Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir .....                     Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... .....                     Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır .....                     Quba ŞAHİN OYLAĞINA çevrilib... .....                     Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb .....                     AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda .....                     Xaçmaz sakinləri ümid edir ki... .....                     Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" .....                     Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir .....                     Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb .....                     Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı .....                     Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir .....                     Qalib Ordunun Müzəffər Ali Baş Komandanı .....                     Xalq rəssamı Tofiq Ağababayev vəfat edib .....                     Məsuliyyətdən yayınmanın ALFANET üsulu... .....                     "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" .....                     İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... .....                     Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar .....                     "Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir" .....                     Millətin bitməyən KONTAKT HOME çiləsi... .....                     İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... .....                     Putin məqsədinə necə nail olub ki... .....                     Müharibədə “hərbi zadəganlıq” illüziyası .....                     Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır .....                     "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." .....                     "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." .....                     Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı .....                     Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                     “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” .....                     Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                 

Lerikin dərdi dağlarından da HÜNDÜRDÜR... - ARAŞDIRMA
Tarix: 6-12-2022, 09:01 | Çap et
Lerikin dərdi dağlarından da HÜNDÜRDÜR...
Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları sırasında Lerikdəki “nümunələr” də az olmayacaq.

Saxtakırlıqların qısa xülasəsi

1,8 milyonluq boru kəməri “çürümüş” metal kimi sökülüb, “silinib”, satılıb;
Sənədlə 2, faktiki 1 məktəb tikilib;
Ölkə başçısı gələndə yol kənarına 100-dək elektrik dirəyi basdırılıb, o gedən kimi çıxarılıb;
İstinad divarları, darvazalar “kağız” üzərində təmir olunub;
121 kilometr əvəzinə, 88 kilometr yola asfalt döşənib, o da bərbad;
Bələdiyyə torpaqları müxtəlif vətəndaşların adına sənədləşdirilib, sonra sosial evlər tikmək üçün dövlətə baha qiymətə satılıb.
Necə deyərlər, daha nələr, nələr ağlagəlməz saxtakarlıqlar lerikli fəal, partiya funksioneri Mais Hüseynlə söhbətdə.


Qeyd edək ki, bu günlərdə əslən lerikdən olan, “Yeni yol” partiyasının sədr müavini Mais Hüseyn redaksiyamızda olmuş, “cənubxəbər tv” yə müsahibə vermişdir. Onunla söhbətimiz əsasında hazırladığımız yazını sizə təqdim edirik:



1,8 milyonluq su boruları necə söküldü, necə satıldı?

Lerikin son illərdə, (təxminən bir neçə ay öncə) ən böyük “yaralarından” biri 25 il öncə, 1995-1996 cı illərdə Lerik xeyriyyəçilərinin, ziyalılarının, eləcə də bütün əhalinin yaxından dəstəyi ilə bu rayonun Zuvand ərazisində susuzluq problemini aradan qaldırmaq üçün Lerikin mərkəzindən həmin əraziyə çəkilmiş 15-18 km-lik dəmir boruların oğurlanmasıdır.

Xatırladaq ki, 150 – 400 mm ölçülük olan bu boruların 1 metrnin qiyməti (ölçüsündən asılı olaraq) 70 manatdan - 150 manat arasında dəyişir. Həmin su kəməri yerli sakinlərin vəsaiti ilə, minbir əziyyətlə çəkilmişdi. Bu kəmərin bir neçə kilometri lerikli Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovun təşəbbüsü və dəstəyi ilə icra olunmuşdur.
Su xətti 1995- 1996 ci illərdə çəkilmişdi. Amma su kəməri söküləndə dedilər ki, “Azərsu” ASC sökür. Hansi ki, “Azərsu” ASC bu kəmər çəkiləndən 9 il sonra yaranıb.

Bu məsələ böyük narazılğa səbəb oldu.

Bizə çatan məlumata görə, guya millət vəkili İqbal Məmmədov da bu işin qarşısını almağa maraqlı olub. Bu barədə ortada telefon danışığının səs yazısı var. Belə ki, məsələnin necəliyini deputat İqbal Məmmədov ictimai nəzararət işçiləri ilə telefon danışıqları zamanı izah edir. Həmin telefon danışığı zamanı İqbal Məmmədov bildirib ki, mənə də vaxtilə Relax istirahət mərkəzi üçün boru lazım idi və gedib Yardımlıdan dövlətə aid olan həmin boruları “oğurlayıb” gətirdik. Daha doğrusu, saxta yollarla, ucuz qiymətə həmin boruları əldə etdik.

İqbal Məmmədov bildirir ki, Lerikdən Zuvanda çəkilən su borusu də o qayda ilə, guya istismar müddəti bitmiş, yararsız material kimi metaloma verilmişdir. Əslində həmin ərazidən çıxarılan 18 min metr borunun, hər metri təqribən 100 manatdan yenidən şirkətlərə satılmışdır. İ. Məmmədovun özünün da belə əməlləri çox olduğu üçün dillənməyib.

Həmin boruların “çürümüş” adı ilə 5 kilometr hissəsinin metalloma verilməsi barədə məlumatlar var.

Belə məlumat da var ki, bu 1, 8 milyon manatlıq yeyinti barədə Lerik rayon İcra hakimiyyətinə və Rayon Polis Şöbəsinə də əvvəlcədən məktub göndərilmişdir. Məktubun göndərilməsini İcra Hakimiyətinin sabiq 1-ci müavini və həmin müddətdə İcra başçısı səlahiyyətlərini icra edən C. Baxşıyev və deputat İ.Məmmədovun əlimizdə olan telefon danışıqları da təsdiqləyir.

Borular aparılarkən vətəndaşlar etiraz etməsin deyə, bildiriblər ki, bu borular işğaldan azad olunmuş torpaqlarımıza aparılacaq.

Bu isə 1,8 milyon manat vəsaitin mənimsənilməsi deməkdir.

Daha sonra İqbal Məmmədov qeyd edib ki, mənim bu məsələyə müdaxilə etməyə gücüm çatmır. “Siz əhalini yığın, etiraza qalxın, mən polis rəisi ilə danışacağam”.

Burdan belə nəticəyə gəlmək olar ki, İqbal Məmmədov prosesin necə baş verdiyini bilir, amma deputat kimi səlahiyyəti olsa da, müdaxilə etmir. Guya, “oğurluğun” dayanmasını istəyir, amma özü belə işlərdə gözükölgəli olduğu üçün dillənmir.

Hörmətli İcra başçısı Əkbər Abbasovdan xahiş edirik ki, bu olayı ədalətlə araşdırılmasını təmin etsin.

Unutmayaq ki, Lerik kimi kasıb rayon üçün 1,8 milyon çox böyük məbləğdir.

Yol tikintisində ağlasığmaz fırıldaqlar

Son 30 ildə Lerikdə cəmi 88 kilometrlik yol necə 121 kilometr oldu? Yəni, yolun 33 kilometrlik çəkilməyən hissəsinin vəsaiti necə mənimsənildi?

Bu hələ azmış kimi bu 88 km-lik məsafənin neçə metrində asfalt olduğu da çox şübhəli suallar doğurur. Məsələn, 36 km-lik Lerik-Şingədilan-Xanagəh yolunun yarıdan çox hissəsində asfalt örtüyü yox səviyyəsindədir.

Lerik rayonunda kəndlərarası yolları 2200 km təşkil edir. Ən yaxşı halda bu yolun cəmi 4 faizi, 100 kilometrə qədəri asfaltlanıb.

Lənkərandan Lerik-Lənkəran yolu ilə çəkilən 37 km-lik qaz xəttində xəbərdaredici 37000 metrlik lent niyə çəkilməyib?!

Bu rəqəm sizə adi görünə bilər. Amma bu lentin hər metrini ən azı 1 manatdan hesablasaq, 40 min manata yaxın pul edir.

Prezident gələndə yol kənarına basdırılan, ölkə başçısı gedən kimi də sökülən 100-ə qədər elektrik dirəyinin “möcüzəsi”

Ölkə başçısı Lerikə gələndə yolun Piran kəndindən keçən hissəsində quraşdırılan işiq dirəkləri onun səfərindən sonra sökülüb və hara aparılıb? (Bu dirəklərin sayın təxminən 100 ədəddən artıq idi)

Hətta elektrik lampalarına da göz dikilib -qiyməti 25 dəfə şişirdilib

Lerikdə küçələrin işıqlandırılması üçün istifadə olunan lampaların qiymətlərini isə təxminən 25-30 dəfə şişirdib, sonra hesablayıblar. Bu da təxminən 3-4 manatlıq lampaların 50-70 manatdan hesablanması deməkdir.

Yayılan məlumata görə, 2007-ci ildən Rövşən Bağırov Lerikdən gedənə qədər heç bir dövlət idarəsinə təyinatlar ənamsız olmamışdır, hətta xadimə təyinatı üçün ən azı 1000-1500 manat rüşvət alındığı bildirilir.

Yaponlar tikən məktəbdirsə, bəs Azərbaycan höküməti tikən məktəb hanı? Ya da əksinə...

4-5 il öncə Lerik rayonunun mərkəzində Yapon səfirliyinin dəstəyi ilə 3 saylı yeni məktəb binası tikildİ. Daha sonra bu məqsəd üçün, yəni, həmin 3 saylı məktəbin tikintisi üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılıb və silinir.

Əgər həmin 3 saylı məktəbi Yapon höküməti tikibsə, bəs dövlət hesabına tikilən məktəb hardadır? Qısası, sənəddə 2 məktəb binası var, faktiki bir. Molla Nəsrəddin demişkən, “Ətdirsə , pişik hanı, pişikdirsə ət hanı?”

Həm də maraqlıdır ki, qısa müddət ərzində bu 3 saylı məktəbin təzə binası 2 dəfə əsaslı təmir olunub.

İstinad divarlarının “əfsanəsi”

Rayon ərazisində tikilən, uzunluğu 20 km-dən çox olan istinad divarlarının təqribən bir metr kvadratının faktiki qiyməti 80-100 manata başa gəldiyi halda, 10 qat artığına, 850 - 950 manata sənədləşdirilib.

Rayon mərkəzində yol kənarı evlərin darvazaları 2 il müddətində 2 dəfə niyə dəyişdirilib? Bu darvazaların sayı 200-dən artıqdır.

Bizə bir neçə mənbədən verilən məlumata görə, bu tikinti materilallar sabiq 1-ci müavin Cəlil Baxşıyevin “9 qardaş" adlanan istirahət mərkəzinin tikintisinə yönəldilib, müəyyən hissəsi isə onların qohumlarına satılıb.

Saxtakarlıqlar bələdiyyə torpaqlarından da yan keçməyib

Bələdiyyə torpağı ucuz qiymətə vətəndaşa, sonra isə guya baha qiymətə vətəndaşdan alınıb və bir neçə dəfə bahasına dövlətə satılır. Orta da 100 min manatlarla pul mənimsənilir.

Zuvand yolunun təmiri üçün nəzərdə tutulan qum - çınqıl almaq məqsədi ilə bələdiyyənin hesabına 300 min manat ayrılır, sonra da dərhal silinir.

(əslində bələdiyyənin sərəncamında hər-hansı qum-çınqıl zavodu yoxdur ki, bu işləri icra etsin)

Yer alıb ev tikir, sonra 5 qatına dövlətə satır

Cəlil Baxşiyevin məqsədli şəkildə özü üçün tikdirdiyi evlər sonradan şəhid ailələrinə və imkansız ailələrə verilməsi adı ilə ucuz alıb dövlətə bir neçə dəfə bahasına satılıb.

Lerikdəki məşhur 3-lük-millət vəkili İqbal Məmmədov, sabiq icra başçısı Rövşən Bağırov, sabiq 1-ci müavin Cəlil Baxşıyev Zuvand ərazisində ayrı- ayrı adamların adına 10 hektarlarla torpaq sənədləşdirib, sonra dədə-baba malı kimi əkib-becərtdirib, subsidiyalar alıb, ya da satıblar.

Xatırladaq ki, Miri Qənbərovun Lerikin deputatı olduğu vaxtda rayona çox cuzi miqdarda vəsait ayrılsa da, o pulun çox hissəsi Lerikə xərclənirdi. Amma İqbal Məmmədovun millət vəkili olduğu son 15 ildə rayona daha böyük vəsaitlər ayrılsa da, görülən işlər hiss olunmur.

Son əvəzi

Son parlament seçkisinə qədər qeyd etdiyimiz 3-lüklə mübarizə aparan bir neçə lerikli sonda ya məhkəmlərdə uduzdurulmuş, ya da 3-lük tərəfindən müxtəlif formada şərlənmişdir. Buna görə də Lerikdə çoxları bu 3-lüyün qorxusundan “lal olmağa” üstünlük vermişdir.

Qeyd etmək istəyirik ki, son parlament seçkilərində 2 dəfə deputatlığa namizəd olmuş Ramil Hüseynov və Təyyar Yəhyayev bu 3-lüyün çirkin və saxta əməllərini ifşa etmiş, ictimailəşdirərək diqqət mərkəzinə gətirmişdir. Lerik təkcə uca dağları və füsünkar təbiəti ilə deyil, bu yurdun bəzi dərdləri o dağlardan da “hündürdür”.

Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları Leriklərdəki nümunələr olacaq.

Söhbətin sonunda Mais müəllim xatırlatdı ki, əvvəllər leriklilər təkcə bu saxtakarlıqların dərdin çəkmidi, həm də saxtakarlıqlara heç yerdən əlac olmamasının dərdini çəkirdilər. 4 ay öncə Əkbər Abbasovun Lerik rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, onun böyük əzmkarlıqla belə saxtakarlıqlara, eləcə də belə saxtakarlıqların “memarlarına” qarşı mübarizəsindən sonra leriklilərin sabaha da, həyata da, dövlətə də inamı daha da artıb.

Yeri gəlmişkən onu da deyim ki, rayonda İmanovlar tayfasının yaxın vaxtlarda Lerikdə söz sahibi olacağı barədə yayılan məlumatlar həqiqəti tam əks etdirmir və onlar haqqında fikirlər birmənalı deyil.



Hazırladı: Zahir Əməniv. Cenub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45
Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32
Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06
Məsuliyyətdən yayınmanın ALFANET üsulu... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
"Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" - Qurbanəli Ömər
Bu gün, 08:55
İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... - Ekspert danışır...
Bu gün, 08:50
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Bu gün, 08:46
"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Bu gün, 08:43
Millətin bitməyən KONTAKT HOME çiləsi... DAVAM EDİR!
Bu gün, 08:41
İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15
Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10
Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08
"Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28
"Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56
Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru