Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon - FOTOLAR
Tarix: 22-12-2016, 08:46 | Çap et
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür.

BakiPost.azxəbər verir ki, 16 370 nəfər əhalisi olan rayonda nə aptek var, nə yanacaqdoldurma məntəqəsi, nə də bazar. Rayonun hər kəndində 1 və ya 2 nəfər paytaxt Bakıdan və ya Sumqayıtdan ən çox istifadə olunan (qrip əyehinə, ağrıkəsici və s.) və ucuz dərmanları alır və öz evində kənd camaatına satır. Digər dərmanları isə Bakı və Sumqayıta gedən olsa, onlara sifariş edirlər. Evlərdə dərman satışı gizli şəkildə həyata keçirildiyindən, çox adamın xəbəri olmur.

Benzin isə əsasən evlərdə satılır. Bu məsələ də evlərdə dərman satışı kimi tənzimlənir. Kimsə kauçuk butulkalara benzin doldurur və öz evinə gələn sürücüləri yanacaqla təmin edir.

Xızı rayonunda taksi sürücüsü işləyən Mehman adlı şəxs əməkdaşımızla söhbətində benzin üçün kiminsə qapısına getməli olduqlarını deyir: "Məsələn, mən taksi sürücüsü işləyirəm, hamımız insanıq, yadımdan çıxsa, benzin vurmasam, yolda qalacam. Bu boyda rayonda bir "zapravka” yoxdur ki, maşını ora kimi çatdırasan”.

Taksi sürücüsü rayonda aptekin olmamasından da danışıb: "Burada nə var ki, aptek də olsun? Heç nəyimiz yoxdur. "Zapravka” yoxdur benzin vuraq, aptek yox dərman alaq. Xəstələnəndə gözləyirik ki, şəhərə gedən olsun, dərman alıb gətirsin, o gələnə kimə xəstəmiz ölməsin. Benzini də qonum-qonşuda butulka ilə satırlar. Gedib elə alırıq”.

Xızı kəndlərindən birində öz evinin qarşısında benzin satışıyla məşğul olan Əliheydər kişi isə deyir ki, çörək pulunu bu yolla qazanır: "Əvvəl Xızı Rayonunun Polis rəisi İsmayıl idi, onun vaxtında yanacaq doldurma məntəqəsi var idi. O gedəndən sonra bağlandı. İndi məntəqənin özü var, amma işləmir”.

Kənd sakini Xızıda aptek işlətməyin sərfəli olmadığını bildirib: "Sərf eləmir. Bura balaca rayondur. Hamı bir-birini tanıyır. Hətta qonşu kəndlərin sakinləri də. Ona görə kimsə aptek açanda, hamı gedib nisyə istəyir. İşlədən adam da xəstə adama keçə bilmir, nisyə verir, nəticədə də özü bankrot olur, bağlayıb gedir”.

Rayonda taksi fəaliyyəti göstərən digər sakin isə aptek işlədənlərin maneə ilə üzləşdiyini bildirib: "İmkan vermirlər işlətməyə. Bir qız var idi, aptek açmışdı. O qurumdan gəlib pul istədilər, bu qurumdan gəlib pul istədilər, o da dedi, nə qazanıram ki, sizə də əlavə pul verim? Bağladı getdi. Təcili dərman olanda xəstəxanaya müraciət edirik. Orda da hər dərman tapılmır”.

Xızı rayon sakini Gülnisə xala isə daha bir maraqlı məqama diqqət çəkib. O, rayonda bir ədəd belə super marketin olmadığını deyib: "Fikir verin, heç marketlər də çox deyil. Kəndlərin içində xırda-xuruş məhsullar satan "butkalar” var, vəssəlam. Burada supermarketə rast gələ bilməzsiniz. Vacib olan hər şeyi Bakıya, ya da Sumqayıta gedəndə alırıq”.

Gülnisə xalanın sözlərinə görə, bazar olmadığı üçün camaat çətinlik çəkir: "Allahın bazarı da yoxdur Xızıda. Kim pomidor əkirsən, kartof əkənlə dəyişir. Yaxud göyərti yetişdirən, qatıq-südlə əvəz edir. Beləcə başımızı dolandırırıq. Bu formada da bolluq içində yaşamaq olmaz ki. Bəlkə heç qonşun bu gün qatıq tutmayacaq, yaxud yetişdirdiyi soğan tükənib. Onda yemək bişirməyim mən? Heç bir rayonda belə şey yoxdur”.

Xızı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Quliyev BakiPost.az-a açıqlamasında rayonda aptek və bazarın olmadığını təsdiqləyib:

"Amma rayonda 3 ədəd yanacaq doldurma məntəqəsi var. 1-i Xızı şəhərindədir, digərləri isə Giləzi qəsəbəsində”.

Məlum olub ki, N.Quliyevin dediyi 3 yanacaqdoldurma məntəqəsinin 2-si rayon mərkəzindən təxminən 50 km aralıda - Bakı-Quba yolunda, yəni Sumqayıtın yaxınlığında, daha dəqiqi desək, Giləzi kəndinin ərazisindədir. Bir yanacaqdoldurma məntəqəsi isə Xizı rayonunun çıxacağındadır. "Xızı” adlı bu YDM isə çoxdandır işləmir. Burada lövhəyə vurulmuş qiymətlərin köhnə məzənnə ilə qalmağından da aydın olur ki, bura illərdir fəaliyyət göstərmir.

Rayondakı aptek probleminə gəlincə, N. Quliyev evlərdə dərman satılma faktını təkzib edib: "Elə bir şey yoxdur. Rayonda açılan heç bir aptek özünü doğrultmur, ona görə də yoxdur. Əhali dərmanı Sumqayıtdan alır”.

Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev rayonda aptek olmaması məsələsiylə bağlı BakiPost.az-a bildirib ki, bu, biznes işi olduğundan qarışa bilmirlər:

"Aptek özünüidarəetmə biznesidir. Təhsil, sənədi və lisenziyası olan istənilən biznesmen gəlib aptek aça bilər. Bu, biznes fəaliyyəti olduğu üçün bizim qarışmağa ixtiyarımız yoxdur. Mənim səlahiyyətim çərçivəsindən kənardadır. Mən kimisə məcbur edə bilmərəm ki, gəl Xızıda aptek fəaliyyəti ilə məşğul ol. Kimsə gəlib burada aptek açır, görür ki, qazancı yoxdur, mayasını çıxara bilmir. Bağlayıb gedir. Kim özünün ziyanına işləyər? Bunun gətirmək, işçi pulunu vermək, kommunal xərclərini ödəmək məsələləri var. Bunları ödəyəndən sonra icarəyə götürdüyü yerin pulunu verməlidir. Biznesmen də görür ki, 100 manat gəlir qazanır, 200 manat xərcə düşür, onu kim işlədər ki?”

Baş həkim əhalinin dərmanla təminatı məsələsindən də danışıb: "Xəstəxananın özünün Səhiyyə Nazirliyi tərəfindən yaradılan apteki var. Burada dövlət tərəfindən xəstəxanaya ayrılan sırf 133 adda dərman verilir. Qıraq dərman yoxdur. Bu dərmanlar da təyinatı üzrə, dövlət proqramı ilə verilir. Dövlət şəkər xəstələrini, nevroloji xəstələri, böyrək xəstəliyindən əziyyət çəkənləri dərmanla təmin edir. Qeydiyyata götürülmə prinsipi əsasında stasionarda yatan xəstələrin hamısı yenə dövlət tərəfindən dərmanla təmin edilir.

Digər xəstələr isə poliklinikaya müraciət edir, ona yazılan dərmanı artıq digər aptekdən almalıdır”.

B. Nəbiyev Xızıda əhalisinin çox əziyyət çəkdiyi xəstəlikləri də açıqlayıb: "Xızı iki zonaya bölünür. Dağ və aran bölgəsi. Aran bölgəsində ən çox ürək-damar xəstəlikləri, göz xəstəlikləri və irsi xəstəliklərdən əziyyət çəkirlər. İrsi xəstəliklər daha çox qohum evlilikləri olduğu üçündür.

Yuxarı aşağı zonadan başqa hər bir kəndin özünün də spesifik xəstəlikləri var. Burada bir cürdür, digərində başqa cür”.

Sonda qeyd edək ki, rayonda insanların rahat yaşaması üçün ən vacib iaşə müəssisələrinin olmaması sakinləri ciddi narahat edir. Onlar bu vəziyyətə görə əsas günahı rayon rəhbərliyində görürlər.

Bundan əlavə, Xızı Azərbaycanın turizm bölgələrindən biridir. Ölkənin bir neçə iri istirahət mərkəzləri, otelləri, turizm nümayiş obyektləri bu rayonda yerləşir.

Məlumat üçün bildirək ki, rayonun icra başçısı Xəzər Aslanovdur.


Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon
Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru