“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                 

Məmmədyarovun BİZNES ORTAĞI... - Büdcə pullarına BELƏ QONUBLAR...
Tarix: 10-02-2023, 10:11 | Çap et
Məmmədyarovun BİZNES ORTAĞI...
Xarici İşlər Nazirliyinin bir sıra işçilərinin xəyanəti nəticəsində onlarla gənc həyatını itirdi, yüzlərlə gənc şikəst oldu. Onların korrupsiya əməlləri, dövlət büdcəsini talamaq ehtirası Azərbaycanın ədalətli mövqeyinin dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənməsində ciddi problemlər yaratdı.
Dövlət tərəfindən lobbiçilik hərəkatı üçün ayrılan milyonlarla vəsait E.Məmmədyarov çetesinin 3-4
nəfər üzvünün iştahını doyurmaqdan o yana keçmədi. Bu gün həmin çetenin bir üzvü XİN-in Həmkarlar İttifaqının sədri, Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, adı dəfələrlə böyük yeyintilərdə, məhkəmə çəkişmələrində hallanan “Diplomat-2008” şirkətinin sədri, 2020-ci ildə DTX-nın həyata keçirdiyi
antikorrupsiya əməliyyatı nəticəsində saxlanan, Rusiyanın xidmət orqanları ilə sıx əlaqəsi olduğu iddia olunan Azayev Elxan Çərkəz oğludur.
Lap əvvəldən başlayaq. Qeyd etdiyimiz kimi, ixtisasca su mühəndisi olan bu adamın diplomatik və elmi fəaliyyəti birbaşa Rusiya Federasiyası ilə bağlı olmuşdur. Rusiya Dövlət Kitabxanasında onun siyasi liderlərin kommunikativ qabiliyyətlərinin inkişafı adlı dissertasiyası FB 9 95-1/1822-0 B 9 95-1/1823-9 bu kodlar altında saxlanılmaqdadır. İddia edilir ki, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevlə də onun bağlılığı buradan doğur. Su mühəndisi olan E.Azayevin siyasi psixologiyadan necə dissertasiya yazması bir başqa mövzudur, təbii ki, Elxan Çərkəz oğlu Ağayev gül kimi vaxtını sərf edib psixoloji elmlər üzrə namizədlik dissertasiyası yazan deyildi ki!
Kitabxanada onun avtoreferatı aşağıdakı məlumatları ehtiva edir: Азаев, Эльхан Черкез-оглы. “Развитие коммуникативных способностей политических лидеров : автореферат дис. ... кандидата психологических наук : 19.00.12 / Рос. акад. гос. службы при Президенте РФ. - Москва, 1995. - 24 с. Политическая психология Шифр хранения: 9 95-1/1822-0 B 9 95-1/1823-9”. Aparıcı müəssisə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası. Rusiyanın indiyədək bizə kadr hazırlaması, Azərbaycan Respublikası Prezident Aparatının keçmiş rəhbəri, 5-ci kolonun əsas fiquru sayılan Ramiz Mehdiyev tərəfindən onların respublikada yüksək postlarda yerləşdirilməsi uzaq keçmiş deyil. 1965 ci ildə anadan olmuş Elxan Çərkəz oğlu Azayev də onların bir nümayəndəsi. Yuxarıda qeyd etdiyimiz kimi, əsas ixtisası su mühəndisliyi olan E.Azayevin Xarici İşlər Nazirliyində yüksək post tutması heç də onun bilik və bacarığı ilə bağlı olmayıb, irəlidə haqlarında geniş danışacağımız, DTX-nın antikorrupsiya əməliyyatı ilə əlqədar olaraq həbs olunan Anar və Lamiyə Canəhmədovlarla yaxın münasibəti olub. E.Məmmədyarov 2004-cü ildə xarici işlər naziri təyin olunarkən yuxarıda adları çəkilən şəxslərin məsləhət və israrı ilə E.Azayevi də özü ilə birgə nazirliyə gətirib və onu Həmkarlar İttifaqına sədr qoyub. Amma çox keçmədən korrupsioner nazirlə E.Azayev çox yaxşı dil tapıb. E.Məmmədyarov Xarici İşlər Nazirliyinin vəsaitlərini ABŞ-da yaşayan oğlanlarına daşıyanda, Elxan Azayev də həmin vəsaitləri Moskvaya, oğlu Elman Azayevə yönəldib. Əldə etdiyimiz məlumata görə, Elman Elxan oğlu Azayev 2017-ci ildə Moskva ətrafında yerləşən kiçik Jukovski şəhərində LİNK qeyri-dövlət Beynəlxalq Menrcement İnstititunda təhsil alıb və onu da qeyd edək ki, həmin ildə qəbul olunanlar arasında ən aşağı balı da o toplayıb. Riyaziyyatdan cəmi 27 bal. Lakin atasının imkanları hesabına Elman Azayev 2019-cu ildə “Vahid Rusiya” Partiyasının parlament seçkilərinə Jukovski dairəsindən 1 nömrəli namizəd kimi qatılıb. 1 nömrəli birmandatlı Seçki Dairəsi üzrə “Vahid Rusiya” partiyasından növbəti mərhələdə namizədliyi irəli sürülmək məqsədi ilə namizədlərin əvvəlcədən səsverməsində iştirak üçün əvvəlcədən namizədlərin səsvermə siyahısında onun adı 1-ci yerdə durur. Olqa Puşkaryovanın 24 may 2019-cu ildə facebook-da paylaşdığı “Ya Jukovski” adlı qrupda da siyahı onun adı və soyadı ilə başlayır. Oğlu ardıcıl imperiya siyasəti yürüdən, hətta deputatlarından bəzizsi Bakını bombalamağa çağıran “Vahid Rusiya”çıların sırasında dayanan Elxan Azayev Azərbaycan Xarici İşlər Nazirliyinə hansı xeyri verə bilərdi? Əlbəttə, heç bir xeyri! Amma buna baxmayaraq R.Mehdiyevin himayəsi sayəsində bu adamın bir əli Latın Amerikasına, o biri əli uzaq Afrikanın Ser Leona- Fritaun şəhərinə gedib çatırdı. Baxmayaraq ki. Bu adam Xarici İşlər Nazirliyində konkret olaraq Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri postunu tutub.
Elxan Azayev qohumu Çngiz Ağayev adlı şəxsi də onun biznes işini idarə etmək üçün bir müddət Fritauna ezam etmiş və orada qiymətli daşların emalı zavodu tikməklə məşğul olmuşdur. Deyə bilərsiniz, Xarici İşlər Nazirliyi hara, Fritaunda Qiymətli daşlar zavodu hara. Ümumiyyətlə, Elxan Azayev daş və qumu
həmişə diplomatoyadan üstün tutub. Vaxtilə Qubada çaylardan “rigl” və qumların da Bakıya satış məqsədilə daşınmasına da o, rəhbərlik edib. Əldə etdiyimiz məlumata görə, “Quba karxana əməliyyatında” da E.Azayevin yuxarıda adını çəkdiyimiz qohumu Çingiz Ağayev onun iş icraçısı olub və fəhlələrə əməllicə atıb. Deyilənə görə, hətta bir müddət telefonunu da bağlayıb ki, fəhlələr onu
tapmasınlar.
Əlbəttə, E.Ağayevin Fritaunda təşkil etdiyi biznesinin nazir Elmar Məmmədyarovdan, onun özündən və onların Prezident Aparatındakı himayədarlarından başqa heç bir kimsəyə, o cümlədən Azərbaycan dövlətinə bir qara qəpiklik xeyri dəyməyib. Amma zavodun tikinti, nümayəndənin gedib - gəlmə xərclərin hamısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin büdcəsindən
ödənilib.
Təbii ki, E.Azayevin “bisnes bacarığı” onun getdikcə E.Məmmədyarova və nazirlikdə at oynada Canəhmədovlara daha da yaxınlaşmağa imkan vermişdir. Nəticədə çox keçmədən ömründə bir gün belə diplomatik işdə çalışmayan E.Azayev Azərbaycan dövlətinin strateji marağında olan Avropa ölkələri üzrə
kurator vəzifəsinə təyin olunub. Vəzifə təsadüfən seçilməmişdi, həmin dövrdə Azərbaycan hökuməti Qarabağ məsələsi ilə bağlı Avropa parlamentariləri ilə isti münasibətlər qurmağa çalışır və bu iş üçün böyük məbləğdə vəsaitlər ayırılırdı. Həmin vəsaitlər Xarici İşlər Nazirliyinin Maliyyə Şöbəsinin rəisi olan Lamiyə Canəhmədovanın nəzarəti altında mənimsənilirdi. O, pulun bir hissəsini Amerika, bir hissəsini isə Avropa ölkələri üçün sənədləşdirir, Amerika üçün ayrılan vəsaiti əri, XİN-in ABŞ ölkələri üzrə idarəsinin rəisi Anar Canəhmədovun və digər hissəsini isə Avropa üzrə kurator Elxan Azayevin adı ilə mənimsəiyirdi. Deyilənə görə, büdcədən Xarici İşlər Nazirliyi üçün ayrılan vəsaitin 20 faizini E.Məmmədyarov özü götürürmüş. Buna görə də xaricdəki səfirliklərimiz uzun illər maliyyə qıtlığı içində yaşadıqlarından bir iş görə bilməyiblər. Qərb ölkələrində lobiçiliyə can atan Azərbaycan hökumətinin xərclədiyi milyonlar bu cür tamahkar, acgöz “diplomatlar” tərəfindən mənimsənildiyindən dünyanın bir çox ölkələri bizim ədalətli müharibəmizi dəstəkləmədi.

Ona görə də Azərbaycan Prezidenti 2020-ci il iyulun 16-da yeni XİN naziri C.Bayramovu qəbul edərkən demişdi: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var”.

Həmin adamların önündə isə Elmar Məmmədyarovun sevimlisi Elxan Azayev və Canəhmədov ər-arvadı gedirdi. Əslində, nazirlikdə uzun müddət maliyyə maxinasiyaları aparan şəbəkənin nüvəsində E.Məmmədyarovun birbaşa özünün rəhbərlik etdiyi bu 3-4 nəfər olmuşdur. Onların ən əsaslarından biri olan, Rusiyada siyasi liderlərlə bağlı elm iş müdafiə edərək “alim” adını qazanan nazirliyin yetkisi Elxan Azayev E.Məmmədyarov və Canəhmədovların etmadını doğrultduqdan sonra ona daha bir vəzifə etibar edilmişdi. Tikinti biznesinə nüfuz etmək. Elxan Azayev 2008-ci ilin sentyabrında 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata aldırdığı şirkəti “Diplomat-2008” adlandırır. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman
Rüstəm küçəsi ev 33 A, 53-də (XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüz) yerləşən şirkətin tikdiyi binaların xərcinin yarısından çoxunu, hətta bəzi iddialara görə, 75 faizi XİN-in büdcəsindən ödənildiyi halda satışdan əldə olunan vəsait “buxarlanıb”. "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativinin məqsədi XİN-nin hesabına guya səfirlərə bina tikmək olub. Şirkət XİN-in arxasında, “Nizami” metrosu yaxınlığında, M.İbrahimov 53-də 20 mərtəbəli, “Ağ şəhər”də Birinci fəvvarə küçəsində yeddi bloklu başqa bir bina tikmişdir. Birinci adını çəkdiyimiz binada 166 kv. mənzilin qiyməti 600 min manat olmuşdur. Maraqlıdır ki, həmin binalardakı mənzillərdən yalnız 9-da diplomatlar yaşayır. Qalanını isə imkanlı adamlar alıblar. Təbii ki, həmin sırada Canəhmədovların və E.Azayevin 3-4 mənzilini də qeyd etməliyik. Hər nə olur olsun, mənzil məsələsini başa düşürük, amma “Diplomat-2008”-in Sumqayıtda ticarət mərkəzi tikməsini anlamaq olmur.
Yəni bazarın XİN-ə nə aidiyyatı?

Amma bu da anlaşılandır, kişilər pul qazanmaq istəyib. Qəribəsi odur ki, başdan-ayağa korrupsiya, rüşvət girdabında boğulan Elxan Azayev 2012-ci ilin iyul ayında nazirin təqdimatı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsinə layiq görülüb. Görünür, elə bu cəzasızlıq onu daha da ruhlandırıb. Hətta mənzillərin satışı yekunlaşdıqdan sonra da binadakı evləri alan və borcunu ödəmiş insanlara məktub göndərərək yenidən vergi borcu adıyla hər kvadrat metr üçün 40 manat tələb etməyə başlayib.

Ümumiyyətlə, dünya diplomatiyası adına ləkə ola biləcək bu şəxslərin hələlik heç birisi layiqli cəzasını almayıb. E.Azayevin sonrakı fəaliyyəti barədə növbəti yazımızda.

“Gündəm Xəbər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru