DİA.AZ: - Bu gün tanınmış prodüser Mika Hüseynovun ad günüdür.
DİA.AZ xəbər verir ki, 31 yaşı tamam olan prodüser təbriklərdən başını itirdiyini bildirib:
"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım".
diaaz.space ailəsi olaraq prodüseri ad günü münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.