Bakıda Şahin Mustafayevin nazirliyini narahat edəcək daha bir saxtakarlıq... - “Carlo Pazolini”də müştərilər aldadılır
Tarix: 4-06-2015, 10:42 | Çap et
 Məlum olduğu kimi “Carlo Pazolini” yüksək keyfiyyətli ayaqqabıların istehsal və satışında dünya üzrə liderliyi saxlayan şirkətlərdən biridir. Təbii ki, artıq bir çox aparıcı brend markaların ofis və dükanlarının açıldığı Bakıda bu şirkətin də mağazaları fəaliyyət göstərir. Belə mağazalardan biri də Yasamal rayonu ərazisində, Dövlət Gömrük Komitəsinin yaxınlığında yerləşir. Əlbəttə ki, bizim bu brend markanın məhsullarını keyfiyyət baxımından şübhə altına almaq kimi bir niyyətimiz yoxdur. Digər tərəfdən isə konkret olaraq sözügedən mağazada müştərilərə brend adı altında saxta məhsulların təqdim olunmasına dair böyük şübhələrimiz mövcuddur.

Təəssüflər olsun ki, bu gün Azərbaycanda, xüsusilə də paytaxt Bakıda brend markalara məxsus malların satışı üzrə ixtisaslaşmış mağazalarda belə hallara kifayət qədər rast gəlmək mümkündür. Bəzən hətta yüksək zövq və dəbdəbə ilə bəzədilmiş bir çox dükanlarda belə alıcılara təqdim olunan “dünya brendləri”nin sadəcə saxtalaşdırılmış marka və ya zay məhsul olduğu aşkarlanır. Bu günlərdə redaksiyamıza müraciət etmiş daha bir vətəndaş, Şəhla Şıxmirova da iddia edir ki, o, “Carlo Pazolini” mağazasının əməkdaşları tərəfindən aldadılmışdır. Belə ki, Şəhla xanım bir müddət bundan əvvəl məhz bu mağazadan qiyməti 250 manat olan bir ayaqqabı (tufli) almışdır. Lakin az bir müddət geyindikdən sonra tuflilərin bir tayının altı qopmuş və ayaqqabı istifadəyə yararsız hala gəlmişdir. Bundan sonra təkrar həmin mağazaya gələrək, Şəhla xanım düşdüyü vəziyyəti satıcılara bildirmişdir. Lakin müştərini bu dəfə etinasızlıqla qarşılayan işçilər, ona heç bir halda kömək edə bilməyəcaklərini söyləyiblər.
Bunun müqabilində Şəhla xanım hətta müəyyən məbləğdə əlavə ödəniş etməklə də olsa, tuflilərin yeniləri ilə əvəz olunmasını tələb edib. Lakin mağazanın əməkdaşları onu təhqir edərək, qovmuşlar! Bundan sonra bəxtsiz müştəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək “Carlo Pazolini” mağazasının əməkdaşları tərəfindən aldadıldığı və təhqir olunduğu barədə məlumat verib. Qeyd etmək lazımdır ki, bu kimi hallar daha çox Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eləcə də Azad İstehlakçılar Birliyinin əməkdaşları tərəfindən araşdırılması tələb olunan məqamlardır. Digər tərəfdən isə vətəndaşın ictimai yerdə təhqir olunmasına görə yəqin ki, müəyyən inzibati məsuliyyət də nəzərdə tutulub.Əldə etdiyimiz məlumata görə “Carlo Pazolini” mağazasının sahibi ixtisasca həkim olan bir xanımdır. Əlbəttə ki, baş verənlərə həmin xanımın da münasibətini öyrənmək maraqlı olardı. Amma istənilən halda, müştərilərlə belə rəftara yol verilməsi heç bir brend markaya və ya onun təmsilçilərinə baş ucalığı gətirə bilməz.
Qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Bu gün, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Bu gün, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Bu gün, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Bu gün, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Bu gün, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Bu gün, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35 |
|
|
|
• Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32 |
|
|
|
• Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40 |
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54 |
|
|
|
• Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52 |
|
|
|
• “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38 |
|
|
|
• Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20 |
|
|
|
• "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14 |
|
|
|
• 5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09 |
|
|
|
|