"`Kontakt Home`u necə məhkəməyə verə bilərəm?" - NARAZILIQ VAR!
Tarix: 18-02-2023, 10:02 |
Çap et
DİA.AZ: - "Şikayətim "Kontakt Home"dandır". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Seyran adlı istifadəçi giley edir. Qeyd edək ki, adıkeçən şikayətçinin başına gələnlər barədə oxucuları daha əvvəl də məlumatlandırmışdıq. Düşünürdük ki, şirkət bu məsələyə adekvat reaksiya verər. Amma problem nəinki qalır, əksinə...
Narazı vətəndaş başına gələnləri nəql edir: "Burda şikayətimi yazandan sonra gəlib problemli televizoru apardılar. Məhsul defektlidir... boyunlarından atmağa başlayıblar.
İki həftəyə yaxındır televizor əllərindədir, indi də zəng edib deyirlər ki, mənə yox... yaxınıma zəng edib deyirlər ki, televizorun ehtiyat hissəsi guya xaricdən gəlir. 5 həftəyə gələcək....
Onları necə məhkəməyə verə bilərik?
Qeyd edim ki, məhsulu kreditlə alıb 2 ayını ödəmişik. Təzminat almaq mümkündürmü?
Adamlar utanmaz-utanmaz zəng edib ödənişi tələb edirlər..."
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...ZƏRURİ QEYD: Sözügdən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur...