Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                 

Məşğulluq mərkəzi adı altında talanan milyonlar... - İTTİHAM
Tarix: 12-10-2020, 15:35 | Çap et
Məşğulluq mərkəzi adı altında talanan milyonlar...
Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir. İşəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən bir sıra peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunurlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunur və onların müvafiq işlə təmin olunmasına köməklik göstərilir. Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Peşə hazırlığına ödənişsiz yiyələnmək və ayda 250 manat təqaüd almaq üçün mütləq şərt budur ki, həmin şəxs işsiz olmalı, VÖEN hesabı və adına pay torpağı olmamalıdır. Bundan əlavə, işsiz şəxs qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməli, ona təklif olunan iş yerlərindən imtina cavabı gəlməlidir. Yalnız bu halda həmin şəxs pulsuz peşə hazırlığına cəlb olunaraq ayda minimum əmək haqqı məbləğində təqaüd ala bilər.

İndiyədək bu layihə əsasında işə düzəlmək istəyən vətəndaşların bürokratik əngəllər, süründürməçilik halları, korrupsiya hüquqpozmaları ilə rastlaşmaları barədə xeyli informasiyalar dolaşıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklərdən dolayısı ilə bu müstəvidə işlər bir az da dolaşığa düşüb. Müşahidə olunurdu ki, vətəndaşları incidən bəzi məmurlar pandemiyadan öz qanunsuz əməlləri üçün bir növ bəhanə kimi istifadə edirlər.

Bu günlərdə “Dəryaz” qəzetinin redaksiyasına ərizə ilə müraciət edən Qurbanova Mehriban Mübariz qızı Suraxanı rayon Məşğulluq İdarəsindən şikayətçidir. Yazır ki, 2020-ci ilin fevral ayında peşə ixtisasına yiyələnmək üçün müraciət edib. Onu qeydiyyata alıblar və qənnadıçı peşəsinə yiyələnməsi üçün Bakı şəhəri Məşğulluq İdarəsinə — Leyla xanımın yanına göndəriblər.

“O da mənə mart ayının 5-dən dərslərin başlayacağını dedi. Mart ayında pandemiya yayıldı. Məktəblər bağlandı, heç bir məktəbə getməmişəm, heç yerdə oxumamışam. Məktəbin harada olduğunu da bilmirəm. Sonra prezident işləməyənlərə 190 manat pul ayıranda mən sms göndərdim. Mənə cavab gəldi ki, oxuyuram, stipendiya alıram, ona görə də mənə 190 manat düşmür. Hamı 4 dəfə 190 manat aldı. Mən ala bilmədim. May ayında iş yerləri açılanda yenidən Bakı şəhər Məşğulluq İdarəsinə getdim. Leyla xanımı güc-bəla ilə tapdım. O da işi atdı Suraxanı Məşğulluq İdarəsinə. O bunun üstünə atdı, bu onun. Mən də Nazirliyə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – red.) şikayət etdim. Nazirlikdən xəbər gəldi ki, bu işə baxın, yenə olmadı. Korrupsiyaya (Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi – red.) məktub yazdım. Cavabı Nazirliyə gəldi. Sonra Suraxanı Məşğulluq İdarəsi məndən xahiş etdi ki, Nazirlikdə qalma. Mən orda nazir müavini ilə görüşə bilmişdim. Məni geri qaytardılar ki, bəs sənin işin Suraxanı Məşğulluq İdarəsindədir. İdarədən mənə bir maaş kartı verdilər ki, oxuduğun müddətdə alacağın təqaüd mənimsənilib. Al, bu kartı, adını sosial işə yazmışıq.3 ay müddətində ala bilmədiyin 750 manat pulu bu kartdan çıxararsan. Sən şikayət eləmə. Aprel ayından avqust ayına kimi Suraxanı Məşğulluq İdarəsində məni get-gələ saldılar. Dedilər ki, Zərifə xanımı işdən çıxaracaqlar. Müdiri Rahim müəllimin yanında olmuşam, dedi sentyabr ayının axırı alacaqsan. Sentyabrın 30-dan oktyabr ayının 5-nə kimi kartı yoxlayıram, pul keçməyib…”

Vətəndaş M.Qurbanova redaksiyadan xahiş etmişdir ki, dövlət idarələrində müsbət həllinə nail ola bilmədiyi bu problem kütləvi informassiya vasitələrində ictimailəşdirilsin, aidiyyati qurumların diqqətinə çatdırılsın.

Əlavə olaraq ərizə müəllifinə zəng edib bir az daha artıq təfərrüatları öyrənməyə çalışdıq. Bir daha dəqiqləşdirdik ki, Mehriban xanım nə təqaüd, nə də sertifikat almayıb və təbii ki, işlə təmin olunmayıb. Verdiyi məlumata görə, ona vəd veriblər ki, sentyabrdan başlayaraq onun adı hardasa işdə gedəcək, kartına pul yatırılacaq.

Əlbəttə, yenə də bu məlumatlarla kifayətlənməyərək öz növbəmizdə hələlik səthi araşdırmalarımıza başladıq. İlk əvvəl M.Qurbanovaya təklif olunan qənnadıçı peşəsi üzrə hazırlıq kurslarının təşkil edildiyi peşə təhsili müəssisəsi barədə məlumatları axtardıq. Məlum oldu ki, Bakı Turizm Peşə Məktəbi ilə Bakı Şəhər Məşğulluq İdarəsinin həyata keçirdiyi layihə var. Həmin layihə çərçivəsində kadrlar turizm bələdçisi, aşpaz, qənnadçı, bərbər və vizajist, otel xadiməsi, barmen və s. sahələri üzrə hazırlanır. Onlar 3 ay yarım kurs keçərək bu peşələrə yiyələnirlər. Bakı Turizm Peşə Məktəbindən başqa, hazırlıq kurslarına müdavim qəbulunu həmçinin Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi də həyata keçirir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” 8 aprel 2020-ci il tarixli qərarına əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməli idi. Belə ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılmış, 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılmışdı. Mayın 18-də karantin rejimi yumşaldılsa da, təhsil müəssisələrinin bağlı qalması məqsədəuyğun hesab edilmişdi. Lakin ən azı indi – artıq təhsil müəssisələri müəyyən məhdudiyyətlər saxlanılmaqla açılandan sonra M.Qurbanova və onun kimi işsiz vətəndaşların problemləri çözülməlidir. Sadə dillə desək, onlara iki — dörd ay üçün aylıq 190 manat birdəfəlik ödəniş verilməli, sonra da kurslara cəlb olunaraq bundan sonrakı üç ay yarım ərzində hər ay 250 manat minimum əmək haqqına bərabər həcmdə təqaüdlə təmin olunmalıdırlar. Axı onlar dövlətin köməyindən faydalana bilmədikləri səbəbindən pandemiyanın birinci dalğasını yəqin ki külli miqdarda borca girərək, yaxud, əmlaklarını satmaq bahasına arxada qoya biliblər.
Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Dünən, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Dünən, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Dünən, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Dünən, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Dünən, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Dünən, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Dünən, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru