FHN niyə işinin layiqincə yerinə yetirmir... - GİLEY
Tarix: 14-11-2022, 11:58 |
Çap et
DİA.AZ: - Şamaxı rayon sakini Sahib Əhmədov evinin qəzalı vəziyyətdə olmasından şikayət edir. 2019-cu ildə Şamaxı rayonunda baş verən zəlzələ onun da mənzilindən yan keçməyib. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş 4 ildir, 5 nəfərlik ailəsi ilə birgə qəzalı evdə yaşamağa məcbur olduğunu deyir. Şikayətçi deyir, dövlət qurumlarına köməklik göstərilməsi üçün dəfələrlə üz tutsa da, onunla maraqlanan olmayıb.
FHN-dən isə Sahib Əhmədova yazılı olaraq bildirilib ki, evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib. DİA.AZ bildirir ki, Sahib Əhmədov eyni zamanda ünvanlı sosial yardım ala bilməməsindən də gileylənir. Deyir, sosial yardım üçün iş yerindən sənəd tələb olunur.
Şikayətçinin dolanışığının çətinliyi ilə yanaşı, həm də soyuq aylar yaxınlaşdığından evinin qəzalı vəziyyətdə olması da narahat edir.
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...