Zəngəzur dəhlizi başqa adla geri qayıdır .....                     “Hell”in insan sağlamlığına zərəri .....                     İmişlinin başçısı ÖZBAŞINA QALIB .....                     Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... .....                     “Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var .....                     Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır .....                     “Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” .....                     Bu gün Elçibəyin doğum günüdür .....                     İsrail də atəşkəsə eyni şərtlə razılaşıb .....                     İrandan gözlənilən açıqlama gəldi .....                     İsrail və İran tam atəşkəsə razılaşıblar .....                     İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi .....                     Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib .....                     Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                 

“Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq?”
Tarix: 29-02-2016, 17:39 | Çap et
“Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq?”
Teleaparıcı Vüsalə Əlizadə Musavat.com saytının suallarını cavablandırıb. Teleaparıcı ilə söhbətə rol aldığı “Qardaşlar” serialından danışaraq başlayırıq.

- “Qardaşlar” serialında Dəniz obrazını canlandırırsınız. Çəkilişlər necə gedir?

- Çəkilişlər əla gedir. Kollektivimiz pozitiv insanlardan ibarətdir, bol-bol gülüb əylənirik. Bütün insanlara bizim kimi bir kollektivlə çalışmağı arzulayıram. Serialda dəli ailəyə gəlin düşmüşəm. Obrazım çox müzakirə edilən və qınanılan oldu. Dəniz xarakterinin bu qədər hay-küylə qarşılanacağını düşünmürdüm. Amma maraqlı iş alınacağını bilirdim. Çünki tərəf-müqabillərimin işləri daima müzakirələrə səbəb olub. İlk işim “Bacanaqlar” serialında oldu. “Qardaşlar”da isə baş roldayam. Şəhərdə gəzəndə adi məktəbli uşaq da “Dəniz, Novruzun (serialda Dənizin həyat yoldaşı) üstünə bəsdir də qışqırdın. Yazıq Novruz” deyə mənə səslənir. Əslində, isə o ailədə yeganə ağıllı insan Dənizdir, o da yad yerdən gəlib. O ailənin psixoloji durumu yerində deyil. Bu cür ailələr çoxdur. Novruz həyat yoldaşının və onun qohumlarının hesabına yaşayır deyə Dənizin sözündən çıxmır. Onun kimi kişilər çoxdur.

- Dəniz ailədə hegemonluq edir. Bəs Vüsalə özü ailədə necə gəlin olub?

- Bu haqda çox danışmaq istəmirəm. Hərdən deyirəm ki, kaş əvvəl Dəniz obrazını canlandırıb, sonra ailə qurardım. Bəlkə o zaman hər şey fərqli olardı. Dənizdən təcrübə yığardım, sözünü demək qabiliyyətim, bacarığım olardı.

- Hər aparıcının aktrisalıq etməyi qəbul olunmur. Amma Vüsalə tənqidlərə məruz qalmadı. Sizi digərlərindən fərqləndirən nələrdir? Tamaşaçıların sizə olan münasibəti necədir?

- Mən İncəsənət Universitetinin Rejissor-aktyor fakültəsini bitirmişəm. Müəllimlərim də aktrisalığımı bəyənir. Həmkarlarımın çoxu televiziya, kamera görməyəndə mən dövlət televiziyasında böyümüşəm. Gözümün qabağında Oqtay Ağayev, Mirzə Babayev olub, onların yanında tədbir aparan uşaq olmuşam. Ona görə də mənim üçün aktrisalıq etmək çətin olmadı.

Dəniz obrazına qarşı bəzi insanlarda isə antipatiya yaranıb. Bir aktyor, aktrisa yaratdığı obrazla özünə qarşı sevgi və ya nifrət yaradıbsa, deməli, alınıb. Mən uşaq ikən Muxtar Manıyevə nifrət edirdim. Televiziyaya gələndən, sənət aləminə qoşulandan sonra onu insan kimi tanıdım və sevgim min qat artdı. O qədər peşəkar aktyordur ki, obrazıyla tamaşaçısında nifrət yarada bilib. Bizim yaşımızda olan xanımların hamısı Rasim Balayevə aşiq olub. Ötən həftə Həmidə Ömərova verilişimdə qonaq idi, onun danışığına, davranışına, baxışına valeh olurdum. Onun kimi insanlar kumirimiz olub. Mən böyüklərdən öyrənməyə çalışan biriyəm, aktrisalığımın da zamanla daha da mükəmməl olacağına inanıram.

- Canlandırmaq arzusunda olduğunuz rol var?

- Dram janrında olan filmdə oynamaq istəyirəm. Ruhi xəstə qadının yaşadıqları barədə kitab oxumuşdum. Ən böyük arzum onun həyatını canlandırmaqdır. Oxuduqlarım məni gərginləşdirmişdi. Bəlkə də, o hekayəni ekranlaşdırmaq özümə qismət olacaq. Mənim rejissor təhsilim var. Lakin heç vaxt istəməmişəm ki, uğursuz, keyfiyyətsiz iş görüm. Maddi dəstəyim olar, imkan yaranarsa, məmnuniyyətlə film çəkərəm. Baş rolda da özüm oynayaram. Dramı sevirəm. Romantikanı da gözəl canlandırıram. Özümü isə heç vaxt komediyada görməmişəm, “Qardaşlar”da isə tam komik obraz deyiləm. Öz ciddiliyim var, sadəcə atmacalarla gülüş bəxş edirəm.

- ATV-də “Qadına görə” proqramını təqdim edirsiniz. Adətən qalmaqalsız proqramlar reytinqsiz olur.

- Proqram istədiyim nəticəni verdi. Qadınlardan xoş sözlər eşidirəm, bu da məni sevindirir. Tez-tez qadınlar mənə sosial şəbəkələrdən yazırlar, saatlarla yazışırıq, mənimlə dərdlərini bölürlər. Bizdə düşünürlər ki, həftə ərzində 10-12 reytinq olursa, veriliş baxımlıdır. Reytinqi evlərə quraşdırılmış xüsusi cihazlar bəlli edir. Mənə görə reytinq cədvəli cəmiyyətdə gördüyümüz insanların rəyidir. Yolda 10 qadın məni saxlayıb təşəkkür edirsə, deməli, proqramım baxımlıdır, sevilir. 10 qadın 10 ailənin üzvü, anası, qadınıdır. Hər verilişin öz tamaşaçısı var. Qadın proqramına başlayanda bilirdim ki, reytinqim orta səviyyədə olacaq. Cəmiyyətə yararlı iş görürəm. Qadın, ana statusu alandan sonra həmcinslərimə dəstək olmaq istəyirəm. Xanımlardan ibarət güclü komandam var, yalnız operatorla, montajçı oğlandır. Biz qadın həyatı üçün çalışırıq. Bir-biri ilə ağız büzərək danışanda, dava-dalaş edəndə insanın işi uğurlu alınmır. Qadın proqramları arasında öndə gedirik. Təvazökarlıqdan uzaq olsa da, deyəcəyəm ki, hazırda reytinqdə birinci olan, baryerləri aşan qadın proqramı yoxdur. Millət vəkilindən tutmuş sıravi qadınlar da qonağımız olub. Gözəl əl qabiliyyəti olan qadınlar öz işlərini bizim vasitəmizlə nümayiş etdirə bilirlər. Heç kim bu dünyadan heç nə aparmır, bacardığımız qədər yardımçı olmalıyıq.

- Dediniz ki, ana olandan sonra həyatı, insanlara daha çox qayğı ilə yanaşırsınız. Vüsalə necə anadır?

- Qızım Dilək mənim həyatım, canım, hər şeyim, başımın tatlı bəlasıdır. Gün ərzinin bütün yorğunlunu, stressini onunla unuduram. Zəng edib “Ay mama, hələ gəlmirsən?” deməsi mənə həyat verir. Bilirəm ki, məni kimsə sevir, axtarır. Ana olmadan öncə bacılarımı qısqanırdım. Bacımın qızı bacımı bərk qucaqlayıb içdən öpəndə qısqanclıq hissi keçirirdim. Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq? “Sənsiz ölərəm” deyən adam da övlad qədər insanı sevə bilməz. Valideynlər gərək övladlarına sevgi versin, onlara qarşı biganə olmasın.

- Cəmiyyətimiz həyat yoldaşı vəfat edən və ya boşanan qadınlara ikinci şans vermək istəmir. Növbəti dəfə ailə qurmaq istəyən xanımlara qarşı aqressiya var. Sizin də gənc yaşda ailəniz dağılıb. Yenidən ailə qurmaq istəmirsiniz?

- Əvvəl deyirdim ki, ikinci dəfə ailə qurmaram. Cəmiyyətimiz qadınlara qarşı biganə yanaşır. Qadınlar qınaq obyekti olmamaq üçün növbəti dəfə ailə qurmaqdan qorxurlar. Mənə də müxtəlif məsləhətlər verirlər. Bəziləri “Yenidən ailə qur”, bəziləri “Qız anası ərə getməz, övladın üçün yaşa” deyir. Hər şey qadının özündən asılıdır. Ağlı başında olan xanım ailə də qurar, övladı ilə əri arasında münasibətləri də tənzimləyər. Özü güclü olmayan və ayaqları üzərində dayana bilməyən qadınlar ailə qurmağa qorxmalıdır. Mən güclü qadınam. Çünki hər şeyimi, qazandığım hörməti, məşhurluğu, işimi yenidən geri qaytardım. Hər şeyi yenidən başlamaq mənə sıxıntılı günlər yaşatdı, lakin daima güldüm. Dəstək olsunlar deyə heç kimə sığınmadım. Mənim yerim boş idi, 10 gün efirdə olmayanda unudulanlardan deyiləm.

- Bu aralar həmkarlarınız biznes qurmağa üstünlük verirlər. Sizin ikinci işlə məşğul olmaq planınız var?

- 50-60 yaşıma kimi aparıcılıq etmək fikrim yoxdur. Uşaqlıqdan xəyalımda biznes-layihə var, ona da maliyyə dəstəyi lazımdır. İşimi qurub televiziyadan uzaqlaşacam. İndi vəziyət elədir ki, hansısa işə 5-10 min yatıra bilmərəm. Dünya biznesmenləri belə yatırım etmirlər. Yaxın gələcəkdə özümə uyğun karyera quracağam. Üzü danlaqlılardan olmaq istəmirəm, vaxtında getmək istəyirəm.

- Televiziyaya yeni simalar gəlmir. İllərdir ki, eyni teleaparıcılar efirdədir. Eyni simaları görmək də insanların televiziyaya olan marağını azaldır.

- Bu fikirlə razıyam, televiziyada qıtlıq var. Yararlı olmayan aparıcı televiziyadan getməlidir ki, bacarıqlı gənclərə yol açılsın. O qədər bacarıqlı gənclərimiz var. Onlar teleməkana gəlsələr, irəliləyişlər olar. Hər dövrün adamı var. Biz gənclərə dəstək olmalıyıq. Təəssüf ki, həmkarlarımın 90%-i gənclərə paxıllıq edir. Televiziyanın inkişaf etməsi üçün istedadlı insanlara yol açılmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi başqa adla geri qayıdır - AKTUAL
Bu gün, 06:59
“Hell”in insan sağlamlığına zərəri - VİDEOFAKT
Bu gün, 06:55
İmişlinin başçısı ÖZBAŞINA QALIB - BU DA FAKT...
Bu gün, 06:51
Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:48
“Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:45
Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır - ÇÜNKİ...
Bu gün, 06:41
“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Bu gün, 06:36
Bu gün Elçibəyin doğum günüdür - ANIM
Bu gün, 06:32
İsrail də atəşkəsə eyni şərtlə razılaşıb - KİV
Bu gün, 06:28
İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə
Bu gün, 06:26
İsrail və İran tam atəşkəsə razılaşıblar - Tramp
Bu gün, 06:20
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18
Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01
Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Dünən, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Dünən, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru