Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi .....                     Dövlət qurumu 13 milyonluq tender keçirir .....                     Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar .....                     Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib .....                     Azərbaycan Mərkəzi Bankına təyinat olub .....                     FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb .....                     Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran .....                     Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir .....                     Azərbaycanla sülh əsas məqsədimizdir .....                     Ermənistan ordudan imtina edir? .....                     “GL Group”da yeni təyinat .....                     “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq .....                     Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? .....                     Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək .....                     Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı .....                     Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı .....                     ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib .....                     Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? .....                     Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər .....                     Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? .....                     “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var .....                     “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq .....                     “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” .....                     İnsanların sağlamlığı ilə oynayırlar... .....                     Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək .....                     Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... .....                     İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? .....                     Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... .....                     Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır .....                     Rəqqasə bədənindəki tatuları .....                     İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb .....                     Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub .....                     "Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? .....                     "Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" .....                     Bakıda daha bir İran aşiqi həbs edildi .....                     Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır .....                     "Xaricdən maşın sifariş versəm, bundan tez gələr" .....                     "Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" .....                     İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... .....                     Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, .....                 

Burada dövlətin büdcəsi qarət olunur... - Dərman mafiyasını durduran yoxdur
Tarix: 3-02-2016, 08:40 | Çap et
Burada dövlətin büdcəsi qarət olunur...
“İnnovasiya və Təchizat Mərkəzi dövlət xəstəxanalarına paylanılan dərmanlar və laboratoriya reaktivlərini ikiqat qiymətə rəsmiləşdirir”.

Azərbaycanın səhiyyə sistemində korrupsiya və “yeyinti” halları ilə bağlı KİV-də davamlı olaraq müxtəlif məlumatlar dərc olunur.
Bir sıra dövlət xəstəxanalarında müayinə və müalicə işlərinə görə xəstələrdən “fantastik” məbləğin tələb olunması heç kimə sirr deyil. Hətta dövlət tərəfindən pulsuz ayrılan dərmanların xəstələrə pulla satılması barədə məlumatlar da cəmiyyətdə yetərincə yayılıb.

Lakin Qafqaznews.az-a dərman vasitələri, reaktiv və digər ləvazimatların yalnız xəstələrə yox, dövlətə də baha qiymətə “satılması” barədə ilginç məlumatlar daxil olub.

Bu barədə ötən il oktyabr ayında saytımızda dərc olunan “Baş prokurorluq Səhiyyə Nazirliyini yoxlamalıdır” başlıqlı məqalə dərc olunmuşdu. Həmin məqalədə deyilirdi: “Uzun müddət Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin direktoru vəzifəsində işləyən Fərhad Əliyarzadə dövlət büdcəsindən ayrılan vəsaiti talamaqla məşğul olub.

Bu məlumatı yoxlamaq məqsədi ilə redaksiyanın əməkdaşları araşdırma aparıblar. Misal üçün xəstəxanalara verilən bir çox dərmanlar və tibbi təyinatlı ləvazimatlar xəstəxanalara hətta bazar qiymətindən də baha verilir.
Araşdırmamız hələ davam etdiyi üçün hələ bir nümunə ilə kifayətlənirik. “Albumin”in ( 10% 100 ml) 1 flakonu Səhiyyə Nazirliyinin xəstəxanalarına qaimə əsasında 60.21 qəpiyə, Adrenalin üçün isə 1 manat 99 qəpik verilib. Hansı ki, “Zəfəran” apteklər şəbəkəsinin deposunda həmin dərmanın qiymətinin 36.10 qəpik olduğunu müəyyən etmişik. Biz məqalədə qeyd olunan faktları dəqiqləşdirmək qərarına gəldik.
Və “Zeytun” apteklər şəbəkəsinə zəng elədik. Şəbəkənin işçisi qafqaznews.org-a bildirdi ki, Ukrayna istehsalı olan Albumin 36 manat 10 qəpik, Rusiya istehsalı olan isə 42 manat 42 qəpikdir, Adrenalin isə 1manat 56 qəpikdir”. Məqalənin dərcindən bir neçə ay keçib, hətta növbəti devalvasiya nəticəsində cəmiyyətdə böhran havası hökm sürür.
Lakin bu günlərdə əldə etdiyimiz məlumata görə, sözügedən İnnovasiya və Təchizat Mərkəzinin yeni direktoru Rüstəm Rüstəmbəyovun rəhbərliyi altında da, yuxarıda qeyd olunan maliyyə maxinasiyası dayanmayıb. Əksinə, məlumatlı mənbə bildirib ki, dövlətə onsuz da real qiymətindən 2 dəfə baha “satılan” dərmanların qiymətləri “dolların son məzənnəsinə uyğunlaşdırılıb”.

Məlumatda qeyd olunur ki, əvvəlki illərdə dərmanlar xəstəxanalara çatdırılırdı, lakin indiki vəziyyətdə, “böhran səbəbi ilə”, xəstəxanalara dərmanların yarısı göndərilir, yarısından isə “səs-soraq” gəlmir. Beləliklə, ölkəmizin böhranlı vaxtında işbaz-məmurlar daha çox qazanmağa maraq göstərirlər.

Əslində apteklərdə 2,5 manata satılan dərman 4-5 ay əvvəl dövlət tərəfindən 5-6 manata “alınırdısa”, indi bu qiymətlər 8-9 manata qədər qalxıb. Beləliklə, dövlət xəstəxanalarına paylanılan dərman vasitələri üzərindəki maxinasiyalar dövlət büdcəsindən milyonlarla vəsaitin silinməsinə gətirib çıxarır.
Bu, loru dildə “otkat” əməliyyatı adlandırılır. Hansısa məmur özünə yaxın bir şirkətlə razılaşır, dövlət qurumunu təmsil edərək, şirkətdən 1 manatlıq məhsulu 2-3 manat və ya daha artıq qiymətə alır. Pul dövlətin ayırdığı vəsaitdən çıxılır, aradakı fərq isə işbazlarla məmurlar arasında bölüşdürülür.
Həmçinin, yalnız dərman vəsaitləri yox, dövlət xəstəxanalarına göndərilən bütün avadanlıqlar, dəftərxana ləvazimatları, eləcə də gündəlik qida paylanması bütünlüklə İnnovasiya və Təchizat Şöbəsi tərəfindən tənzimlənir.
Məsələn, ortabab bir dövlət xəstəxanasının saxlanması dövlətə ildə 10 milyon manata başa gəlməli idisə, bu “otkat” əməliyyatları nəticəsində xərclər 20-30 milyona, hətta daha çox aparır. Sonrada dövlət xəstəxanalarındakı dərman vasitələri və preparatlar, avadanlıqlar kimə və neçəyə satılır, o artıq sonrakı məsələdir…
Adi termokağızın bir ədədi 4 manata olduğu halda, onu dövlət sənədlərində 24,78 manata rəsmiləşdirmək nə deməkdir?
Yaxud, qiyməti 10 manat olan,“Trombin zamanı TT “Pharmex” kimi qeyd olunan preparatın bir qutusunun 35 manata rəsmiləşdirilməsi də, həmçinin, yüzlərlə dərman və preparatın qiymətlərində maxinasiyalar – bunlar iqtisadiyyatımızın çətin zamanlarında cinayət deyilmi?
Aptekdə qiyməti 3 manata olan əşya şüşələrinin 5 manata rəsmiləşdirilməsi də, Azərbaycan dövlətini hər şüşəyə görə əlavə 2 manat xərcə salmaq olmurmu – həm də düşünsək ki, xəstəxanalar üçün hər il minlərlə, on minlərlə bu cür ləvazimat alınır?
Əgər bu əməllər ciddi həyəcan siqnalına əsas yaradırsa, biz niyə bir səs eşitmirik?
Açıq-aydın görünür ki, dövlət başçımızın çağırışlarına, tapşırıqlarına məhəl qoymayan məmurlar xalqımızın iqtisadi-sosial problemlərini daha da ağırlaşdırmaq bahasına, öz mülklərini, milyonlarını artırmağı məqsəd seçiblər. Lakin inanırıq ki, cəmiyyətimizin və dövlətimizin çevik reaksiyası ilə, bu cür mənfi halların qarşısını ala biləcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Bu gün, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Bu gün, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Bu gün, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Bu gün, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Bu gün, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Bu gün, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Bu gün, 12:31
Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Bu gün, 12:27
Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Bu gün, 12:16
Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Bu gün, 12:15
“GL Group”da yeni təyinat - FOTO
Bu gün, 12:14
“Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 12:12
Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Bu gün, 12:11
Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Bu gün, 12:05
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Bu gün, 12:03
Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:02
ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Bu gün, 11:57
Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Bu gün, 11:51
Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Bu gün, 11:44
Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Bu gün, 11:33
“Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Bu gün, 11:28
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Bu gün, 11:20
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Bu gün, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Bu gün, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Bu gün, 11:00
Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... - BU NƏDİ BELƏ?
Bu gün, 10:50
İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia
Bu gün, 10:45
Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... - "Armenian Tayms"
Bu gün, 10:39
Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır
Bu gün, 10:34
Rəqqasə bədənindəki tatuları BELƏ GÖSTƏRDİ
Bu gün, 10:31
İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb - “Armenian report”
Bu gün, 10:14
Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:09
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AKTUAL
Bu gün, 10:06
"Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda isə 40 manat cərimədir
Bu gün, 09:03
Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
Bu gün, 08:57
Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:53
Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib - KİV
Bu gün, 07:54
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru