Muxtar Babayevin rüşvətə qarşı İLGİNC TAKTİKASI - İDDİA
Tarix: 6-11-2023, 09:05 |
Çap et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından rüşvət almamaqla bağlı iltizam alınıb.
DİA.AZ bildirir ki, bu barədə idarənin əməkdaşları AzToday.az-a məlumat verib. Məlumata görə, noyabrın 3-də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Nəsimi Nəsibov iclas keçirərək işçilərə bundan sonra rüşvət almamaq barədə xəbərdarlıq etməklə yanaşı onlardan bununla bağlı yazılı iltizam alıb. Nəsimi Nəsibov bunu nazir Muxtar Babayevin əmri ilə etdiyini də işçilərin nəzərinə çatdırıb.
İclasda daha sonra nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin yerləri ilə bağlı keçirdiyi auditin nəticələri müzakirə olunub. Direktor auditin nəticəsinə görə xəbərdarlıq aldığını və buna görə işçilərdən “sağ ol” gözlədiyini də deməyi unutmayıb. İşçilər isə bildirir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin işləri ilə bağlı vəziyyət çox bərbaddır, bu səbəbdən direktor başda olmaqla idarənin məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması gözlənilirdi. Amma nədənsə, Muxtar Babayevin göndərdiyi audit yoxlamalarının nəticələri Nəsimi Nəsibov üçün ürəkaçan olub…
AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, bir-neçə meşə təsərrüfatının rəhbər şəxslərin rüşvət və korrupsiya əməllərinə görə həbs olunması 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyini narahat edib. Bu narahatlıq fonunda yaşanan gərginlik bütün idarədə hər an hiss olunur. Daxili İşlər Nazirliyinin bir müddət əvvəl idarədə keçirdiyi əməliyyatın növbəti dəfə təkrar olunacağı yüksək ehtimal olaraq qalır…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.