Sədaqət Rəşidqızı işgüzar xanımları mükafatlandıracaq
Tarix: 7-03-2020, 10:36 |
Çap et
DİA.AZ: - 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ənənəvi olaraq “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təsisetmə mərasimi keçiriləcək.
Bu barədə DİA.AZ-a tədbirin təşkilatçısı və gecənin aparıcısı Sədaqət Rəşidqızı məlumat verib.
Tədbirdə il ərzində uğur qazanmış millət vəkilləri, iş adamları, elm və təhsil sahəsində çalışan xanımlar, teleaparıcılar, jurnalistlər, dövlət qulluqçuları, gözəllik sahəsində fəaliyyət göstərən xanımlar priz və hədiyyələrlə təltif olunacaqlar.