Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                     Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə .....                     Trampın regionda hiyləgər gedişi .....                     Keçmiş sovet respubliklarının işğalı real təhlükədir .....                     Nazir dostunu sədr müavini təyin etdi .....                     Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi .....                     Nicat Rəhimovun səhhətində problem yaranıb .....                     Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? .....                     İzzət Bağırov buna görə çimərlikdən qorxur .....                     Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? .....                     Xanım aparıcı metronun mətbuat katibi təyin edildi .....                     Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir .....                     İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır .....                     İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... .....                     Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                     “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” .....                 

Aygün Kazımova Şuşada nələr gördü? - “Oturub ermənilərə baxırdım”
Tarix: 30-12-2020, 10:07 | Çap et
Aygün Kazımova Şuşada nələr gördü?
Kulis.az bu günlərdə Şuşaya səfər edən Xalq artisti Aygün Kazımova ilə söhbəti təqdim edir.

- Aygün xanım, Şuşa səfərinizdən hansı təəssüratlarla qayıtdınız?

- Hisslərim o qədər qarışıqdır ki… Bir gözüm gülürdü, bir gözüm ağlayırdı. Bilmirəm mənə belə gəlir, yoxsa doğurdan da belə idi - Şuşada çox qəmli bir səhnə var idi.

- İşğaldan əvvəl Şuşada olmuşdunuz, yoxsa bu, sizin Şuşaya ilk səfəriniz idi?

- İlk səfərim idi. Mən heç vaxt Şuşada olmamışdım. Amma valideynlərim Şuşada çox olublar. Onların Şuşa məscidinin önündə şəkilləri vardı. Mən Azərbaycanın, demək olar ki, bütün şəhər, rayon və kəndlərində olmuşam. Çox sayda konsertlər vermişəm. Hətta istirahət üçün çox vaxt xarici ölkələri deyil, öz rayonlarımızı seçmişəm. Amma Şuşada olmaq başqa idi. Şuşada səhər tezdən oyandım və küçəyə çıxdım. Ətrafda bir sükut var idi. Sakitlik… Günəş yenicə çıxırdı. Ətrafı seyr etməyə başladım. Havasını ciyərlərimə çəkdim. Bu, elə bir duyğudur ki, sözlərlə ifadə etmək çox çətindir. İçimdə həm kədər var idi, həm sevinc. Şuşa elə bil dolmuşdu. Danışmaq istəyirdi. Amma susurdu. Bəlkə, toxunsan hönkür-hönkür ağlayacaqdı. “Şuşanın dağları başı dumanlı” ifadəsi elə-belə söz deyil.

- Aygün xanım, əsgərlərlə görüşdünüz. Onların əhval-ruhiyyəsi necə idi?

- Mən uzun illərdir belə hisslər yaşamırdım. Əsgərləri görəndə bilmirdim özümü necə aparım. Gülümmü, ağlayımmı, sevinimmi… Onları bir-bir qucaqlayıb bağrıma basmaq istəyirdim. Bütün hisslərim bir-birinə qarışmışdı. Burdan o əsgərləri dünyaya gətirən analara səslənirəm. Onları dünyaya gətirən hər bir anaya qurban olum. Hər bir şəhid bizim öz qardaşımız, atamız, oğlumuzdur. Onlar bizə dünyanı bəxş edib köçdülər bu dünyadan. Biz rahat, xoşbəxt yaşayaq deyə öz canlarını qurban verdilər. Özlərini deyil, bizi düşünərək etdilər bunu. Şəhidlərimiz hər zaman yaşayacaq. Ruhları şad olsun. Hər birinə ömür boyu borcluyuq.

- Qarabağda erməniləri görəndə hansı hissləri keçirtdiniz? Nə müşahidə etdiniz?

- Biz ermənilərin yanından keçib getdik. Bizimkilər və sülhməramlılar olmasaydı, sağ-salamat keçə bilməzdik. Mən maşında oturub onlara baxırdım. Gözümə çox miskin, bədbəxt göründülər. Başqa bir atmosfer var idi. Amma ümidliyəm ki, hər şey zamanla yoluna düşəcək. Biz o torpaqlarda daha göz yaşı tökmədən yaşayacağıq.

- Sizin də həyatınızda bir döyüşçü səhifəsi var. O vaxtkı hisslərinizlə indikilər arasında fərq varmı?

- Mən birinci Qarabağ müharibəsində könüllü cəbhəyə gedəndə tamamilə başqa hisslər keçirirdim. Amma Şuşa məni yaman təsirləndirdi. Hələ də özümə gələ bilmirəm. Əsgərlərimiz elə hadisələr danışırdılar ki, elə bil, film seyr edirdim. Onlar minaya düşmələrini, ayaqlarını itirmələrini, yaralanmalarını elə danışırdılar, sanki bunlara heç bir şey olmayıb. Adi haldır. Sanki minaya düşməyiblər, onları bir milçək dişləyib.

- Müharibənin qızğın günlərində Şuşada ermənilər yaşayan evlərdən Azərbaycanın tanınmış sənətçilərinin fotoları çıxmışdı. O fotolardan biri də sizə aid idi. Reaksiyanız necə oldu?

- Təəccüblənmədim. Çünki biz bilirik ki, onların gözləri daima bizim sahib olduqlarımızdadır. Nəfsləri həmişə üstümüzdədir. Nə qədər gizlətməyə çalışsalar da onlar bizim mətbəximizin, musiqimizin, bizim olan hər şeyin fanatı olublar. Öz adlarına çıxmaq istəyiblər. Çünki özlərinə məxsus olan heç nələri yoxdur. Hər şeyləri oğurluqdur.

- Söhbət üçün sizə minnətdarıq.

-Siz sağ olun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Bu gün, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Bu gün, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Bu gün, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Bu gün, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Bu gün, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Bu gün, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Bu gün, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Bu gün, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Bu gün, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Bu gün, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Bu gün, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Bu gün, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Bu gün, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Bu gün, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Bu gün, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Bu gün, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Bu gün, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Bu gün, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Bu gün, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Bu gün, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Bu gün, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Bu gün, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Bu gün, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Bu gün, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Bu gün, 15:25
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Bu gün, 15:22
İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Bu gün, 15:19
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru