Lətifə kimi hadisə: icra başçısı məhkəmə vasitəsilə əlilə mətbuat qadağası qoyur - Burası AZƏRBAYCANDIR!
Tarix: 3-09-2022, 10:18 | Çap et
 Yasamal İcra Hakimiyyəti və onun gənc başçısı 8 aydan çoxdur ki, rəhbərlik etdiyi rayonun ərazisində fiziki məhdudiyyətli şəxslə apardığı “mübarizə”sini ən son həddinə çatdırıb. Belə ki, İcra Hakimiyyəti fiziki məhdudiyyətli vətəndaş Zaur Seyidzadənin yaşayış evinin qapısını dağıtması yetməzmiş kimi, indi də məhkəmə salonlarında hüququnu axtaran zərərçəkənə ölkə mətbuatına çıxmağı, müsahibə verməyi qadağan edə bilmək üçün qollarını sıvayıb. İcra başçısı Elşad Həsənovun sahiblik etdiyi Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi Zaur Seyidzadəyə bildirib ki, O, gedən proseslər barədə tez-tez mətbuata açıqlama verməklə, həm məhkəmənin, həm də icranın işini çətinə salır. Qarşı tərəf iddia edir ki, zərərçəkən Zaur Seyidzadənin başına açılan müsibətlər barədə mətbuata çıxaraq ölkə rəhbərliyinə və ictimaiyyətə mütəmadi məlumatlar verməsi, məhkəmə prosesinə təzyiq vasitəsidir və bu səbəbdən də Zaur Seyidzadə növbəti dəfə icra hakimiyyəti tərəfindən məhkəməyə verilib. Sentyabrın 6-da keçiriləcək məhkəmə prosesində Zaur Seyidzadənin ölkə mətbuatına çıxışına qadağa qoyulması tələb edilir.
İcra Hakimiyyətinin özbaşınalığından ölkə rəhbərliyinə şikayət etdiyi üçün məhkəmə vasitəsilə mətbuata çıxışına qadağa gətirilməsi, ölkə gündəmində bir ilkdir və lətifə kimi hadisədir. Söz azadlığının belə kəskin qərarlarla məhdudlaşdırılması və bu özbaşınalığa “məhkəməyə təzyiq” adı altında don geyindirilməsi, ictimaiyyətə müraciətin məhkəmənin vasitəsilə qadağan olunmağa çalışılması, səkkiz ay fiziki məhdudiyyətli şəxslə prinsipə düşən icra başçısının hələlik heç kimə məlum olmayan hansısa planlarından, məqsədlərindən xəbər verir.
İcra hakimiyyətinin özü ilə prinsipə düşüb, söz azadlığına məhdudiyyət gətirməyə çalışdığı birinci qrup əlil Zaur Seyidzadə Bizimyol.info-ya bildirib ki, mətbuata çıxışı ilə bağlı icra hakimiyyətindən ona ilk olaraq şifahi şəkildə xəbərdarlıq olunub, bundan sonra isə Zaur Seyidzadə məhkəməyə verilib: “ İcra Hakimiyyəti evimə qapı açıdığım üçün məni 300 manat məbləğində cərimələmişdi. Daha sonra bu qurumun hüquqşünası kimi tanınan Sərxan bizə gəldi və bildirdi ki, həmin o 300 manat cərimədən imtina ediblər, bununla bağlı da sənəd göndəriləcək. Ancaq cərimənin ləğvi barədə kağız mənə verilmədi. Dedikləri elə şifahi olaraq qaldı. Bundan əlavə, nümayəndə mənə dedi ki, problemlə bağlı icra başçısı ilə də danışacaq ki, mənə dəstək olsun. Halbuki, burda heç bir dəstəkdən söhbət gedə bilməz, adamlar qapımı dağıdıblar, aylardır məni məhkəmələrdə süründürürlər, indi də mətbuata çıxışıma qadağa gətirmək istəyirlər. Guya ki, hansısa mətbuat orqanına müsahibəmdə demişəm ki, İcra Hakimiyyəti məndən 10 min manat pul istəyir. İndi bunu əllərində bayraq edib, məhkəməyə veriblər ki, guya başçıya böhtan atıram. Halbuki, mən heç bir media orqanına belə bir açıqlama verməmişəm. Görünür, elə bu da icra başçısının bir oyunudur ki, məhkəməyə verməsi üçün əlində bir əsası olsun. Ancaq bu, əsas sayıla bilməz. Çünki mən heç bir mətbuat orqanına içində belə bir cümlə keçən müsahibə verməmişəm. Əksinə, böhtanı atanlar, mənim elə bir müsahibə verdiyimi yazan “mətbuat orqanı” və bu dezinformasiyadan sui-istifadə edən Yasamal İcra Hakimiyyətinin özüdür. İndi mənə qaranlıq qalan önəmli məsələ odur ki, inzibati məhkəmənin öncəki qərarında evə baxış keçirmələri üçün ekspertlər təyin olunmuşdu, onlar gəlib, evin qapısına baxmalı idilər. Ancaq vaxtı uzatdılar, gələn-gedən də yoxdur. İndi İcra Hakimiyyəti onların gəlməməyindən də sui-istifadə edib, mətbuata çıxışıma qadağa gətirmək istəyir. Əgər məhkəmə mənə mətbuata çıxışı qadağan etsə, bu, açıq-aşkar söz azadlığının, insan hüquqlarının kobud şəkildə pozulması olacaq və bütün bunlar İcra Hakimiyyətinin açıq-aşkar məhkəmənin qərarlarına müdaxiləsi kimi qiymətləndiriləcək. Ümidvaram ki, məhkəmə ədalətli qərar qəbul edəcək. Hansı ki, evimə qapı qoyulması barədə müvəqqəti qərardaddan apellyasiya şikayəti verən İcra Hakimiyyətinin həmin şikayəti məhkəmə tərəfindən rədd edildi və ədalətli qərar qəbul olundu. Eyni ədalətli qərarın inzibati məhkəmə tərəfindən də qəbul olunmasına ümidvaram”,– deyə Zaur Seyidzadə bildirib. Bizimyol.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Bu gün, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Bu gün, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Bu gün, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Bu gün, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Bu gün, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Bu gün, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35 |
|
|
|
• Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32 |
|
|
|
• Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40 |
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54 |
|
|
|
• Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52 |
|
|
|
• “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38 |
|
|
|
• Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20 |
|
|
|
• "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14 |
|
|
|
• 5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09 |
|
|
|
|