Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq .....                     20 Sentyabr - Dövlət Suverenliyi Günüdür .....                     Bakıya və Trampa qarşı xain plan .....                     İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu .....                     Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı .....                     Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                     Zaur Mikayılovun YUMOR HİSSİ... .....                     Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır .....                     Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI .....                     Ağdaş sakinindən İTTİHAM YAĞIŞI .....                     Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi .....                     5 il əvvəl yanmış evinə təzminat ala bilmir .....                     Gömrükdəki tenderlər: özgəsinin nə işi var? .....                     Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... .....                     "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" .....                     Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik .....                     Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? .....                     ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... .....                     SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... .....                     "Heç kəs bilmədi ki, mənim nə problemim var" .....                     “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? .....                     Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina .....                     Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… .....                     Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı .....                     Pezeşkian şayiələrə son qoydu: .....                     "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                     İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                     Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." .....                     Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub .....                     Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? .....                     Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı .....                     Məhkəmədə qalmaqal: .....                 

"Mənim isə 3 övladım böyüyür, onlara təhsil vermək lazımdır" - GİLEY
Tarix: 15-06-2019, 10:14 | Çap et
"Mənim isə 3 övladım böyüyür, onlara təhsil vermək lazımdır"
Azərbaycanda Qarabağ müharibəsi iştirakçılarına, bu müharibədə həyatını, sağlamlığını itirənlərə dövlət qayğısı kifayət qədər yüksək səviyyədədir. Ölkə prezidentinin birbaşa nəzarəti altında şəhid ailələri və qazilərə dövlət tərəfindən pulsuz avtomobil və mənzil verilir, onların müalicəsi dövlət hesabına həyata keçirilir. Bundan əlavə, bu qrup insanlara ölkə prezidentinin aylıq təqaüdləri təyin olunub, həmin təqaüdlər aprel ayında ciddi şəkildə artırılıb.

Ölkə rəhbərliyinin qayğı və diqqət ayırdığı Qarabağ qaziləri bəzi hallarda yerli məmurlar tərəfindən laqeyd münasibətlə üzləşir, onların müxtəlif problemləri həll olunmamış saxlanılır. Belə şəxslərdən biri də Tovuz rayon Vahidli kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Abdullayev Elbrus Sakit oğludur. Redaksiyamıza müraciət edən E.Abdullayev bildirir ki, onun atası da könüllü olaraq Qarabağ müharibəsində iştirak edib: “Atam Abdullayev Sakit Qara oğlu müharibə başlayandan atəşkəs elan olunanadək könüllü olaraq orduya yazılıb, döyüşlərdə iştirak edib. Mən də evin tək oğlu olmağıma baxmayaraq, Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçmişəm. Elə bu xidmət zamanı da 1996-cı ildə Tovuz rayonunun Ermənistanla həmsərhəd döyüş nöqtəsində minaya düşərək, ayağımı itirmişəm. Uzun illər boyu ailəmi ordudan qayıdıb müəllimliyini davam etdirən atamın əmək haqqı, bir də dövlətin verdiyi pensiyanın hesabına saxlamışam. Lakin atam artıq pensiyaya çıxıb, ikimizin aldığımız pensiya və yoldaşımın aldığı 200 manat maaşla ailəmizi dolandırmaq çətinləşib. Buna görə də heyvandarlıqla məşğul olub, ailəmizin gəlir imkanlarını artırmaq qərarına gəlmişəm”.

E.Abdullayevin sözlərinə görə, bir neçə ay əvvəl kredit götürərək tövlə tikdirib: “İndiyədək bir dəfə də olsun hansısa problemimin həlli üçün dövlətdən yardım istəməmişəm, rayon icra hakimiyyətindən də həmçinin. Amma indi gözləmədiyim halda üzləşdiyim bir problemin həlli üçün Tovuz Rayon İcra Hakimiyyətinə üz tutmalı oldum. Belə ki, bizim kənddə torpaq islahatının nəticələri ləğv olunsa da, camaat hələ də islahat zamanı aparılan bölgüyə əməl edir. Kəndin suvarılan və suvarılmayan ərazilərindən hər sakinə pay ayrılıb. Bizim evimiz və həyətyanı sahəmiz dəmyə sahədədir, suyu motorla vururuq. Buna görə də bir neçə il əvvəl həmkəndlim, yaxşı münasibətlərimizin olduğu Məmmədov Mayıl Ənvər oğlu ilə birlikdə suvarılan sahədən payımıza düşən torpağı götürüb, əkib-becərməyə başladıq. 2 hektar sahənin 60 sotu mənim, qalanı M.Məmmədovun idi. 3-4 il həmin torpağı birlikdə əkib-becərdik. Sonra bir neçə il M.Məmmədov bunu təkbaşına etdi, çünki övladlarını oxudurdu, atamın məsləhəti ilə ona dəstək olmaq üçün torpağımdan istifadə etməsinə icazə verdim. Özüm gedib dəmyə sahədəki torpaq payından istifadə etdim, mal-heyvan üçün otu kənddən 3 kilometr aralıda yerləşən dağlıq ərazidən biçdim. İndi onun övladları ali təhsillərini bitiriblər. Mənim isə 3 övladım böyüyür, onlara təhsil vermək lazımdır. Eyni zamanda atam yaşlaşıb, özümün də ayağımın biri protezdir. Bu vəziyyətdə dağlıq ərazilərdə ot biçib gətirmək mənim üçün çox çətindir. Buna görə də M.Məmmədovdan torpağımı geri almaq istəyirəm. Qeyd edim ki, M.Məmmədov son illərdə o sahəni əkib-becərməyib, sadəcə, sulayaraq otunu biçib satıb. Suvarılan və düzən sahədə olduğu üçün ildə bir neçə dəfə otunu biçmək mümkündür”.

Qarabağ əlilinin sözlərinə görə, M.Məmmədov rahat gəlir mənbəyini itirməmək üçün onun torpağını əldən buraxmaq istəmir: “Bir neçə dəfə müraciət etsəm də, M.Məmmədov torpağımı geri qaytarmaqdan imtina etdi. Mən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbuluna getdim. Başçı məni qəbul etdi, məsələnin həllini özünün müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımova həvalə etdi. Biz evə gəldik, kənddəki dostlara məsələni anladanda bildirdilər ki, Niftalı Qasımov Mayıl Məmmədovun yaxın dostudur, bu işdə onun tərəfini tutacaq. Mən inanmasam da, belə oldu. Belə ki, N.Qasımov M.Məmmədovla görüşdükdən sonra sonuncu gedib mənim sahəmin otunu biçdirib apardı. N.Qasımov bacımla söhbətində M.Məmmədovla dost olduğunu etiraf edərək, sonuncunun mənim saxta əlil olduğumu deməsini eyhamla çatdırıb. Daha sonra isə evimə polis gələrək, M.Məmmədovun məni onun özəl mülkiyyətində olan torpağa müdaxilə etməkdə suçladığını bildirdi. Halbuki həmin torpaq sahəsi M.Məmmədovun mülkiyyətində deyil. Müharibə dövründə, vətənin təhsilli gənclərə ehtiyacı olduğu zaman üzə çıxmayan M.Məmmədov iddia edir ki, o torpaq onun 30 ilə yaxındır Rusiyada yaşayan bacısının pay torpağıdır. Belə çıxır ki, vətən, torpaq darda olanda əlinə silah alıb döyüşən, sağlamlığını itirən atamın və mənim bu torpaqdan istifadə etməyə haqqımız çatmır, amma müharibə illərində səsi çıxmayan M.Məmmədovun, silah səsi gələn kimi Rusiyaya qaçan yeznəsinin haqqı çatır?! Və bu haqsızlığı faktiki olaraq Tovuz Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsi olan Niftalı Qasımov müdafiə edir...”

E.Abdullayev bildirir ki, ona hər şeydən çox şəxsinə yönəlik “saxta əlil” böhtanı və bir dövlət məmurunun həmin böhtanı reallıq kimi səsləndirməsi təsir edir: “Mən bu günlərdə ölkə prezidentinə də müraciət etmişəm. Həm M.Məmmədov, həm də N.Qasımovla bağlı məhkəməyə müraciət edəcəm. Qoy onlar mənim saxta əlil olduğumu sübut etsinlər. Eyni zamanda övladlarımla birlikdə Tovuz Rayon İcra Hakimiyyətinin qarşısında aclıq aksiyasına başlayacam. Bu ölkənin prezidentinin Qarabağ əlillərinə göstərdiyi qayğını görməzdən gələn N.Qasımov, Tovuz rayon rəhbərliyi ya birdəfəlik desinlər ki, torpağı qoruyan, onun uğrunda əlil olan şəxslərin ona haqqı çatmır, ya da mənim haqqımı bərpa etsinlər. Hər yerindən duran Qarabağ əlilinə dil uzadacaqsa, haqqını pozacaqsa, hansı valideyn övladını vətəni qorumağa göndərəcək?”

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Niftalı Qasımov bildirdi ki, M.Məmmədovun əlində o torpaq sahəsinin ona məxsus olduğunu isbat edən heç bir qanuni sənəd yoxdur: “O kənddə torpaq islahatının nəticələri ləğv olunub deyə M.Məmmədovdakı aktlar hüquqi qüvvəyə malik deyil. Yəni mübahisəli ərazi sənəd üzərində nə M.Məmmədova, nə də E.Abdullayevə məxsusdur. Sadəcə, kənd camaatı öz aralarında razılığa gələrək, sahələrdən istifadə edirlər. Mübahisə edən tərəflər də bir neçə il həmin ərazidən birgə istifadə ediblər. O kənddən torpaqla bağlı narazılıqlar çox olduğu üçün biz Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlardan sonra qərara gəldik ki, kənd bələdiyyəsinə icazə verək, islahata düşən ərazilər üzrə vətəndaşlarla icarə müqaviləsi bağlasın. M.Məmmədov həmin ərazi üzrə bələdiyyə ilə icarə müqaviləsi imzalayıb. Amma müqavilənin müddəti bu il bitir, biz gələn ildən həmin ərazi üzrə E.Abdullayevlə müqavilə imzalanmasını təmin edəcəyik”.

Vahidli kənd bələdiyyəsinin sədri Sədi Rüstəmov isə “Yeni Müsavat”a bildirib ki, mübahisəli ərazi ilə bağlı bu il üçün M.Məmmədovla hər hansı müqavilə bağlanmayıb.

Öz növbəsində E.Abdullayev N.Qasımovun öz dostunu himayə etdiyini bildirir: “Mən əziyyət çəkib torpağı suvarmışam, biçinə hazırlamışam, M.Məmmədov isə gəlib otunu biçib aparıb və satıb. Onun heyvanı da yoxdur, neçə illərdir ərazinin otunu biçib satır, ya da başqa kəndin sakinlərinə icarəyə verir. Buna şərait yaradan Niftalı Qasımovdur. Onun himayəsi olmasa, M.Məmmədov bu addımı ata bilməzdi. İndi N.Qasımov deyir ki, müqavilə var, çıxarsınlar o müqaviləni ortalığa. Bunlar, sadəcə, M.Məmmədovun haqsız, qanunsuz əməlini ört-basdır etməyə yönəlmiş bəhanələrdir. Mən haqqımı tələb edirəm, əziyyət çəkib suvardığım sahədən biçilən otu geri qaytarsınlar, M.Məmmədov torpağımdan əlini çəksin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25
ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19
"Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17
“Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14
Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12
Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05
Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru