“Bank of Baku”da nədən kreditlər Azərbaycan manatı ilə hesablanmır – Oromi qardaşları bizə etimad etmir?
Tarix: 12-08-2014, 11:18 | Çap et
 DİA.AZ: - Son vaxtlar Azərbaycanın bank sektoru özünəməxsus praktikanı tətbiq etməkdə davam edir. Xüsusən, kredit siyasətində bankların yalnız öz mənafelərin güdməsi bəzi hallarda əhalinin müflisləşməsinə gətirib çıxarır. Azərbaycanda kifayət qədər bank və kredit təşkilatlarının olmasına baxmayaraq etiraf edilməlidir ki, dünya ölkələri içərisində ən yüksək faizlə kredit bizim ölkəmizdə verilir. Bu azmış kimi faiz dərəcələri, kredit müddəti və komissyon haqlarını artırmaq, müxtəlif kartların verilməsilə müştəriləri müflisləşdirmə siyasəti aparılır.
Bununla kifayətlənməyən banklar yalançı cəzbedici reklamlarla müştəriləri aldatmaqla məşğuldurlar. Bütün günü “yalnız şəxsiyyət vəsiqəsilə kredit” elanı qulaqlarımızı dəng etsə də reallıqda 8-10 sənədlə kredit almaq müşkül məsələyə çevrilib. İş və yaşayış yerləri haqqında arayışların, zamin şəxslər barədə lüzumsuz sənədlərin hazırlanması üçün uzun bir mərhələni keçmək tələb olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, bir sıra banklar hətta müştərilərə milli valyuta ilə kredit verməkdən çəkinir.
Oxucu DİA.AZ-a müraciət edərək bildirb ki, “Bank of Baku” bankına bir illiyə min manat kredit üçün müraciət edib. Tələb olunan sənədləri təqdim etdikdə isə ona bildirilib ki, krediti yalnız dollarla əldə edə bilər. Müştəri krediti manatla götürmək istədiyini bildirdikdə ona bankın şərtlərini izah ediblər: “Mənə bildirdilər ki, iki min manata qədər krediti dollarla, ondan yuxarı məbləğləri isə manatla verə bilərlər. Mənə bir il müddətinə min dörd yüz dollar təklif etdilər ki, bu da təxminən səkkiz yüz manata bərabərdir. Min manat almaq üçün isə min yeddi yüz doxsan dörd (1794) dollar, özü də iki il müddətinə verdilər. Deməli, bank min manat kredit üçün iki il şərt qoyur”.
Oxucu diaaz.space-a onu da bildirir ki, kreditin dollarla verilməsinə etiraz etdikdə rəhbərlikdə təmsil olunan şəxs bildirib ki, bu qayda onların bank şərtlərini təşkil edir. Bununla razılaşmayan müştəri kredit götürməkdən imtina edə bilər.
Maraqlıdır, belə kredit şərtlərinin arxasında hansı gizli məqamlar dayanır? Bu məsələdə Bankın qazancı, müştərinin itirəcəyi nədən ibarətdir? İqtisadçı ekspertlərdən biri diaaz.space-a bildirib ki, banklar krediti dollarla verdikdə valyutaların çevrilməsi nəticəsində onların qazancı daha da artır. Burada əsas məsələ bu prosesin Azərbaycan qanunvericiliyinə uyğun olub-olmamasıdır: “Məlum olduğu kimi istehlak kreditləri milli valyuta ilə verilməlidir. Çünki istehlak krediti ölkədə istifadə edilmək, yaxud istehlak malları əldə etmək üçün götürlür. Belə halda bankın xarici valyuta ilə borc verməsi anlaşılmazdır. Düşünürəm ki, bu qayda milli qanunvericiliyin fəlsəfəsinə ziddir”.
Məlumata görə, kreditlərin iki ilə verilməsi isə ikiqat komissiyon haqqının əldə edilməsinə hesablanıb. Göründüyü kimi ölkədə fəaliyyət göstərən bankların bir çoxu beynəlxalq standartlar çərçivəsində fəaliyyətlərini qurmaq əvəzinə hələ də müştəriləri aidatmaq yolu ilə varlanmağa çalışır.
Onu da qeyd edək ki, vətəndaşın narazı qaldığı “Bank of Baku”da payçılar arasında əslən İrandan olan məşhur Oromi qardaşlarının “NAB Dış Ticaret” şirkəti də var. Ciddi paya malik olan bu şirkətin sahiblərinin isə adı İran kəşfiyyatı ilə qoşa çəkilməkdədir. Görünəni də odur ki, Oromi qardaşlarının bankında manatımıza etimad göstərilmir...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27 |
|
|
|
• Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
• ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03 |
|
|
|
• İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq - FOTO
Bu gün, 08:42 |
|
|
|
• Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 08:37 |
|
|
|
• Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 08:35 |
|
|
|
• Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... - Prezidentə MÜRACİƏT
Bu gün, 07:48 |
|
|
|
• İcra başçısı HƏBS OLUNDU - Rusiyada...
Bu gün, 07:41 |
|
|
|
• Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bu gün, 07:37 |
|
|
|
• Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34 |
|
|
|
• Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31 |
|
|
|
• 'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26 |
|
|
|
• Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17 |
|
|
|
• Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14 |
|
|
|
• Rusiyaya gedərkən yüz ölçüb bir biçin... - deputat ŞƏRH EDİR
Bu gün, 06:12 |
|
|
|
• Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil - BU NƏDİ BELƏ?
Bu gün, 05:50 |
|
|
|
• "Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:38 |
|
|
|
• Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ - AXI NİYƏ?..
Bu gün, 05:33 |
|
|
|
• "Sonra ərə getdim... - İnsanlar mənim üstümə gəlirdi"
Bu gün, 05:19 |
|
|
|
• “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... VAR İMİŞ...
Bu gün, 05:13 |
|
|
|
• Tramp ABŞ -a nəzarəti itirib? - AKTUAL
Bu gün, 05:07 |
|
|
|
• Daha bir saxta diplomlu həkim... - ağzımızın içi qədər yaxın...
Bu gün, 05:04 |
|
|
|
• Putin Ermənistana “daha ağır top”la girir - GƏLİŞMƏ
Bu gün, 04:55 |
|
|
|
• İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - İNCƏLƏMƏ
Bu gün, 04:53 |
|
|
|
• Paşinyan Laçınla qonşu şəhərə gəldi... - FOTO
Bu gün, 04:46 |
|
|
|
• "İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər"
Bu gün, 04:42 |
|
|
|
• Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51 |
|
|
|
• "Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47 |
|
|
|
• Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45 |
|
|
|
• Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41 |
|
|
|
• Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38 |
|
|
|
• Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00 |
|
|
|
• Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
• Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32 |
|
|
|
• Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31 |
|
|
|
• Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28 |
|
|
|
• Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01 |
|
|
|
• Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58 |
|
|
|
• Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55 |
|
|
|
• DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52 |
|
|
|
• "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06 |
|
|
|
• Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59 |
|
|
|
• "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01 |
|
|
|
• Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57 |
|
|
|
• Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36 |
|
|
|
• Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31 |
|
|
|
• Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26 |
|
|
|
• "Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18 |
|
|
|
|