İcra başçılarının YENİ KABUSU... - TƏFTİŞ GƏLİR...
Tarix: 3-06-2020, 10:08 |
Çap et
DİA.AZ: - Bu ayın ortalarından demək olar ki, bütün rayon icra hakimiyyətlərində yeni yoxlamaya start veriləcək. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.
Xəbərə görə, qeyd olunan tarixdən əksər rayon icra hakimiyyətlərində maliyyə təftişi həyata keçiriləcək və burada başlıca məqsəd şübhəli maliyyə əməliyyatlarının, o cümlədən tenderlərin dövlət tərəfindən yoxlanılması, nəzarətə götürülməsidir.
Məlumatı diaaz.space-a verən mənbə iddia edir ki, yoxlamalar nəticəsində aşkarlanacaq bütün faktlar müvafiq olaraq hüquq-mühafizə orqanlarına yönəldiləcək: "Bu isə o deməkdir ki, həyata keçiriləcək təftişin yekunu olaraq daha onlarla məmurun qollarına qandal vurula bilər. Hər halda bütün bunlar qərarların sərtliyindən birbaşa asılı olacaq".
Mənbə iddia edir ki, yoxlamalar əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.