Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

İcra başçısı Xızını kimlərə peşkəş edib? - Sensasion dosye
Tarix: 29-12-2016, 09:31 | Çap et
İcra başçısı Xızını kimlərə peşkəş edib?
Son günlərin tənqid hədəfində olan icra hakimi Xəzər Aslanovdur. Yardımlını “fəth” etdikdən sonra Xızıda “fətir” yapan icra başçısının bərbad idarəçiliyi göz qabağındadır. X.Aslanov faktiki olaraq rayonu başdı-başına buraxıb və kommersiya tərəflərini fikirləşir. Onun vecinə deyil ki, Xızının problemlərinin axırı necə olacaq.
“Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, icra başçısı Xızını məmurların oylağına çevirib. Onun funksiyası icra hakimliyindən daha çox, bələdiyyə sədrliyidir. Çünki Xızıdakı torpaqları iri ranqlı məmurlara peşkəş edən X.Aslanovu bura maraqlandırmır. Fikirləşir ki, Yardımlı kimi Xızını da nə vaxtsa tərk edib başqa bir regiona təyinat alacaq. Əslində, Xızı Bakıdan cəmi 100 kilometr aralıda yerləşir. Amma yüzlərlə problemlə baş-başa qoyulub. Hətta ucqar Lerik və ya Daşkəsəndə bu problemlərə rast gəlmək olmaz. X.Aslanovun rəzil idarəçiliyi nəticəsində və yarıtmaz müavinlərinin tamahkarlığı sayəsində rayon geridə qalıb. 17 min əhalisi olan Xızı rayonunda aptek, yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı. Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Rayonun icra başçısı Xəzər Aslanov və yeni deputat Hacı Salayevin problemlərə biganə qalmaları etiraz doğurur. Amma təkcə bu problemlərlə iş bitmir. Məsələn, su problemini qeyd etmək olar. Məşhur nəğmənin sözlərini bu günə müqayisə etsək, “məni heyran etdi Xızı dağları” yox, “problemləri” alınar.

Köçkünlərin evi satılıb, Altıağac məhv edilir

Bu dəqiqə Altıağac qoruğunu məhv edirlər. Zeynəb Xanlarova Milli Məclisdə çıxış elədi, haraya çağırdı, prezidentə üz tutdu. Xeyri olmadı. Sakinlər bildirirlər ki, Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500- 3000 manat arası dəyişir. Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib. Bundan əlavə, məcburi köçkünləri yaşadıqları yerdən (keçmiş Maşın Traktor Stansiyasının yanı) köçürüb, Cəfər Cabbarlının heykəlinin qarşısında tikilən evlərə yerləşdirəcəkdilər. Plana salınan yerdə isə park salınacağı deyilirdi. Həmin evləri isə başqalarına satıblar. Bu işin arxasında icra başçısı dayanır. Ən dəhşətlisi odur ki, həmin evlər magistral yolun üstündə yerləşir deyə həyətlərində toyuq-cücə, mal-heyvan saxlanması qadağan olunub. Bildirilib ki, bu ərazidən ölkə rəhbərliyi, məmurlar, icra nümayəndələri keçir deyə görüntü pozulmamalıdır. Camaatın yeganə dolanışığı olan heyvandarlıq rəsmən yasaqlanıb. Torpaqlar isə məmurlar arasında bölüşdürülüb. Məsələn, AzTV sədri Arif Alışanovun mülklərinin sayına daha biri əlavə olunmaqdadır. Oliqarxa çevrilmiş, böyük maliyyə imkanlarına sahiblənmiş Alışanov günbəgün malikanələrini artırır. AzTV sədri Xızıda özünə dəbdəbəli saray tikdirir. Bu barədə rayondan daxil olan məlumata görə, A.Alışanov 6 hektar ərazidə böyük imarət ucaldır. Hazırda intensiv tikinti işləri aparılır və əsasən xızılı tikinti işçiləri burada çalışır. AzTV sədrinin villası Xızının yüksəkliyində, səfalı bir ərazisində yerləşir. Alışanovun malikanəsi 6 hektar ərazidə yerləşsə də, ilanlardan qorunmaq üçün yenə də tədbirlər görülür. Hazırda villanın çəpərlənməsi və yaşıl rəngə bürünməsi işlər davam etdirilir. Bu da sürünən heyvanlarının qarşısını kəsməyə hesablanıb.

Xızının MTN-çi deputatının varidatı

Əldə etdiyimiz bilgiyə görə, Alışanov bir neçə dəfə imarətində işlərin gedişi ilə tanış olmaq üçün Xızıya baş çəkib. Amma ümumi gedişata etibar etdiyi yaxın bir adamı nəzarət etdiyi xəbər verilir. O da qeyd olunur ki, Alışanovun Xızının icra başçısı ilə sıx əlaqələri var. Xəzər Aslanov ona rayonda bu imkanları yaradıb. Amma dövlət televiziyasının direktoru hansı maliyyə hesabına malikanələrinin sayını artırır, bu barədə bizdə heç bir məlumat yoxdur. Xızının deputatından da ciddi narazılıq var. 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı seçicilərinin, seçicilər isə millət vəkilinin yadından çıxıb. Salayev Hacı Baba oğlu nə həmkarlarının, nə spikerin, nə də seçicilərinə yadına düşür. 2015-ci ildə mandatını qoltuğuna vurub gedən H.Salayevin biznes işi o qədər gərgin, sıx qrafiklidir ki, parlamentdə fəallıq göstərməyə, seçiciləri ilə görüşməyə vaxtı olmur. Onun Milli Məclisin iclaslarında iştirak edərkən hər hansə təkliflə çıxış etdiyini görən olmayıb. Sumqayıt və Xızı seçiciləri deyirlər ki, ölkədə manatın ucuzlaşması, əhalinin kredit, kommunal, işsizlik və başqa sosial problemləri H.Salayevi maraqlandırmır. AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də В«TrustВ» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Onun MTN zabiti olması sabiq nazir Eldar Mahmudovla əlaqələrini araşdırmağa əsas yaradıb. Bu da Salayev üçün yeni təhlükəli situasiyadır. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.

Eks-başçıdan şok sözlər

Bu arada Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayev də Xızının icra başçısına ağır ittihamlar irəli sürüb: “Mənə çox ağır gəlir ki, alın təri tökdüyüm o rayonda problemlər başdan aşır.
20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Azərbaycanda Bakıya belə yaxın olan Xızı kimi cənnət guşəsi yer yoxdur. Heç vaxt Xızının mərkəzində və Altıağacda yanacaqdoldurma məntəqəsi olmayıb. Rayonun girişində birini tikiblər. Onun da işləməsinə imkan vermirlər. Bu barədə müxtəlif söhbətlər eşitmişəm. Benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar. Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür. Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb. Ən qəddar müavinlərindən biri Arzu adlı məmurdur. Onu da əfsuslar olsun ki, hələ o zaman icra başçısı olarkən mən işə götürmüşəm və bu sahədə özümün günahımı boynuma alıram. Məcburi köçkün idi, qalmışdı işsiz. Onu işlə təmin etdim. İndi onu Xəzər Aslanov özünə müavin götürüb, dağıdan qüvvə də odur. Heç cür razılaşa bilmirəm ki, icra hakimiyyətinin rəhbərləri içərisində hər üçü də kənardan gəlmələrdir. Yerli əhalinin nümayəndələri Xızı rəhbərliyində təmsil olunmurlar. Bu balans pozulub, bir rayonu yaradanda yerli əhalinin kadrlarına, Gürcüstandan qaçıb gələnlərə və Orta Asiyada qovulan məhsəti türklərinə də vəzifə vermişdik. Hansı kafedə bir köməkçi bina tikilirsə, Xəzər Aslanov dərhal oraya çökür.

Başçı qardaşının və müavinlərin oyunu

“Gündəm-xəbər”in məlumatına görə, 2012-ci ildən Xızıya rəhbərlik edən keçmiş əməliyyatçı Xəzər Aslanov geridə qalan 4 ildə Xızı camaatının sözügedən dərdinə şərik çıxmayıb. İcra başçısı öz malikanəsində fasiləsiz su ilə təmin olunub, təm-təraqlı icra hakimiyyəti binasında da bu problem yaşanmır deyə bu balaca rayonun böyük dərdi onun gözünə görsənmir. X.Aslanovun yerli sahibkarların fəaliyyətinə yersiz müdaxilələri rayonda özəl sektoru çıxılmaz duruma salıb. Tikinti şirkətlərinin əsasən icra başçısının müavini Azər Əlizadə və başçının qeyri-rəsmi sağ əli Arzu Əzizovun nəzarətində olduğu deyilir. Azər Əlizadənin qardaşına məxsus olduğu bildirilən "Cəlal inşaat" şirkəti tenderlərin əbədi qalibidir və maxinasiyalar bu şirkətin əli ilə aparılır. Hazırda rayonda bir aptek var ki, o da hər zaman işləmir. Əhali dərman üçün Sumqayıta gedir, yaxud da ən kritik məqamda təcili tibbi yardıma üz tutur. Uzun zamandan sonra açılışı olan Xızı rayon Mərkəzi Xəstəxanası fəaliyyətə başlayıb. Ancaq tibbi xidmətin səviyyəsi insanları qane etmir deyə paytaxta gedirlər. Xızıda normal cəmi 2 kiçik ərzaq dükanı, bir poçt, bir bank filialı var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru