblər. Açığı, heç vaxt onu düşünməmişəm ki, kimsə paylaşsın. Sadəcə ideya gəlir, mən də edirəm. Bir dəfə də ekstrasens Bayram Nurlunu çəkdim. Tag elədim, tagı sildi. Camaat gülürdü, amma gülmək üçün etməmişdim. Yəqin ki, o bunu yanlış anlayıb" - deyə Kənan əlavə edir.

"İllüstrator olmaq üçün insandan nə tələb olunur?" sualımıza müsahib belə cavab verdi: "Öncə səbr. Ən əsası həyatını ona həsr etməlisən. Pulu düşünməməlisən. Pul yaxşıdır, amma sənin öncəliyin pul olmamalıdır. Öncə sənətini inkişaf etdirməlisən. Öz stilini tapmalısan. Yeni başlayan illüstratorlar düşünürlər ki, necə edim ki, mənim "İnstagram"da izləyicim çox olsun. Bu peşə yiyələnmək üçün öncə bunun anatomiyasını öyrənməlisən. Kiminsə əsərini götürüb kopyalayıb, onu paylaşmaqla heç nə əldə edə bilməzsən. Mən 4 il çalışdım bunun üzərində. O vaxta qədər sosial şəbəkələrdə paylaşmırdım. Bu sənətin ən böyük sirri budur ki, sevəsən və vaxtını ancaq ona həsr edəsən, yoxsa başqa cür alınmayacaq".













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42
İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34
"Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32
Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru