Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                 

Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın "astar üzü"...
Tarix: 20-05-2020, 09:17 | Çap et
Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir
Koronavirus təhlükəsi Azərbaycana yaxınlaşanda atılan ilk addımlardan biri İranla sərhədi bağlamaq olmuşdu.

Əvvəlcə gediş-gəliş məhdudlaşdırılmış, yalnız həkimə gedənlərə və hər iki tərəfdən ölkəsinə qayıtmaq istəyənlərə şərait yaradılmışdı.

Sonra gedişat qorxunc vəziyyət yaranacağı ilə bağlı həyəcan təbili çalanda İranla (və təbii ki, digər qonşu ölkələrlə) sərhədlər tamamilə bağlandı.

O zaman biz İranla sərhəd olan Astaradan reportaj hazırlayanda insanlar tibbi maskada, küçələr seyrək, gömrük məntəqəsinin qarşısı demək olar bomboş idi. Deyirdilər ki, koronavirus İrandan gəlir və sürətlə yayılacaq.

Bu səfər Astaraya və İranla sərhəd qapısına gedişimizdə fərqli bir mənzərə ilə qarşılaşdıq. Hər şeydən qabaq demək lazımdır ki, cənub bölgəsində koronavirusun İranla sərhəd olan Astaradan çox, Lənkəranda yayıldığını öyrəndik.

Elə bu səbəbdən İranla sərhəd olan Astarada karantin ləğv olunsa da, Lənkəranda qalır. Çox maraqlıdır ki, İran Astarası ilə bizim Astara arasında 1 kilometr məsafə ola, ya olmaya. Bu qədər yaxınlığa baxmayaraq, rayonda tək-tük şəxs infeksiyaya yoluxub.

Bunun səbəblərini araşdırarkən sakinlərin sözlərindən belə məlum oldu ki, virus İrandan Azərbaycana o qədər də keçməyib. Çünki bizə yaxın Ərdəbil, Rəşt, Ənzəli, Astara kimi İran şəhərlərində kütləvi yoluxmalar qeydə alınmayıb.

Bu cəhətdən bizim Astaranın camaatının bəxtinin gətirdiyini söyləmək olar. Bəs niyə Lənkəranda, konkret hansısa kəndlərdə yoluxma daha çox olub və nə üçün bura “qırmızı zona” elan edilib sualına gəlincə, növbəti reportajımızda detallı biləcəksiniz...

***

İndi isə Astaradakı mənzərəni sizə təsvir edək: karantindən sonra insanlar küçələrdə dolaşmağa başlasalar da, ehtiyatı əldən vermirlər, yəni maska taxanlar az deyil.

Xüsusən sərhəd qapısına yaxın yerlərdə maskadan istifadə edənlər daha çoxdur. Onlar hələ də güman edirlər ki, İrandan virus gələ bilər, təhlükə sovuşmayıb.

Söhbətləşdiyimiz sakinlər deyirlər ki, koronavirusa yoluxanların bir qismi Masallıda, bir hissəsi Astarada müalicə olunur. Ona görə də insanlar özlərini qorumağa davam edirlər.

Bildirirlər ki, Lənkəranda koronavirus daha çox yayılsa da, müalicəsi Masallı və Astarada təşkil edilib.

Bununla belə, astaralılar karantinin ləğvinə sevinirlər. Xüsusən də yaşı 65-dən yuxarı olanlar evdən çıxmağa icazə verilməsinə görə şükür edirlər.

Onlar bildirirlər ki, Azərbaycan dövlətinin rəhbərliyi karantinin sərt dövründə vətəndaşların həm sağlamlığını, həm də sosial şəraitini nəzərə aldı.

Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımdan alan rayon sakini Nadir kişi dedi ki, İran bazarının bağlandığı bir vaxtda bu dəstəyə çox ehtiyac var idi...

Rayonda kafe-restoranlar açıq olsalar da, işlər çox zəifdir.

Bir tərəfdən İrana gedənlər yoxdur ki, kafelərdə otursunlar, bir yandan da əhali çayxanalara axışmağa tələsmir.

Yeri gəlmişkən, İranla sərhədin bağlanması gömrük-keçid məntəqəsinin qarşısındakı dükanların işinə təsir edib. Çünki 3 ay olar ki, İrandan mal gəlmir və mağazalar boşalıb.

Gömrüyün ətrafındakı əksər mağazalar, çayxanalar fəaliyyət göstərmirlər. Onların qazancı İrana gedən və gələnlərdən idi.

Gömrükdə isə içəridə bir sərhədçi əsgərin olduğunu gördük. O, nəzarətçi postda dayanmışdı.

Gömrüyün qabağındakı dükanlardan isə bir neçəsi açıq idi.

Onlar da deyirlər ki, arabir gəlib mağazaya baş çəkirlər, yerdə qalan 3-5 qutu malın hesab-kitabını aparırlar. Bir də ümid edirlər ki, bəlkə kənardan müştəri gələ, ortada qalan mallardan ala...

Dükanların piştaxtalarında isə demək olar ki, heç nə qalmayıb. Olanlar da 3 aydır satılmayan məhsullardır - çay, bal, düyü, yağ, konfet, şampun, sabun və s.

Satıcıların sözlərinə görə, Bakıdan, Gəncədən, Lənkərandan gəlib alver edənlər olurdu. Onlar bildirirlər ki, İrana getməyənlər gömrüyün qarşısındakı bu dükanlardan alver edib evlərinə qayıdırdılar.

İndi isə gələn yoxdur, istisna halda yolu buradan keçən adam dükana boylanıb hansısa məhsulla maraqlanır.

Onlar gözləyirlər ki, sərhədlər nə vaxt açılacaq, onda mal gətirib dükanlarını dolduracaqlar: “Bu günə də şükür, dədə. Bircə üstümüzdən xəta-bəla sovuşsun, millətin virusdan canı qurtarsın, qalan işlər düzələr”.

Dükan sahibləri deyirlər ki, İrandan Azərbaycan TIR-larla mal gətirilir: “Onlar da şirkətlərin malıdır, bizə heç bir dəxli yoxdur. Biz gərək sərhəd açılsın ki, gedib mal vurub gətirək. Deyirlər ki, iyulda açıla bilər. Görək necə olur. Sərhədin açılması tək bizə yox, İrana alverə və həkimə gedənlərin hamısına lazımdır”.

Satıcılar söyləyirlər ki, karantinin sərt dövründə Astara küçələri səhralığa oxşayırdı: “Dövlət əlindən gələni etdi. Bütün bu addımlar çətinlik yaratsa da, bizə görəydi. Camaatı fikirləşib qadağalar qoydular.

Görürsünüz, hamı deyirdi ki, İranın qulağının dibidir, virus Astarada çox olacaq. Amma ən az yayılan rayonlardan biri oldu. Buna sevinmək lazımdır".

Onu da demək lazımdır ki, gömrük məntəqəsi rayonun mərkəzinə çox yaxındır. Hətta demək olar ki, mərkəzdədir...

Astaranın mərkəzində isə sosial problemlər olduğu kimi qalıb.

İcra başçısı Qəzənfər Ağayev, deyəsən, rayonda əlini “ağdan qaraya” vurmaq istəmir. Elə icra hakimiyyəti binasının qarşısındakı fontanın vəziyyəti bütün reallığı ifadə edir. Heç olmasa fontana əl gəzdirsinlər.

İH-in bir addımlığında isə akademik Ziya Bünyadovun büstü baxımsız qalıb. Əslən astaralı olan akademikin büstü əyilib və yüngül bir təmirə ehtiyac var. Ümid edirik ki, tədbir görüləcək.

Astaranın yolları da bərbad gündədir. Ümumilikdə, rayonda kosmetik də olsa abadlıq-quruculuq işləri aparılmayıb. Belə səfalı bölgənin inkişaf etdirilməsinə, turizm potensialından istifadə olunmasına ciddi ehtiyac var.

Bizsə karantindən çıxan, koronavirusun böyük ziyan vura bilmədiyi Astaradan ayrılaraq, Lənkərana yollanırıq və niyə bu şəhərdə epidemiyanın çox yayılmasının səbəblərini araşdırmağa başlayırıq...
//musavat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru