“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                 

Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur – NÜANSLAR
Tarix: 31-01-2017, 08:24 | Çap et
Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur
Ötən ilin sonlarında sabiq MTN başçısı Eldar Mahmudovun ən böyük şirkətlərindən biri “Saba Cars”ın yeni adla fəaliyyətə başlamısı barədə məlumat yayılmışdı. LEGİON bildirir ki, terefdar.az-da yayılan məlumatda qeyd olunurdu ki, Eldar Mahmudova məxsus olan avtomobil satış mərkəzi uzun müddət qapalı qaldıqdan sonra nəhayət ki, fəaliyyətə başlayıb. Tərəfdar.az xəbər verir ki, “Aztech Tegeta Motors” adında fəaliyyətə başlayan obyektdə təmizlik işləri başlanıb. Son günlər Mahmudovun bir neçə obyektinin də yenidən fəaliyyətə başlaması haqda mətbuatda informasiyalar yayılıb. Qeyd edək ki, hazırda barəsində danışdığımız obyekt Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra bağlanıb.

Orada olan avtomobillər isə evakuatorlara yüklənərək aparılıb. Badamdar qəsəbəsi “Qurd Qapısı” dairəsinə yaxın ərazidə yerləşən həmin obyekt 2007-ci ildə “Avtomobil Dünyası” adı altnda fəaliyyətə başlamışdı. Burada qiyməti 300 min dollara yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Bir müddət keçdikdən sonra isə obyekt “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Bakıda satışa çıxarılan ən bahalı maşın markalarına məhz bu obyektdə rast gəlmək olardı.
Eldar Mahmudov işindən azad olunandan və ətrafında olan şəxslər həbs olunduqdan sonra bu obyektlə bağlı maraqlı faktlar üzə çıxdı. Belə ki, bir neçə sahibkar mətbuata verdikləri videomüsahibədə bildirmişdilər ki, onları şantaj edən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev sahibkarlara satış mərkəzindən maşın aldıraraq həmin avtomobili öz adına keçirirmiş.
Bununla da o həm şefi Eldar Mahmudova xeyir verirdi ,həm də yeni bahalı avtomobilə sahib olurdu (terefdar.az)

LEGİON əlavə edir ki, ölkə mətbuatında bu şirkətin sahibinin Dəmir Abdullayev olduğu qeyd olunur. Bu şəxsin adı MTN başçısıyla əlaqələndirilən “dərman mafiyası”nın rəhbəri Ədalət Ramazanovla da birgə hallanır (milli.az). Fevralın 15-də təntənəli açılışı gözlənilən “Aztech Tegeta Motors”a gəlincə, bu şirkət Gürcüstanda nəhəng şirkətlərdən birinin törəməsidir. “Tegeta Motors” Gürcüstanda monopolist şirkətlərdən hesab olunur.

Bir şirkətin və eyni zamanda “Sairme” kurortunun sahibi Temur Koxodze 2008-2012-ci illərdə Vahid Milli Hərəkat Partiyasından millət vəkili olmuşdu. Bu şəxs və onun şirkəti barəsində Transparency Internationalın hesabatlarında bir sıra məqamlar diqqəti çəkir. Belə ki, 2008-ci ildə “Tegeta Motors” Mixeil Saakaşvilinin seçki kampaniyasına 500 min lari (303 min ABŞ dolları) ianə edib və bu, rəsmi hüdudlardan beş dəfə artıqdır. Eyni ildə isə T.Koxodze hakim partiyadan deputatlığa namizəd olur və seçkilərdə qalib gəlir. Bundan sonrakı illərdə isə böyük dövlət sifarişləri və tenderlərdə “Tegeta Motors”un adı daha çox hallanmağa başlayır. Beynəlxalq təşkilatların hesabatlarına bu şirkətin yüzminlərlə, milyonlarla dollar dəyərində dövlət sifarişini qarşılayan “monopolist” kimi düşdüyü deyilir.

“Tegeta Motors”un Ermənistanda da böyük törəmə şirkəti və filialı var. “Tegeta Motors”un rəsmi saytında deyilir ki, şirkət korporativ və fərdi müştərilər üçün müxtəlif avtomobil satışı və xidmətlər həyata keçirir, “JCB”, “Bridgestone”, “Michelin”, “Hankook”, “Varta”, “Exide”, “Optima”, “Shell”, “Motul”, Meguin, Hengst, ZF Parts, “Lemforder”, “Sachs”, Philips, “Bosch”, “BPW”, “Thermo King”, “Febi”, “Federal Mogul”, “Porsche”, “Mazda”, “Toyota”, “Man Truck & Bus AG” kimi brendlərin rəsmi nümayəndəsidir.
Həmçinin, “Tegeta Motors”un Gürcüstanda 19 filiala malik olduğu deyilir. Digər tərəfdən, artıq bir sıra iş adamları arasında məlumat gəzməyə başlayıb ki, “Tegeta Motors” dünya brendlərinin təmsilçiliyini Azərbaycanda da həyata keçirəcək, nəticədə isə bir çox yerli şirkət öz mallarını Temur Koxodzedən almalı olacaq.

Bəs bu, yerli sahibkarların, necə deyərlər, milli burjuaziyamızın fəaliyyətinə necə təsir edəcək? LEGİON yuxarıdakı brendlərin Azərbaycanda rəsmi təmsilçililəri barədə araşdırma apararkən, “Active Group” adlı şirkətin “Bosch”u və bir neçə məşhur dünya brendini ölkəmizdə təmsil etdiyini öyrəndik.
Şirkətin rəhbəri Elşad Hüseynov əməkdaşımızla söhbətində təmsilçiliklə bağlı məqamları təsdiqləsə də, geniş danışa bilməyəcəyini və tədbirdə olduğunu dedi. Bir saat sonra zəng etdiyimizdə isə E.Hüseynov “özüm sizə zəng edəcəyəm” deyib dəstəyi asdı.

Lakin Elşad Hüseynovun qardaşı, bu sferada fəaliyyət göstərən REEN şirkətinin rəhbəri Elşən Hüseynov suallarımıza cavab verdi. “Bəli, belə bir şirkətimiz var, “Bosch”un rəsmi nümayəndəsiyik”, – deyə Elşən Hüseynov qeyd etdi.
“Elşən müəllim, “Tegeta Motors” da “Bosch”un rəsmi təmsilçisidir. Bu şirkət Azərbaycanda da açılıb və deyilənlərə görə, Azərbaycan şirkətləri də bundan sonra bir sıra brend məhsulları “Tegeta Motors”dan almalı olacaq. Bu, sizin biznesə necə təsir edəcək?”, – deyə maraqlandıq. “Elə məlumatım yoxdur… Belə danışıqlar eşitmişəm, amma rəsmi nümayəndəlik ola bilməz. Hər bir ölkədə ayrı nümayəndəlik var. Azərbaycanda rəsmi nümayəndə bizik. O şirkət burda “Bosch”un nümayəndəsi kimi fəaliyyət göstərə bilməz. Onlar mal gətirə bilərlər, amma nümayəndə ola bilməzlər. Region üzrə nümayəndəlik yoxdur”, – deyə Elşən Hüseynov bildirdi.

Temur Koxodzenin İrəvandakı nümayəndəliyin rəsmi açılışında da Ermənistanın vəzifəli şəxsləri ilə birlikdə iştirak etməsi “Youtube”da paylaşılan videolardan aydın görünür. Bu videosüjetlər Ermənistanın müxtəlif telekanallarında yayımlanıb.
T.Koxodzenin Ermənistana tez-tez səfər etdiyi və Ermənistan hakimiyyətindəki bir çox şəxslə yaxın münasibətlərdə olması da LEGİON-a məlumat verən mənbələr tərəfindən qeyd olunur.
Həmçinin, mənbələrin bildirdiyinə görə, Gürcüstandakı Temur Koxodzeyə aid müəssisələrdə işçilərin əksəriyyəti ermənilərdir və məhx Koxodzenin göstərişi ilə azərbaycanlılar işə götürülmür. T.Koxodzenin ermənilərlə, Ermənistan hakimiyyəti ilə nə qədər yaxın olduğunu deyə bilmərik. Amma T.Koxodzenin Eldar Mahmudova aid müəssisənin bazasında yeni törəmə şirkət yaratması oxucuların da suallarına səbəb ola bilər. Belə ki, LEGİON əməkdaşı tanınmış neft eksperti İlham Şabanla söhbət zamanı, təxminən 20 il əvvələ aid olan maraqlı bir hekayənin qulaq şahidi oldu.

“1995-96-cı illər idi. Azərbaycan müharibədən təzə çıxmışdı, 15 mindən çox şəhidimiz, 50 mindən çox yaralımız vardı. Hər yerdə qaçqın çadırlarına rast gəlmək olardı. Belə bir vaxtda Fransanın “Total” şirkəti Azərbaycanın Şahdəniz yatağıyla maraqlanmağa başladı. O zaman mərhum prezident Heydər Əliyevin rəhbərlik etdiyi hakimiyyət bir məqamı nəzərə alaraq, danışıqlarda diqqətli davrandı. “Total”ın Asiya və Yaxın Şərq üzrə vitse-prezidenti yaşlı bir erməni idi. Həmin şəxs təqaüdə göndəriləndən sonra, müqavilə imzalandı. Bu proses altı aya yaxın vaxt apardı”, – deyə İ.Şaban bildirdi.
Ümid edirik ki, hörmətli məmurlarımız xarici şirkətlərə Azərbaycanda şərait yaradarkən, hərdən tarixə də boylanaraq, düzgün qərarlar verməyə çalışacaqlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru