Əlillik dərəcəsi necə alınır: “Nə cavab verirlər, nə özləri hazırlayır” - Ağcabədidən ŞİKAYƏT var
Tarix: 20-06-2019, 09:40 | Çap et
 “Ağcabədi rayon Mərkəzi Xəstəxanasında pasientlərə etinasız yanaşırlar”.
Bunu Cebhe.info-ya şikayətində rayon sakini Emin Şahverənov deyib. O, atasına əlillik dərəcəsi almaq üçün müraciət etdiyi xəstəxana rəhbərliyinin onları düzgün istiqamətləndirmədiyini bildirib. Onun sözlərinə görə, Ağcabədi rayon Mərkəzi Xəstəxanası 3 ildir ki, əlillik üçün lazımi sənədlərin alınmasını yubadır:
“Atam Şahverənov Məhəmməd 1959-cu il 21 fevralda Ağcabədi rayonu Qaraxanlı kəndində anadan olub. 25 il əmək fəaliyyəti ilə məşğul olub. 2016-cı il oktyabrın 24-də Topçubaşov adına Xəstəxanada açıq ürək əməliyyatı keçirib və bundan sonra iş qabiliyyətini tamamilə itirib. Hazırda heç bir yerdən gəliri yoxdur. Atam əməliyyat oldunqdan sonra bir müddət Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə aldı. Biz əlillik dərəcəsi almaq üçün xəstəxana rəhbərliyi ilə əlaqə saxladıq. Çünki konkret olaraq hansı sənədlər lazım idisə, onları toplamalıydıq. Əlillik dərəcəsi almaq üçün lazımi sənədləri Ağcabədi rayon Mərkəzi Xəstəxanası verməlidir. Lakin üç ildir bizi bu gün, sabah deyərək yubadırlar. 3-4 baş həkim dəyişib və hələ də ortada nəticə yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik, imtina cavabı gəldi, səbəbi isə natamamlıq idi. Bu, bizim günahımız deyil, xəstəxanada sənədlər natamam hazırlanıb”.
Şikayətçi bildirib ki, baş həkim dəyişdikdə təxminən 5-6 ay işlər “donub”:
“Nazirlikdə əlilliyin təyin olunması ilə bağlı şöbə mövcuddur. Orda həmin şöbənin müdiri Gülnarə Hacıyevayla danışdım. O, məni Mətanət xanıma istiqamətləndirdi, amma Mətanət xanımın qəbuluna düşə bilmədik. Atam daim üstündə dərman saxlayır, heç bir iş qabiliyyəti yoxdur. Mən rayonda lazımi yerlərə bununla bağlı dəfələrlə müraciət etmişəm. Son olaraq rayonun indiki baş həkiminin qəbulunda olduq. Bizə hər şeyi həll edəcəyini, sənədlərin tam şəkildə hazırlanacağını, təsdiq sənədinin gələcəyini bildirdi. Sonuncu dəfə may ayının 3-də atamla birgə xəstəxanada olduq. İşçilərdən biri baş həkimin orada olmadığını dedi. Bir müddət sonra baş həkim bizə bildirdi ki, ondan əvvəlki həkimlər sənədlərə nə edibsə, düzgün məlumat yoxdur. Mən bundan sonra Topçubaşov adına Xəstəxanaya getdim. Arxivdən atamın bütün sənədlərini iki -iki çıxartdırdım. Sənədləri təzədən yığmalı olduq, amma ikinci dəfə də imtina gəldi”.
Şikayətçi bildirib ki, yenidən baş həkimlə danışdığı zaman həmsöhbəti ona “Mən ancaq sənədləri göndərə bilərəm. Mən kimə müraciət edim? Bütün səlahiyyət onlardadır” deyib:
“Məni o həddə çatdırdılar ki, onlardan şikayət etməli oldum. Bir işimi qanunla normal həll edə bilmədilər. Baş həkimlə son dəfə də danışmaq istədim, o isə mənimlə təhqiramiz danışdı. Bizə nə konkret almalı olduğumuz sənədləri deyirlər, nə hazırlamalı olduqları sənədləri hazırlayırlar. İmtina cavabı gəlib, bunu da bizə xəbər vermirlər. Bu dərəcə etinasızlıq olmaz. Mən Səhiyyə Nazirliyinin 9103 qaynar xəttinə də bütün məlumatları verdim. Ondan da bir xəbər gəlmədi”.
Qeyd edək ki, məsələ ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirovun mövqeyini öyrənmək istəsək də, o, gün ərzində telefon zənglərinə cavab vermədi.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Bu gün, 18:03 |
|
|
|
• Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Bu gün, 17:59 |
|
|
|
• Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Bu gün, 17:22 |
|
|
|
• “Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Bu gün, 17:20 |
|
|
|
• Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Bu gün, 17:19 |
|
|
|
• Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Bu gün, 17:11 |
|
|
|
• Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Bu gün, 17:05 |
|
|
|
• Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Bu gün, 16:57 |
|
|
|
• Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Bu gün, 16:54 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Bu gün, 16:52 |
|
|
|
• İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Bu gün, 16:48 |
|
|
|
• 27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Bu gün, 16:42 |
|
|
|
• "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Bu gün, 16:39 |
|
|
|
• Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Bu gün, 16:36 |
|
|
|
• "Ailələrin dağılma səbəbi budur"
Bu gün, 14:46 |
|
|
|
• "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Bu gün, 14:41 |
|
|
|
• Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Bu gün, 14:38 |
|
|
|
• Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Bu gün, 14:12 |
|
|
|
• İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Bu gün, 13:49 |
|
|
|
• Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Bu gün, 13:44 |
|
|
|
• Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Bu gün, 13:36 |
|
|
|
• “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05 |
|
|
|
• Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46 |
|
|
|
• "Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40 |
|
|
|
• Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15 |
|
|
|
• Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10 |
|
|
|
• Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08 |
|
|
|
• "Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00 |
|
|
|
• Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54 |
|
|
|
• Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50 |
|
|
|
• "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45 |
|
|
|
• ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41 |
|
|
|
• 12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33 |
|
|
|
• Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30 |
|
|
|
• Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23 |
|
|
|
• Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20 |
|
|
|
• Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18 |
|
|
|
• Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04 |
|
|
|
• Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57 |
|
|
|
• Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48 |
|
|
|
• "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
• İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27 |
|
|
|
• Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16 |
|
|
|
• İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12 |
|
|
|
• "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05 |
|
|
|
|