Səfər Mehdiyev "islahatçı" obrazında çox süni görünür... - Reallıqda isə...
Tarix: 13-06-2019, 10:42 | Çap et
 Bakıya 91 ölkənin gömrükçüləri toplaşıb. Onlar iyunun 14-nə kimi keçirilən konfransda islahatları müzakirə edirlər, kölgə iqtisadiyyatının təsirlərinin azaldılması yolları arayırlar, Azərbaycanda gömrük orqanlarında şəffaflığın artırılmasından ağız dolusu danışırlar. Amma tədbirin təşkilatçısı olan Ümumdünya Gömrük Təşkilatı nümayəndələri haradan bilsinlər ki, son 20 il ərzində gömrükdə 20 milyard manat mənimsənilib. Bəli, bəli, 20 milyard oğurlanıb və bu rəqəmi “şər” mətbuatı, “qara qüvvələr” yox, deputat Vahid Əhmədov ötən il zəlzələ effekti yaradan açıqlamasında bəyan edib. Anaxeber.info məlumat verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə konfrans iştirakçılarına Azərbaycan gömrüyündə gedən islahatlardan elə danışır, elə danışır... Sanki mənimsənilən 20 milyard uzaq Liviyada ya da Burkina - Fasoda olub, bizə heç bir aidiyyəti yoxdur. Axı ÜGT-nin baş katibi Kunio Mikuriya nə bilsin ki, S.Mehdiyevin illərlə DGK sədrinin müavini olduğu zamanda, keçmiş şefi Aydın Əliyevin vaxtında, habelə daha köhnə əyyamlarda gömrükdən büdcəyə qəpik-quruşlar daxil olub, V.Əhmədovun dediyi kimi, ilinə 1 milyard talanıb. Əslində, deputatın açıqladığı rəqəm təxminiydi, korrupsiyanın miqyasının daha katostrofik olduğu proqnoz edilir. Nəticə etibarı ilə büdcə pulları dağıdılıb, gömrükdə şəffaflıq sıfır səviyyəsinə enib. Və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”ndə iştirak edən xarici qonaqlar, koreyalılar S.Mehdiyevin kölgə iqtisadiyyatının şaxələnməsində hələ müavin postunda ikən necə rolu olduğundan məlumatsızdırlar. Onun inhisarçı biri olmasını bilmək üçün internet resurslarında axtarış vermək və xarici dilə çevirmək yetərlidir. Ümumiyyətlə, gömrük orqanlarında arzulanan islahatlar qənaətbəxş olmadı. Gözlənilirdi ki, monopoliya aradan qalxacaq. Hətta S.Mehdiyev bir manat rüşvət alan olsa istefa verəcəyini, daha da irəli gedərək həbs olunmağa razılaşdığını bəyan edirdi. Amma bu gün gömrükdə köhnə qaydalar qüvvədədir. V.Əhmədovun 20 milyard manat mənimsəmə ittihamı isə araşdırılmamış qaldı. Doğrudur, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olunandan sonra Azərbaycanda gömrük sahəsində cüzi müsbət irəliləyişlər gözə çarpmaqdadır. Ancaq köhnə dövrdə əsası qoyulmuş monopoliya və inhisarçılıq halları hələ davam edir. Misal üçün bir monopoliya faktını göstərək: Anaxeber.info məlumat verir ki, prezidentin gömrük orqanlarında şəffaflığın təmin edilməsi istiqamətində daha intensiv, effektiv reformalar gözləntisi varıydı. Dövlət başçısı sahibkarlara nəfəslik verilməsini tələb edirdi. Ən əsası iş adamları idxal etdiyi mallara görə qeyri-rəsmi rüsumlardan azad olunmalıydı. Hərgah, S.Mehdiyev Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarının monopolistidir. Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər. Çoz uzağa getməyə ehtiyac yoxdur, elə öz bacanaqları gömrükdə baş inhisarçılardırlar. Sahibkarlar isə sadəlövh şəkildə inanırlar ki, yeni gömrük şefi islahatlar aparacaq. Axı necə, S.Mehdiyev özü müavin olarkən təmiz işləməyib. Amma “utanmasan oynamağa nə var ki” - gömrük şefi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”ndə islahatlardan danışır... Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07 |
|
|
|
• Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05 |
|
|
|
• 20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24 |
|
|
|
• Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19 |
|
|
|
• İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10 |
|
|
|
• Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06 |
|
|
|
• Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05 |
|
|
|
• Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04 |
|
|
|
• Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59 |
|
|
|
• Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57 |
|
|
|
• Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54 |
|
|
|
• Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46 |
|
|
|
• 5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44 |
|
|
|
• Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40 |
|
|
|
• Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35 |
|
|
|
• "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32 |
|
|
|
• Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29 |
|
|
|
• Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25 |
|
|
|
• ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22 |
|
|
|
• SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19 |
|
|
|
• "Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17 |
|
|
|
• “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14 |
|
|
|
• Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12 |
|
|
|
• Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07 |
|
|
|
• Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05 |
|
|
|
• Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00 |
|
|
|
• "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08 |
|
|
|
• İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51 |
|
|
|
• “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46 |
|
|
|
• "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43 |
|
|
|
• “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34 |
|
|
|
• Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30 |
|
|
|
• Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24 |
|
|
|
• Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14 |
|
|
|
• “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05 |
|
|
|
• Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55 |
|
|
|
• Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53 |
|
|
|
• Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50 |
|
|
|
• Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48 |
|
|
|
• Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45 |
|
|
|
• Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43 |
|
|
|
• "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34 |
|
|
|
• Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29 |
|
|
|
• Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23 |
|
|
|
• Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16 |
|
|
|
• Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39 |
|
|
|
• Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25 |
|
|
|
• Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13 |
|
|
|
|