Generalın oğluna vəzifə verildi .....                     Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? .....                     Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ .....                     Etimad İsmayılovun qatili azadlıqda .....                     Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə .....                     Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi .....                     İran azərbaycanlı xanım fəalı edam edəcək .....                     Əliyevdən Moskvaya sərt mesaj .....                     Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? .....                     ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı .....                     "Bizim vaxtımızda belə şey olmayıb" .....                     Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr .....                     Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... .....                     Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                     "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" .....                     İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək .....                     Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... .....                     "İstismara yararsız oturacağa niyə bilet satılır?" .....                     Zelenski Donbasla bağlı kompromisə hazırdır .....                     Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub .....                     Binəva turist buralara NİYƏ GƏLSİN AXI... .....                     Nazir müavininə itki üz verib .....                     `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? .....                     Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... .....                     Əməyin mühafizəsi üzrə işçilər... .....                     "Niyə yalan, yarımçıq məlumat verirlər?" .....                     Burda bir səhv ən azı 90 manatını aparır... .....                     Fars-molla rejiminin ABSURD DAVASI... .....                     Davudoğlu DÜZMÜ BUYURUR?.. .....                     “Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! .....                     Zelenski Trampla görüşmək üçün ABŞ-dədir .....                     İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər .....                     Öz istədiklərini necə istəyirlərsə... .....                     Dövlətin müəyyən etdiyi pula qalsa... .....                     İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! .....                     Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər .....                     Bu karqo şirkəti müştəriləri bezdirib .....                     Nizami rayonunda hər kəs özbaşına qalıb .....                 

Bu yanlışları Mikayıl Cabbarov da düzəltmədi... - Yeni nazirin menyusuna...
Tarix: 10-05-2018, 08:26 | Çap et
Bu yanlışları Mikayıl Cabbarov da düzəltmədi...
DİA.AZ: - Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş ”2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda deyilir ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir.

“Əlillərin hüquqları haqqında” Konvensiyanın 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və əlilliyi olan şəxslərin fasiləsiz təhsil almaq imkanını təmin etməlidirlər. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

Baxmayaraq ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir, bununla belə Qnununun 13.1 madəsində Azərbaycan Respublikasında təhsilalma formaları müəyyən edilərkən əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsil formaları nəzərdə tutulduğu halda, nədənsə inklüziv təhsil forması sanki nəzərdən yayınmış, yalnız 13.2. maddəsində Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər qeydi ilə məhdudlaşdırılmışdır.

Bununla belə, hazırda inklüziv təhsil adlandırdığımız təhsilalma forması ölkəmizdə ayrı-ayrı dövrlərdə müxtəlif adlarla – “Fiziki və əqli cəhətdən qüsuru olan uşaqların təhsili”, “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili”,”Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili” adı altında müəyyən inkişaf yolu keçmişdir. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunmaqdadırlar. Ölkə başçısının 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq

edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların müəyyən qismi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdirilmişdir.

Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılmışdır. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılmışdır. İnklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlər pilot layihə əsasında dörd eksperimental məktəbdə sınaqdan keçirilir.

Bütün bunlarla yanaşı layihələrin icrası dövründə inklüziv təhsilin hüquqi tənzimlənməsində boşluqların mövcudluğu inklüziv təhsilin Respublikamızda tətbiqində müəyyən çətinliklər yaratmışdır. Ayr-ayrı hesabatlarda qeyd edildiyi kimi sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması qaydalarının, həmçinin qiymətləndirmə testlərinin olmaması səbəbindən psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən rəy verilməsi zamanı müəyyən problemlər yaranır. Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı bir narahatlıq doğuran məqamlardan biri də qanunvericilik bazasının yetərsizliyidir. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir.

Bütün bunları nəzərə alaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” na xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi (2.5.1.); məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi. (2.5.2.) kimi ayrıca müddəalar salınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

Bu məqsədlə Dövlət Proqramında sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələri üzrə inklüziv təhsil hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktların təkmilləşdirilməsi; təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi; sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması; inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması; sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması kimi mühüm vəzifələr yaxın gələcəkdə öz həllini tapmalıdır.

Nadir İsrafilov
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56
İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51
Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45
Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41
Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38
"Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27
Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51
"Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47
Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39
Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20
Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16
“Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11
Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47
Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45
Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39
İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…
Bu gün, 06:36
Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər - Tramp BELƏ DEYİR
Bu gün, 06:34
Bu karqo şirkəti müştəriləri bezdirib - NARAZILIQ VAR...
Bu gün, 06:31
Nizami rayonunda hər kəs özbaşına qalıb - FOTOFAKT
Bu gün, 06:24
ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40
Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35
Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32
Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34
Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru