İran səfirindən erməni kimi açıqlama və hədə: .....                     "Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" .....                     Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi .....                     Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… .....                     Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... .....                     “Ədalət”i səngərdə çıxarmışam .....                     Mənzil bazarında yeni fırıldaqçılar .....                     Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                     Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: .....                     Gümrü bazasında daha bir İNTİHAR: .....                     İflic duruma salınan Azərbaycan səhiyyəsi... .....                     Qiyas cehizə görə intihar edib? .....                     Paşinyan Rusiyanın baş nazirini aldada bildi .....                     Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... .....                     Peskovun Zəngəzur açıqlaması .....                     Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... .....                     "Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar" .....                     Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU .....                     Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur .....                     "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." .....                     Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR .....                     Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir .....                     Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb .....                     Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb .....                     Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir .....                     “Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” .....                     "Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                 

"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
Tarix: 14-12-2020, 09:02 | Çap et
"Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm"
“Qarabağ uğrunda apardığımız haqlı vətən müharibəsi dövründə gecələr yatmağı özümə qadağan etmişdim. Çörək yeyəndə, su içəndə hətta isti yerimə girəndə belə utanırdım. Cənab prezident xalqa müharibənin bitdiyini və 3 tərəfli müqavilənin imzalanacağını dediyi günü bir az da olsa rahat oldum. Yəni yerimdə artıq yata bildim. Dedim ki, şükür Allaha, torpaqlarımız qayıtdı. Görün biz nə boyda torpaqlarımızı, rayonlarımızı, kəndlərimizi işğaldan azad etdik. 30 il idi ki, bizim yaralarımız hələ də qaysaqlamamışdı, sağalmırdı, yaralarımıza bir az da olsa məlhəm çəkildi. Ordumuz bizə özümüzə inamı qaytardı. Bizə birləşmək ruhumuzun var olduğunu, ölmədiyini qaytardılar. Bizə qələbə sevincini qaytardılar, artıq gülümsəməyə də başladıq. Biz bu gün də hələ rahat olmamalıyıq. Nəyə görə? Çünki artıq bizim çiynimizdə borc yükü var, şəhidlərin haqqı var. Biz onların ruhuna layiq olmalıyıq. Layiq olmaq üçün də çalışmalıyıq ki, həyatımızı elə düzgün yaşayaq ki, onların ruhu bizdən inciməsin. İşğaldan azad etdiyimiz bütün torpaqlarımızda gözəl bir həyat qurmalıyıq. Biz şəhidlərimizin, qəhrəman övladlarımızın qələbəsini əbədiləşdirmək üçün hər şəhərdə, hər rayonda, hər kənddə şəhidlər xiyabanı düzəltməliyik. Bu ona görə lazımdır ki, hər şəhidin xatirəsi ürəyimizdə xiyabana çevrilsin. Biz onları heç bir zaman unutmamalıyıq, unutmağa haqqımız da yoxdur. Şəhid analarının qarşısında baş əyib, əllərindən öpürəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Mən bu günki gənclərimizin, onların igidliyinin qarşısında da baş əyirəm. Fəxr edirəm ki, bizim belə cəngavər, qəhrəman gənclərimiz var, fəxr edirəm ki, gənclərin ürəyi vətən sevgisi ilə çırpınır. Vətən sevgisi xalqımızın ürəyində var olduqca bu vətən basılmaz. Bizim hələ gələcəyə çox işimiz var. Mən inanıram ki, bu hələ tam qələbə deyil. Bizim hələ babalarımızın dəfn olunduğu qədim Azərbaycan torpaqlarımız var ki, inşallah bu qələbə, zəfər yolu bizi ora aparacaq. Oralarda da biz qələbə çalacağıq”.

Bunu Moderator.az-a Xalq artisti, məşhur “Nəsimi” filmindəki Fatimə obrazının ifaçısı Xalidə Quliyeva deyib. Sevilən sənətkar doğulub boya-başa çatdığı Şuşa ilə bağlı xatirələrini də bizimlə bölüşüb.

“Allah cəmi ölənlərə rəhmət etsin, mənim atam Şuşada, anam isə Bakıda anadan olub. Uşağlığım, gəncliyim Şuşada keçib. Atam hər yay bizi babamın Şuşadakı 2 mərtəbəli mülkünə aparardı. Babam Məşədi Rəhimi orada hamı tanıyıb, hörmət edirdi. Məşədə ziyarətə getmişdi, o vaxt böyük əmimi də özü ilə aparmışdı. İnanclı adam idi, dininə sadiq biri idi. Hər gün məscidə gedib şeyxin yanında oturardı. Hətta şeyx Kərbəla ziyarətinə gedib gələndən sonra babam birinci övladını gətirib onun ayağının altına qoydu ki, mən bunu sənə qurban edirəm, sən gedib oranı ziyarət edib gəlmisən. Belə bir qatı inancı var idi. Təbii ki, şeyx icazə verməyib, deyib ki, qurbanın qoyun olsun. Həm də tacir idi, atı, arabası var idi, ticarətlə məşğul olurdu. Dolanışığımız yaxşı idi, pis deyildi. Gövhər Ağa məscidinin yanında idi evimiz. Evimizin yaxınlığında meydan bulağı, tikiş fabriki, bazar var idi. Babamgil Bakıya köçəndə onların evində Laçınla Şuşa arasında Zarıslı kəndi var idi, o zarıslılar babamın evinə köçüb, orda yaşamağa başlamışdılar. Babamın böyük bağları, torpaq sahəsi var idi. Yadımdadır, o bağda armud ağacından armudu dərmək mümkün deyildi, dərən kimi armudun şirəsi dirsəyimə qədər tökülürdü. Mənim indi ən böyük arzum budur ki, orada gedib ulu babamın, nənəmin, yaxınlarımın məzarlarını ziyarət edib, onlara dua oxuyum. 1970 - ci ildə atam dünyasını dəyişəndə onu Bakıda dəfn etdik, amma məzarının üstünə Şuşadan gətirdiyimiz torpağı tökmüşdük. Mən 3-cü sinifdə oxuyanda atam məni Şuşada Cıdır düzündəki "lager"ə yazdırmışdı.

Yadımdadır, Şuşada, həm də Xankəndində erməni məhlələri var idi, o məhlələrin qabağından keçəndə erməni uşaqları hasara dırmaşıb başımıza ya tüpürərdilər, ya daş atardılar, “türklər gəlir, türklər gəlir” deyərdilər. O vaxtı onların sən demə, bizə böyük nifrəti var imiş. Amma bizdə onlara qarşı nifrət hissi olmayıb. Mənim yadıma gəlmir ki, evimizdə ermənilərə qarşı siyasi təbliğat aparılsın, bizə nifrət xörəyi yedizdirsinlər. Biz nifrət xörəyi yeməmişik. Biz həqiqətən də sadə, çox təmiz millət olmuşuq. Amma bu gün reallıq onu göstərir ki, belə olmaq olmaz. Bu gün güc çox böyük rol oynayır. Biz güclənməliyik, necə ki, bu müharibə ərəfəsində baş verdi. Biz Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında birləşməliyik. Onun çıxışları müharibə günlərində olduğu kimi bu gün də bizi ruhlandırır, bizə ümid verir, arxa-dayaq olur. Hətta prezidentin çıxışı olmayanda darıxırıq ki, qoy çıxıb danışsın, çünki Ali Baş Komandana qəribə bir məhəbbət, sevgi yarandı. Allah xalqımızı, xalqımızın prezidentini bizə çox görməsin. Bəli, sülhməramlılar gəldilər, orda qayda-qanun yaratdılar, bunların hamısı bizim xeyrimiz üçündür. Oturub araşdıranda da görürəm ki, bu bizim bu günümüz üçün də xeyirlidir, hələ 10 ildən sonra nə olacaqsa onun üçün də. Hər bir şey dövlət tərəfindən düşünülüb. Mən bu yolda xalqımıza, prezidentimizə can sağlığı arzulayıram. Allahın amanında olaq, onun kölgəsi üstümüzdən əskik olmasın. Deyirlər ki, “Haqq nazilər, üzülməz”. Bəli, bizim haqqımız var, bizim haqqımız üzülmədi. Biz bu gün haqq yolunda çabalayırıq, tanrı da ona görə bizə yar olur. Xalqımızın vətəninə olan eşqi bizə kim verdi? Əlbəttə ki, Allah verdi. Bu eşq var olunca torpaqlarımız da, qələbə də bizim olacaq. Yetər ki, bir-birimizi sevək, Ali Baş Komandanımızı sevək, hər gün sevmək üçün çalışaq. Sevmək üçün nəsə addım ataq. Bəli, bizi sevgi xilas edəcək, o sevgini də bizə tanrı bəxş edib. Tanrıya min şükürlər olsun ki, bizi bu bəladan, bu zülmdən, bu acizlikdən, bu başıaşağılıqdan qurtardı” - deyə Xalq artisti Xalidə Quliyeva bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Bu gün, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Bu gün, 12:11
Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Bu gün, 12:10
Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Bu gün, 12:03
Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Bu gün, 12:00
“Ədalət”i səngərdə çıxarmışam - 35 illik QƏZET
Bu gün, 11:52
Mənzil bazarında yeni fırıldaqçılar – ev alarkən diqqətli olun
Bu gün, 11:49
Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb - TƏDQİQAT DAVAM EDİR
Bu gün, 11:45
Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: - Ölən və yaralanan var
Bu gün, 11:36
Gümrü bazasında daha bir İNTİHAR: - əsgər özünü DOĞRADI
Bu gün, 11:34
İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Bu gün, 11:30
Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Bu gün, 11:23
Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Bu gün, 11:15
Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Bu gün, 11:08
Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Bu gün, 11:04
Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Bu gün, 11:00
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Bu gün, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57
“Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” – Milyarder Fərhad Əhmədov
Bu gün, 09:54
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru