NDU-nun həkim-rezidentləri DTX-dan KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Tarix: 20-03-2023, 11:04 | Çap et
 DİA.AZ bildirir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) həkim-rezidentləri buradakı qanunsuzluqlarla bağlı „Gündəlik Naxçıvan“ vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət ünvanlayıb. Xidmətin Naxçıvan Baş İdarəsinin rəisi Möhsün Aşurova birbaşa ünvanlanan müraciətdə həkim-rezidentlər əsasən maaşlarının düzgün hesablanmamasından şikayət edirlər. DİA.AZ müraciəti olduğu kimi təqdim edir: „Biz 03.10.2022 tarixində Naxçıvan Dövlət Universitetində rezidentura təhsilinə başlamışıq. 2022-ci ilin oktyabr və noyabr ayları birlikdə 624 AZN, dekabr ayı 320 AZN, 2023-cü ilin yanvar və fevral aylarında isə 303 AZN NETT (346 AZN GROSS) əmək haqqı almışıq. Lakin Azərbaycanın digər bölgələrindəki Nazirlər Kabinetinin əmri ilə təsdiqlənmiş bazalarda (Bakı, Gəncə və s.) həkim-rezidentlər 2022-ci ildə 415 AZN , 2023-cü ildən isə 478 AZN GROSS əmək haqqı alır. Bu fərqin nədən qaynaqlandığını NDU mühasibatlıqdan dəfələrlə soruşmağımıza baxmayaraq bizə yetərli hüquqi cavab verilməyib və hər dəfə “Naxçıvan MR Maliyyə Nazirliyindən rezidentlər üçün ayrılan büdcə bu qədərdir və zamanla artırılması düşünülür” deyərək məsələni ört-basdır etməyə çalışıblar. Naxçıvan Muxtar Respublikasında son zamanlar aparılan siyasi islahatlardan sonra hər şeyin qaydasına düşəcəyinə ümid etmişdik, lakin düzəlmədi. Təkrar mühasibatlığa yaxınlaşdıq. Bu dəfə isə NDU-nun baş mühasibi bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu göndərmişik, lakin onlardan cavab gəlmədiyi üçün NDU Elmi Şurasına həkim-rezidentlərin maaş artımı ilə bağlı təklif irəli sürülüb və Azərbaycan Respublikası Nazirlər Kabitenin 2022-ci il 14 yanvar tarixli qərarı ilə 2023-cü il mart ayından etibarən NDU-nun daxili imkanları hesabına həkim-rezidentlərin GROSS əmək haqqı 415 AZN müəyyən olunacaq“. Həkim rezidentlər narazılıqlarını hüquqi cəhətdən aşağıdakı kimi əsaslandırırlar: "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələrinin diapazonu"na əsasən həkim-mütəxəssis, həkim (eləcə də rezident) 9-15 dərəcə arasında əmək haqqı almalıdır. Vahid Tarif Cədvəlində 9-cu dərəcənin ekvivalenti 2022-ci ildə 415 AZN, 2023-cü ildə isə 478 AZN-dir. Lakin bizim (eləcə də bizdən əvvəlki rezidentlərin) haqqı yeyilərək əmək haqları Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarına əsasən 2022-ci il və 2023-cü ilin yanvar və fevral aylarında 346 AZN hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan dövlət işçilərinin əməyinin ödənilməsinin vahid tarif cədvəli"nə əsasən 1-ci kurs həkim-rezidentlərə 9-cu dərəcədən 415 AZN əmək haqqı ödənilməli idi. 2023-cü il 16 yanvar tarixli eyni nömrəli qərar ilə (01.01.2023 tarixindən etibarən) Vahid Tarif Cədvəlində 9-cu dərəcənin ekvivalenti 415 AZN-dən 478 AZN-ə yüksəldilmişdir. Lakin bizim əmək haqqımızda hələdə artım olmadı və hələ də GROSS əmək haqqı olaraq 346 AZN yazılır. Azərbaycanın digər bölgəllərindəki Nazirlər Kabinetinin əmri ilə təsdiqlənmiş bazalarda isə (Bakı, Gəncə və s.) rezidentlərin əmək haqqına müvafiq əlavələr olundu və onlara 2023-cü ilin yanvar ayından 478 AZN GROSS əmək haqqı yazılır. Müvafiq tutulmalar sonrası isə NETT əmək haqqı təqribi 425 AZN olur. Bizdə isə NETT əmək haqqı 300 AZN civarındadır. Aradakı bu qədər fərqin səbəbinin heç bir açıqlaması yoxdur! Bu açıq aydın qanun və hüquq pozuntusudur! Biz bununla bağlı Azərbaycan Respublikası Səhiyyə, Təhsil və Maliyyə Nazirliklərinə də şikayət ərizəsi ünvanladıq, lakin ərizəmizə cavab verilmədi. Buna görə də son çarə olaraq hüquqlarımızın bərpası üçün sizə müraciət edirik“.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02 |
|
|
|
|