Mahmudovla bağlı daha bir ŞOK - Azərbaycanı qarışdıran terrorçunu həbsdən necə qaçırıb?
Tarix: 9-12-2016, 09:42 | Çap et
Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Eldar Mahmudovun film kimi cinayətləri hər kəsə bəllidir. Onun ölkədə bir sıra dini qruplaşmaları qeyri-rəsmi himayə etdiyi barədə məlumatlar da kifayət qədər yayılıb. Lakin məhz radikal dini qruplaşmalara himəyadarlıq etməsiylə bağlı konkret faktlar demək olar ki, yox səviyyəsindədir.
BakiPost.az-ın əldə etdiyi məlumatlar isə sabiq nazirin bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu, ən təhlükəli şəxslərlə belə, maddiyyət qarşılığında sövdələşməyə getdiyi faktını ortaya qoyur. Təqdim etdiyimiz material onun bir terrorçunu necə həbsdən azad etdirib, ölkəsinə qaytarması və yenidən terror fəaliyyətinə qoşulmasına şərait yaratmasından bəhs edir. ...Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl "Binə” Ticarət Mərkəzinin yaxınlığında bir terrorçunun - 1978-cı il təvəllüdlü Cami Emin Əzizağa oğlunun məhv edildiyi barədə məlumat yaymışdı. Məlum olmuşdu ki, DTX Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirib və sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib. Bu zaman isə o, əməliyyatçılar tərəfindən son anda məhv edilib. Öldürülən terrorçunun kimliyi araşdırılanda onun daha əvvəl bu fəaliyyətinə görə həbs edildiyi bəlli olur. Belə ki, Emin Cami hələ 2007-ci ildə MTN "Meşə qardaşları”nı zərərsizləşdirərkən, qanunsuz silahlı birləşmənin 17 üzvündən biri kimi həbs edilibmiş. Onunla yanaşı həmin vaxt adıçəkilən terrorçu qruplaşmanın lideri qismində isə Səudiyyə Ərəbistanının vətəndaşı, «Əl-Qaidə» və «Əl-Cihad» beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan "Əbu Cəfər” ləqəbli Naif Əbdül Kərim əl-Bədəvi qandallanıb. 1 il sonra - 2008-ci ildə Azərbaycanda "Əbu Bəkr” adı ilə tanınan Cümə məscidi partladılır. Məlum olur ki, məsciddə 2 nəfərin ölümünə səbəb olan partlayışı "Əbu Cəfər"in dəstə üzvləri, yəni Bədəvinin adamları. Bundan sonra onun cəzası bir qədər də ağırlaşdırılır. Ərəb əsilli terrorçu "Əbu Cəfər” əl-Bədəviyə dəstə başçısı kimi Azərbaycanda 14 il azadlıqdan məhrumetmə cəzası verilir. Lakin bu beynəlxalq terrorçu həbs müddətinin sonuna qədər türmədə qalmır. Bəli, çox təhlükəli hesab olunan terrorçu o zamanın fövqəlgücə malik olan naziri Eldar Mahmudovun dəstəyi ilə Azərbaycanın dəmir barmaqlıqları arasından canını qurtara bilir. Məlumata görə, "Əbu Cəfər”in beynəlxalq himayədarları Eldar Mahmudovla kontakta girərək onu həbsdən və Azərbaycandan çıxarmağın yollarını müzakirə edirlər. Və nəhayət, 2013-cü ildə bu yol tapılır. Terrorçu Azərbaycandan Səudiyyə Ərəbistanına ekstradisiya olunur. Məsələnin ən ilginc tərəfi bundan ibarətdir ki, o vaxt ölkələr arasında "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş" olmayıb. Yəni Bədəvinin ekstradisiyası qanunsuz edilib. Araşdırma zamanı məlum olur ki, bu ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş"in, eləcə də "Azərbaycanla Səudiyyə Ərəbistanı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol"un imzalanmasına 2013-cü ilin dekabr ayında razılığa gəlinib. Lakin həmin il bu sənəd imzalanmayıb. Görünür, əvvəlcə beynəlxalq terrorçunun qanuni yolla Azərbaycanda həbsdən azad edilib ölkəsinə ekstradisiyasına çalışılıb, amma bu proses axıra çatdırıla bilməyib. Buna baxmayaraq, aidiyyəti qurumlara Mahmudovun təzyiqi nəticəsində terrorçu öz ölkəsinə təhvil verilib. Əlbəttə ki, bu ciddi qanun pozuntusu "quru salam-saq ol”a görə olmur. İddiaya görə, bu razılaşmanın əldə edilməsinə görə sabiq nazir Eldar Mahmudov nə az, nə çox, 800 min dollar məbləğində pul alır. Həmçinin o da iddia olunur ki, E.Mahmudov bu razılaşmadan öncə bir neçə dəfə Səudiyyə Ərəbistanının Bakıdakı səfiri ilə mütəmadi görüşüb, müəyyən məsələlərdə qarşılıqlı anlaşma olub.
Yuxarıda qeyd etdiyimiz razılaşmadan sonra isə Azərbaycanda 14 il azadlıqdan məhrum edilmiş terrorçu ölkəsinə - Səudiyyə Ərəbistanına ekstradisiya edilib. Ən şokedici detal isə ondan ibarətdir ki, bu şəxs hazırda azadlıqdadır. Qeyri-qanuni ekstradisiya baş verəndə beynəlxalq terrorçunun 8 ilə yaxın bitməmiş cəzası qalıb. Lakin o, ölkəsinə aparılandan qısa müddət sonra azadlığa çıxır və fəaliyyətə başlayır. Bütün bunlar barədə saytımızı məlumatlandıran şəxs iddia edir ki, "Əbu Cəfər” ləqəbli Naif Əbdül Kərim əl-Bədəvi hazırda Rusiyadadır və əvvəlki fəaliyyətini davam etdirir. Onun əvvəlki fəaliyyəti isə Cənubi Qafqazda radikal dindarları ətrafına cəlb etmək və vəhhabi terrorçular vasitəsilə Azərbaycan kimi siyasi sabitliyin hökm sürdüyü ölkələrdə gərginlik yaratmaq, terror aktları hazırlamaqdan ibarətdir (terrorçunun qeyd etdiyimiz istiqamətdə fəaliyyəti həbs olunanda ona qarşı sürülən rəsmi iddiada qeyd olunub - red). Görünür, son vaxtlarda bir-birinin ardınca baş verən terrorla bağlı hadisələr də bu fəaliyyətin nəticəsidir. Son olaraq bir məlumatı da əlavə edək ki, terrorçu həbsdən əvvəl də Rusiyada yaşayıb və əsas işləri oradan yönəldib. O, Rusiya vətəndaşı olan bir xanımla evlidir və hazırda da onunla yaşadığı bildirilir.
Mövzu ilə bağlı daha geniş materialımız olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Dünən, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Dünən, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Dünən, 15:50 |
|
|
|
|