DİA.AZ: - "Yasamalın icra başçısı Elşad Həsənov nə günə orda oturub, ümumiyyətlə bu adam nə işə yarayır ki?" DİA.AZ bildirir ki, bu barədə Yasamal rayonu Şərifzadə küçəsi 132 ünvanında yaşayan sakinlər giley edir.
Narazı vətəndaşlar bildirir ki, yaşadıqları ərazidə iaşə obyektlərinin sayının çox olması onlara əlavə problemlər yaratmaqdadır ki, bununla bağlı da yerli icra hakimiyyəti hər hansı addımı atmır:
"Ərazidə xeyli sayda kafe restoran var. Amma zibil qutularının sayı həm azdır, həm də zibil qutularını vaxtlı-vaxtında boşaltmırlar. Əvəzində isti yay günlərində camaat üçün əlavə problem yaranır. Həm xəstəlik mənbəyidir, həm də sakinlər dəhşətli iy-qoxudan pəncərələrini belə aça bilmirlər. Hara şikayət edək, bilmirik..."
Sakinlər daha sonra diaaz.space-a ərazidən foroları da təqdim ediblər:
Müraciətlə əlaqədar diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
***
Qeyd edək ki, artıq bu problemə reaksiya verilib və problem həllini tapıb: