İsmət Abbasovun oğlu haqda ŞOK İDDİA - Büdcədən oğurladığı pullar Azərbaycana təhlükədir?
Tarix: 25-06-2019, 09:06 | Çap et
Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. “Yeni Müsavat”a etibarlı mənbənin verdiyi məlumata görə, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır.
Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun kapitalı hesabına formalaşıb, dirçəlib. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır. Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır. Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib. Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.
İsrafil Abutalıbov da Yunis Abbasov kimi uzun müddət Londonda yaşayıb. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu o dövrdə BŞİH başçısı olan atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı.
Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayıb, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi. İsrafil Abutalıbovun İçərişəhərdəki "Aşurbəy" (“Ləzgi məscidi”) məscidinə baş çəkdiyi, Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiyalar da vaxtilə mətbuat səhifələrindən düşmürdü. Türkiyə mətbuatında İsrafil Abutalıbovun Abu Bəkr kimi təqdim olunması da yaddaşlardan silinməyib.
Ölkədən çıxarılan milyonlar hesabına xaricdə özlərinə biznes quran, dini baxışlarını radikal təriqətçiliyə dəyişənlərin xoşagəlməz fəaliyyəti də ola bilərmi? Belələrinin Azərbaycan üçün hansı təhülükəsi var?
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, bu adamları Azərbaycanla bağlayan sırf buradan daşınan pullardır: “Bu gün xaricdə olan təkcə Yunis Abbasov, İsrafil Abutalıbobv deyil ki... Eldar Mahmudovun da, Cahangir Hacıyevin və bir çox eks məmurların da övladları Londondadır. Özləri də, ətrafları da, dost-tanışları da hamısı xaricdədir. Yəni bu adamları ölkəyə bağlayan nəsə yoxdur. Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır”.
Əvəz Zeynallı hazırda həbsdə olan keçmiş məmur-oliqarxlardan birinin yaxını ilə söhbətini xatırlayır: “Yanıma gəlmişdilər, bizdən dəstək istəyirdilər. Mən də dedim ki, mənə 2 ziyalı verin, sağımda, solumda otursunlar, mənim dediklərimi təsdiqləsinlər. Cavab belə oldu belə adamlar yoxdur. Nəslindən qadın, kişi, cavanların yanımda olmalarını istədim. Dedilər ki, ölkədə heç kimləri yoxdur, hamısı xaricdədir. Açıq da dedilər ki, bizi bu ölkəyə heç nə bağlamır, adam həbsdən çıxan kimi ölkədən gedəcək. Yəni bu adamlar ölkədən milyardlarla pul çıxarıblar. Zamirə Hacıyevanın timsalında bunu hamı gördü. Qadın bir günün içində bir neçə milyon funt-sterlinqi xərcləmişdi. Hələlik pullar bahalı şərablara, maşınlara, təyyarələrə xərclənir. Gələcəkdə necə olacaq? Bu pullar əslində hakimiyyətin özü üçün təhlükədir. Perspektivdə ölkəyə yaxşı heç nə vəd etmir. Hakimiyyətdaxili çəkişmələrdə həmin pullardan istifadə olunması da istisna deyil. Bu vəsaitlər Azərbaycan xalqının sərvətidir, halal puludur, hansıları ki, oğurlayıb, xaricə daşıyıblar. Hələlik həmin pullar 100 illik çaxırlara, 500 illik viskilərə, bahalı aksessuarlara, mülklərə xərclənir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Buznovda az qala QANUNSUZ ŞƏHƏR SALIB... hamı da xəbərsiz imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:55 |
|
|
|
• Putin Azərbaycana gəlir? – “İddialar var ki, o, burada…”
Bu gün, 09:45 |
|
|
|
• "Ölkəmizin yüksək səviyyədə təcrübəsi var" - deputat
Bu gün, 09:42 |
|
|
|
• Dəhlizin tikintisi 2025-ci ildə yekunlaşacaq: Azərbaycan sərhəddə çıxır - İNCƏLƏMƏ
Bu gün, 09:38 |
|
|
|
• Bəşər Əsədin arvadı Moskvada can verir... -"The Telegraph"
Bu gün, 09:31 |
|
|
|
• Ödəniş edirsən... pul çıxılır... amma ünvana çatmır... - GİLEY
Bu gün, 09:27 |
|
|
|
• Bu şirkət Xocalıda teleqüllə tikəcək və 18,4 milyon manat - QAZANACAQ
Bu gün, 09:20 |
|
|
|
• Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...
Bu gün, 09:14 |
|
|
|
• Dövlət Turizm Agentliyinin tenderini görün, KİM UDDU...
Bu gün, 09:10 |
|
|
|
• YDM-lər nədən ÖZBAŞINA QALIB? - İstədiklərini edirlər...
Bu gün, 09:07 |
|
|
|
• Nazirlikdən guya TƏFTİŞƏ GƏLMİŞDİLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:04 |
|
|
|
• "Adı üstündə “Təcili Yardım”dı ee, bu..." - NARAZILIQ VAR...
Bu gün, 08:56 |
|
|
|
• İşçilərə mükafatlar hansı hallarda və hansı qaydada ödənilə bilər? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• "Xəyanət, satqınlıq bu xain zümrənin daxili və xarici etiketidir..." - ETİRAZ
Bu gün, 08:48 |
|
|
|
• `Azəriqaz`ın yerli qurumları YOXLANILSIN... - "Biz artıq öz maaşımızla ləvazimat almaqdan yorulmuşuq"
Bu gün, 08:39 |
|
|
|
• Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi Ulu Öndərin soydaşlarımıza milli birlik töhfəsidir - MƏQALƏ
Bu gün, 08:27 |
|
|
|
• Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən Milli həmrəylik - İsrafil Kərimovun yazısı
Bu gün, 08:26 |
|
|
|
• Rusiya ilə Ermənistanın şübhəli əlaqələri... - Üzdə başqa şeydir, amma...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyanın “kovid” bəhanəsi: Piterə niyə getmədi? - Görünəni odur ki...
Bu gün, 08:06 |
|
|
|
• Yeni ili qızı ilə keçirməyə gedirmiş - FOTO
Bu gün, 07:23 |
|
|
|
• Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...” - GƏLİŞMƏ
Bu gün, 07:13 |
|
|
|
• İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək” - MÜƏMMA...
Bu gün, 07:11 |
|
|
|
• Tramp da işğala “başlayır”: 5 ölkə hədəfdə - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Zaminlik elə kredit götürmək kimi bir şeydir... - ODUR Kİ...
Bu gün, 06:53 |
|
|
|
• Qlobal savaş astanasında: Rusiya - NATO müharibəsi ehtimalı artıb - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• Culfa sakini haqsızlıqla ÜZ-ÜZƏ... - dalağı çıxarılan oğlunun...
Bu gün, 06:45 |
|
|
|
• Göygölün icra başçısı narazılıq yaratdı - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
• Bu gün konserti var idi, amma...
Bu gün, 06:27 |
|
|
|
• Kritik qərar: Ordu çevrilişə hazır vəziyyətə gətirilir – Tapşırıq bu ünvandan verilib
Bu gün, 06:25 |
|
|
|
• "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO
Bu gün, 06:21 |
|
|
|
• Qəzaya düşən təyyarədən xilas olan bələdçi ailəsi ilə DANIŞDI - VİDEO
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22 |
|
|
|
• Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18 |
|
|
|
• "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20 |
|
|
|
• AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10 |
|
|
|
• Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51 |
|
|
|
• Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46 |
|
|
|
• Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43 |
|
|
|
• “Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08 |
|
|
|
• Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03 |
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21 |
|
|
|
|