"Özümü yaşlı adam hiss etmirəm" .....                     Göyçay sakinləri niyə narazılıq edir .....                     Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür .....                     Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! .....                     Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. .....                     Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... .....                     “Hazır olun, bunu birlikdə edəcəyik” .....                     Paşinyandan ilginc paylaşım... .....                     Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır .....                     Bakıda faciənin qapısından dönüldü .....                     Rusiyanın Ukraynaya qarşı planı: .....                     Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur .....                     İlham Əliyevdən YENİ İSMARICLAR .....                     Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI .....                     İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ .....                     Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər .....                     İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb .....                     AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                 

"Evim başıma uçur, özüm müalicə olunmalıyam" - Qazimiz yerli icra hakimiyyətindən NARAZIDIR
Tarix: 2-02-2021, 09:32 | Çap et
"Evim başıma uçur, özüm müalicə olunmalıyam"
Vətən Müharibəmizdə kəllə-beyin travması alaraq yaralanan hərbçimiz Abbasov Ruslan Mətləb oğlunun bir çox problemləri var və o, buna görə köməklik olunması üçün sosial şəbəkədə müraciət yayıb.

Moderator.az-ın əməkdaşı qazimizlə görüşərək problemləri ilə maraqlanmaq üçün Cəlilabad rayon Günəşli kəndinə yollanıb. Onun görüşdən hazırladığı yazını təqdim edirik:

"Günəşli kəndinə qazimizin evinə yollandıq. Həyətə daxil olarkən ikiotaqlı komasını gördükdə təəccübümüzü gizlədə bilmədik. Onsuz da elə qəhrəman oğulların çoxu belə komalardan çıxıb, amma insan oğlu belə mənzərəlni görəndə özünü günahkar hiss etməyə bilmir. Bu peşmançılıq hissinin təsiri altında evə daxil olub Ruslanı dinləyirik.

Qazimiz deyir ki, atasını 2016-cı ildə itirib, özü evin tək övladıdır:

“2016-cı ildə atamı itirdim. İndi bu ikiotaqlı komada həyat yoldaşım və anamla birlikdə yaşayıram. 2017-ci ildə Mingəçevirdə hərbi xidmətdə olmuşam. Peşəm sürücü-mexanik idi. Tovuz döyüşlərindən sonra mən də səfərbərliyə müraciət edib könüllü olaraq ordu sıralarına yazıldım. Sentyabrın 27-də isə gecə saatlarında mənə zəng olundu və səfərbərliyə çağırıldım. Bizi Beyləqana yolladılar və 6 gün təlim keçdik. Oradan Füzuliyə yollandıq və əks-hücum əməliyyatında iştirak etdim”.

Döyüşçümüz oktyabrın 9-da yaralanaraq döyüş meydanından çıxarıldığını bildirib:

“Cəbrayıl uğrunda döyüşlər gedirdi. Elə oldu ki, yanımıza mərmi düşdü və mən ağır kəllə-beyin travması və qəlpə yaraları aldım. Dərhal məni döyüş meydanından təxliyə etdilər. Ordan Füzuliyə və daha sonra müalicə üçün Masallıya göndərildim. İki gün isə Bakıda hospitalda müayinə olunmuşam”.

Qazimiz Cəlilabad Mərkəzi Xəstəxanasında xoşagəlməz və bəlkə də biabırçı hadisəylə rastlaşdığını deyir:

“Hazırda sol tərəfim işləmir, sağ gözüm zəif görür, sağ ayağımda iki, sol ayağımda isə bir qəlpə yarası var. İndi müalicələrə çox ehtiyacım var, sol tərəfim quruyur, yeriyə bilmirəm. Müayinə olunmaq üçün Cəlilabad Mərkəzi Xəstəxanasına getdim. Orda bir çox həkimlərdən müayinələrdən keçdim və qazi olduğum üçün pul götürmədilər. Amma rentgendən müayinədən keçərkən cavan həkim qazi olduğumu bilə-bilə dedi ki, “nə verərsən, verərsən”, mən də onun bu sözündən sonra əlimi cibimə salıb ona 10 manat pul verdim. Belə adamları görəndə adam dəhşətə gəlir. Məgər mən bu xalq, torpaq üçün döyüşə getməmişdimmi?”.

İkiotaqlı evdə indi dolanışıq üçün iş yeri axtaran qazimizə isə iş adamlarının cavabı daha təsirli olub:

“Ailə quranda anam Abbasova Gülnaz Mirzağa qızının adına Kapital Bankdan kredit götürdük. İndi aprel ayına kimi hər ay 122 manat pul ödəməliyik. Amma imkanımız yoxdur. Anam gedib sahədə günü 5 manata işləyir ki, evi dolandırsın. “Soliton” mağazalar şəbəkəsindən isə bir paltaryuyan maşın kreditə götürmüşdük. Hər ay da ora 42 manat ödəyirik. Bütün bu kreditləri ödəmək üçün işləməliyəm, amma işə götürmürlər. Özüm həmişə fəhləçiliklə məşğul olmuşam. İndi hara müraciət edirəm deyirlər ki, şikəst adamsan, səni neynirik ki, biz işlədək. Qaziyə belə münasibət olarmı?”.

Ruslan bununla bağlı Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət edib. İcra başçısının sabiq xanım müavinin cavabı isə onu məyus edib:

“İcra Hakimiyyətinə gedib kömək istədim. Keçmiş icra başçısının xanım müavini mənə deyir ki, “biz indi sənə heç bir köməklik edə bilmərik. Nə vaxt rayonumuza yeni icra başçısı təyin olunar, onda sənin problemlərinə baxılar”. Mən başa düşmürəm, bəs bunlar niyə o binada oturublar, işləri xalqa, qaziyə xidmət etmək deyilmi?”.

Bu gün Ruslanın tək istəyi onun bir neçə sosial və səhhətiylə bağlı problemlərinin həll edilməsidir:

“Evim başıma uçur, özüm müalicə olunmalıyam. İşləyib ailəmə baxmaq istəyirəm, heç olmaya məni bir işlə təmin etsinlər. İnanıram ki, siz mənim problemimi ictimiləşdirdikdən sonra xeyirxah insanlarımız səsimə səs verəcək”.

Qeyd edək ki, qazimiz döyüşlərdə iştirakına görə Ali Baş Komandan tərəfindən ”Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

"Evim başıma uçur, özüm müalicə olunmalıyam"
"Evim başıma uçur, özüm müalicə olunmalıyam"
"Evim başıma uçur, özüm müalicə olunmalıyam"
"Evim başıma uçur, özüm müalicə olunmalıyam"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22
Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03
Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39
Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00
Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24
"Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
19-07-2025, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
19-07-2025, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
19-07-2025, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
19-07-2025, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
19-07-2025, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
19-07-2025, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
19-07-2025, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
19-07-2025, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
19-07-2025, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
19-07-2025, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
19-07-2025, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
19-07-2025, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru