“Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...” - Zakir Fəxri
Tarix: 29-09-2020, 08:18 | Çap et
 “Bunu çox ürəkdən deyirəm, vətən-vətəndir və bu vətən müharibəsidir və cənab prezident özü də gördü ki, biz həmişə onun yanında olmuşuq”
Bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri deyib. O, torpaqlarımızın tezliklə Ali Baş Komandanın rəhbərliyi altında ordumuz tərəfindən işğaldan azad ediləcəyinə inandığını bildirib:
“Mən keçən dəfə açıqlamamda Qarabağı azad etmək istəyən bir nömrəli adamın İlham Əliyev olduğunu elə belə deməmişdim. Cənab prezidentin BMT-də son iki çıxışı əhalidə görünməmiş dərəcədə inam yaradıb. İndi küçələrə çıxanda görürsən ki, balaca uşaqların əlində Türkiyə və Azərbaycan bayraqları var, bu özü çox böyük şeydir. Təsəvvür edin ki, bu gün çörək bişən təndirin bağlı olan ağzı açılıb və o çörəyin, Qarabağın ətri artıq bütün evlərə gedib. Çox arzu edirik ki, bu ruh dayanmasın, hər şeyi başa düşürük, amma arxaya yol yoxdur. Bu işləri hər halda İlham Əliyev cənabları daha gözəl bilir. Türkiyənin müdafiə nazirinin də bəyanatı çox gözəl idi, dedi ki, “hansı danışıqdan söhbət gedə bilər? Otuz ildir danışıq gedir”. Torpaqlar işğaldan azad ediləndən sonra danışmaq olar. Bunu çox ürəkdən deyirəm, vətən-vətəndir və bu vətən müharibəsidir və cənab prezident özü də gördü ki, biz həmişə onun yanında olmuşuq. Bizim bir arzumuz olub ki, bu xəcalətdən millət xilas olsun, yeni nəsil ruh yüksəkliyində böyüməlidir, onların ürəyində içində bir vətən dərdi, sevgisi olmalıdır. Kimsə gəncliyin ürəyindən onu götürüb və bu, müharibəylə o sevgi bərpa olundu, hər şey qayıtdı.
Müharibə itkisiz olmur. Çox dəlicəsinə inanıram ki, Azərbaycan Ordusu son dərəcə güclüdür, Qəhrəmanlar döyüşün içində yetişir. Dünən Ağdərənin mühasirəyə alınmağına çox sevindim, çünki şəhid qardaşım Kamil orda döyüşürdü, Əsgəranda uşaqları mühasirədən çıxaranda şəhid olmuşdu. Bununla həm də Kamilin ruhu şad oldu. Türk xalqı döyüşkən xalqdır və bu ruhun bərpa edilməsi üçün cənab prezidentin özü, dirənişi lazım idi. İlham Əliyev cənabları uşaqdan-böyüyə qədər hamıda o inamsızlıq zəncirini qırdı və böyük bir inam və ruh yaratdı. Adam gecə səhərə qədər yatmır, gözləyir ki, görən nə təzə xəbər olacaq. Ağdərə işğaldan azad edilsə, inanıram ki, düşmənin bütün yolları kəsiləcək. İndi Böyük Mərcanlı kəndi alınıb, Cəbrayıl ayaq altdadır, Füzulini çox qısa müddətdə götürmək mümkündür və Qarabağın göbəyi Ağdamı mütləq almaq lazımdır. Erməni qan gördüsə, qaçacaq, onlara kimlərinsə kömək etməsi kimi fikirlər boş şeylərdir. Bizdə Mübarizlər, Kamillər, Şahlar Şükürovlar olub və bu gün də qəhrəman oğullarımız var. Sizi inandırıram ki, Qarabağı alsın İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq. Mənə elə gəlir ki, bütün ziyalılar da mənim fikrimi dəstəkləyərlər. Əks-hücumu sındırmaq, danışığa aldanmaq olmaz. Bizim cənab prezidentdən xahişimiz odur ki, biz son nəfəsimizə qədər onun yanındayıq, amma o, dayanmasın, qələbəyə qədər irəli getsin”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları “Tik-Tok”da paylaşan kişiyə AĞIR CƏZA
Bu gün, 11:41 |
|
|
|
• "Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi - FOTO
Bu gün, 11:36 |
|
|
|
• İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? - AXI NİYƏ?
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizi ilə Ermənistana qaz VERƏ BİLƏR
Bu gün, 11:25 |
|
|
|
• Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! - Üzr istəməli oldular və...
Bu gün, 11:19 |
|
|
|
• 475 min manatlıq satınalma yarımçıq qaldı - DETALLAR
Bu gün, 11:13 |
|
|
|
• Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub - onunla bərabər...
Bu gün, 11:03 |
|
|
|
• Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edib - Macarıstan bu dəfə də...
Bu gün, 11:01 |
|
|
|
• BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var
Bu gün, 11:00 |
|
|
|
• Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma... - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
• “Aztelekom”un Qarabağ Regional Filialına rəhbər təyin edilib - ƏMR
Bu gün, 10:51 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır - Donald Tramp
Bu gün, 10:46 |
|
|
|
• AHİK-in “elektron yollayış” dələduzluğu - FOTOFAKT
Bu gün, 10:30 |
|
|
|
• “Aqroservis”in sədrinə yeni müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
• Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” - TƏFƏRRÜAT
Bu gün, 10:22 |
|
|
|
• “Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur” - Elarizdən SƏRT AÇIQLAMA
Bu gün, 10:11 |
|
|
|
• Məhkəmə Gömrük Komitəsinin eks-əməkdaşı ilə bağlı qərar verdi
Bu gün, 10:09 |
|
|
|
• Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub - MƏQALƏ
Bu gün, 10:04 |
|
|
|
• Aytən Səfərovaya cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
• Zaur Mikayılovun işçiləri olmayan ünvana vətəndaşa külli miqdarda BORC YAZIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:47 |
|
|
|
• Ukraynadan açıqlama: Moskva artıq Bakıya diktə edə bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• Norveç şirkəti Azərbaycan bazarından gedir - DETALLAR
Bu gün, 09:38 |
|
|
|
• Papikyanın müşaviri həbs edildi
Bu gün, 09:36 |
|
|
|
• Ötən ay yaradılmış şirkətin nizamnamə kapitalından 48 min manat - GERİ GÖTÜRÜLÜR
Bu gün, 09:31 |
|
|
|
• İndi sülhün əsas qarant rolunu ABŞ oynayır - ŞƏRH
Bu gün, 09:28 |
|
|
|
• Sülhə Dəvət - İlahi və Tarixi Zərurət
Bu gün, 09:26 |
|
|
|
• “Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq” - deputat
Bu gün, 09:18 |
|
|
|
• "Neçə aydır boş-boşuna aylıq kredit ödəyirik..." - GİLEY
Bu gün, 09:15 |
|
|
|
• `Lukoyl`un işçiləri fırıldağa vərdiş edib... - Hər fürsətdə aldadırlar...
Bu gün, 09:08 |
|
|
|
• Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 08:57 |
|
|
|
• Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri... - Ekspert danışır...
Bu gün, 08:55 |
|
|
|
• “Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür” - ONA GÖRƏ Kİ...
Bu gün, 08:50 |
|
|
|
• Ermənistana təzminat davasından VAZMI KEÇDİK? - AKTUAL
Bu gün, 08:48 |
|
|
|
• İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”? - GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• Rusiya təxribata əl atdı, Əliyev və Zelenski təsdiqlədi – Bakının 4 müttəfiqinə mesaj
Bu gün, 07:43 |
|
|
|
• Maaşları mənimsənilən işçilər Prezidentə MÜRACİƏT ETDİ - NARAZILIQ VAR...
Bu gün, 07:40 |
|
|
|
• SOCAR-a aid torpaqları KİM SATIR? - rəhbərlik rəsmən GÖZ YUMUR
Bu gün, 07:12 |
|
|
|
• Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 07:01 |
|
|
|
• Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq? - Görünəni odur ki...
Bu gün, 06:58 |
|
|
|
• Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Bu gün, 06:57 |
|
|
|
• Mikayılov xeyri özgəsinə vermir - deputatla anlaşdı
Bu gün, 06:55 |
|
|
|
• Azərbaycan-Rusiya: Bundan sonra nə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:48 |
|
|
|
• “Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə... - Ermənistana daha çox təzyiq etməlidir
Bu gün, 06:43 |
|
|
|
• Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib... - Azərbaycan Körfəz ölkələrinə üz tuta bilər...
Bu gün, 06:41 |
|
|
|
• “Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan variantdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:39 |
|
|
|
• "Xaric oxuyan" diplomat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:36 |
|
|
|
• "Azərbaycana və Ermənistana təzyiq olacaq" - AMMA...
Bu gün, 06:35 |
|
|
|
• Minsk qrupunun ləğvi... - sıradan bir hadisə deyil...
Bu gün, 06:32 |
|
|
|
• Diplomatiyanın Vaşinqton "paradı": zəruri söz ardı - AKTUAL
Bu gün, 06:30 |
|
|
|
|