Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                 

Nazir oğlunun “Push 30”la bağlantısı - İLGİNC FAKTLAR
Tarix: 4-09-2023, 08:53 | Çap et
Nazir oğlunun “Push 30”la bağlantısı
Ötən həftə araşdırmaçı Həbib Müntəzirin “Hakim oğlunun idman-fitnes biznesi” adlı araşdırması Meydan TV-də yayımlandıqdan sonra Vəkillər Kollegiyasından iradlar səsləndirilməyə başlandı. Səbəb araşdırmada bu qurumun adının keçməsidir. Araşdırmada siyasi sifarişli hökmlərdə imzası olan hakim Faiq Qasımovun oğlu Adil Qasımova məxsus biznesdən söz açılır.

Adil Qasımov Azərbaycanın idman və fitnes sektorunda böyük payçılardan biri olan “Push30”un şəriklərindən biridir. Araşdırmada Vəkillər Kollegiyasının da bu şirkətlə əməkdaşlıq etdiyi qeyd olunur.

Yazı dərc olunduqdan sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşlarından biri ilə əlaqə saxlayıb iradlarını bildirsə də, fikirlərinin ictimailəşməsini istəmədi. Ancaq bundan sonra bəzi vəkillər sosial şəbəkələrdə Meydan TV-ni tənqid etməyə başladı. Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Anar Qasımlı ilə Ruslan Mustafazadə isə Meydan TV-yə etiraz məktubu göndərib.

Peşəkar jurnalistin hüquqi bilikləri necə olmalıdır kimi məsləhətvari girişdən sonra vəkillər yazırlar:

“Hər fürsətdə Vəkillər Kollegiyasına qarşı qarayaxma kampaniyası aparan sözdə müstəqil medianın qeyri-peşəkar mövqeyi təəssüf doğurmaya bilməz. İnternetdə kiçik axtarış aparmaq kifayət idi ki, daha obyektiv yazı yazılsın”.

Daha sonra təsdiqləyirlər ki, həqiqətən də Vəkillər Kollegiyası ilə “Push30” şirkəti arasında müqavilə bağlanıb və bu, qurumun rəsmi saytında da qeyd olunub. Vəkillər yazır ki, belə bir müqavilənin bağlanması üçün idmançı vəkillərimizdən biri təşəbbüskar olub, yazılı şəkildə Kollegiyaya müraciət edib. Çünki həmin şirkətlə müqavilə bağlandıqda vəkillər bir sıra üstünlüklər əldə edirlər:

“Buraya idman mərkəzlərindən ay ərzində limitsiz istifadə (Limitsiz giriş); Müxtəlif idman mərkəzlərindən istifadə (Ay ərzində fərqli məkanlardan istifadə); Müxtəlif idman növləri (fitness, üzgüçülük, pilates, yoga, aerobika və s.) məşğul olmaq imkanı; Mobil tətbiqdə (Push30 tətbiqi) yerləşən faydalı video dərslər və məqalələrdən istifadə etmə imkanı; İdman qidalanma mağazaları, idman geyimləri mağazaları, gözəllik mərkəzlərini əhatə edən tərəfdaş məkanlarda endirimlər və s. aiddir. Müqavilə əslində Vəkillər Kollegiyasının üzvləri üçün güzəştlərin tətbiq edilməsi haqqında razılaşmadır”.

Könüllü seçim etdiklərini, tək-tük vəkilin bu şirkətin xidmətindən yararlandığını deyən vəkillər ad çəkməsələr də, araşdırmada Vəkillər Kollegiyasının şirkətlə əməkdaşlığını tənqid edən hüquqşünas Xalid Bağırovun fikirlərindən qəzəbləndiklərini göstəriblər:

“Öz-özünə ritorik suallar verib, onları cavabsız saxlamaq kollegiyaya qara yaxmaq, onun günü-gündən artan nüfuzuna xələl gətirmək, görülən işlərə kölgə salmaq cəhdindən başqa heç nə deyil. Məzmununu, predmetini, şərtlərini bilmədiyin müqavilə haqqında fikir bildirmək, onu şərh etmək nə vaxtdan müstəqillik və obyektivlik hesab olunur?”

“Məgər Vəkillər Kollegiyası hansısa məhsul alır, pul ödəyir ki, tender keçirsin? Məgər Vəkillər Kollegiyası dövlət qurumudur ki, tender keçirsin? Hansı qanunda yazılıb ki, Vəkillər Kollegiyası tender keçirməlidir? Yazı hazırlanmazdan qabaq “Dövlət satınalmaları haqqında” qanunu açıb oxumaq olmazdımı? Hər kəsə bəllidir ki, Vəkillər Kollegiyası qeyri-dövlət təşkilatıdır, onun büdcəsi üzvlərinin ödədiyi üzvlük haqları hesabına formalaşır. Kollegiya öz vəsaitini hara və necə xərcləməsi barədə yalnız üzvləri qarşısında hesabat verir. Bu, onun müstəqilliyinin təminatlarından ən önəmlisidir”, – Anar Qasımlı ilə Ruslan Mustafazadə yazıb.
Meydan TV vəkillərin iradına hüquqşünas Xalid Bağırovdan münasibət öyrənməyə çalışın. Ancaq hüquqşünas iradlara cavab vermək istəməyib.

Meydan TV “Push30” şirkətinin şərikləri ilə bağlı əlavə məlumatlar da əldə edib. Araşdırma zamanı müəyyənləşdirib ki, Adil Qasımovun şəriklərindən biri xarici işlər naziri Ceyhun Bayramovun 27 yaşlı oğlu Rəhim Bayramlıdır. Rəhim Bayramlı müxtəlif sahələrdə yeni şirkətlərin qurulmasına fokuslanan, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktorudur. Adil Qasımov isə həmin MMC-nin əməliyyatlar üzrə baş direktordur. “Push30”un digər təsisçisi Rahul D’Mello isə “SABAH.lab”ın İdarə Heyətinin üzvüdür.

Bir müddət öncə “Abzasmedia” nazir Ceyhun Bayramovun ailə sərvətini araşdırıb.
//azinforum.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru