Ağstafada Tatlı naxış daşı üstündə savaş - Kim nəzarət edəcək?
Tarix: 7-12-2016, 08:56 | Çap et
 Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün rayon rəhbərliyinin fəaliyyətindən çoxsaylı narazılıqların əks olunduğu şikayət məktublarının yuxarı instansiyalara, eləcə də ölkə mətbuatına ünvanlandığı bölgələrimizdən biri də Ağstafa rayonudur. O cümlədən, redaksiyamıza indiyədək daxil olan çoxsaylı məlumatlarda da vurğulanır ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində hazırda rayonda müşahidə olunan müxtəlif sosial problemlər sakinlər üçün bir sıra çətinliklər yaradıb. Bunlara misal olaraq təhsil, səhiyyə, yolların təmiri və əhalinin sosial müdafiəsi sahəsindəki nöqsanları göstərmək olar. Rayon sakinlərini xüsusilə narahat edən əsas problemlərdən biri də Ağstafanın yolları ilə bağlıdır. Məlumatlarda bildirilir ki, rayon mərkəzi istisna olmaqla, bütün yollar yaman gündədir. Yağış, qar yağan kimi xüsusən kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Halbuki hər il dövlət büdcəsindən Ağstafada yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə böyük məbləğlərdə vəsaitlər ayrılır.
Daha sonra məlumatlarda qeyd olunur ki, Məhərrəm Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa rayonundakı heyvandarlıq təsərrüfatlarını da az qala özünün şəxsi obyektinə çevirib. Bu barədə bizə daxil olan məlumata görə icra başçısı rayonda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən təsərrüfatlarının direktorlarını aylıq ödəmə yığımları ilə bezdirib. Daxil olan məlumata əsasən Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsində Yardımçı Təcrübə Təsərrüfatı mövcuddur. İcra başçısı Məhərrəm Quliyev bu iki təsərrüfatı özünə şəxsi obyekti hesab edir və həmin təsərrüfatların gəlirlərini öz gəlirləri kimi idarə edir. Digər tərəfdən də, aldığımız məlumatlara görə hal-hazırda başçının özünün ceuran çölü deyilən ərazidə 14 yatağı vardır ki, burda sayı min başlarla hesablanan heyvan sürüləri bəslənilir.
Aldığımız bir başqa məlumatda isə vurğulanır ki, Məhərrəm Quliyev Ağstafada tikinti işlərinə sifarişlərin alınması üçün keçirilən tenderlərin də hamısına şərik olur. Belə ki, bu tenderləri yaxınları və ya qohumlarının nəzarətindəki şirkətlərə qazandıran icra başçısı ayrılmış vəsaitin 20 faizə qədərini özünə götürür. Tikintidən söz düşmüşkən, bu gün Ağstafanın məşhur “naxış daşı” karxanaları ətrafında yaranmış vəziyyət də xüsusilə maraq doğurur. Məlumat üçün bildirək ki, Ağstafa rayonun Tatlı kəndində çıxarılan naxış daşı həm bu kəndin rəmzinə çevrilib, həm də yerli sakinlərin qazanc mənbəyidir. Naxış daşı bir çox şəhər və rayonlarda evləri, həyətləri bəzəyir. İllər öncə insanlar ərazidə tikinti daşı tapdıqlarını iddia ediblər. Yaşayış məskənində bir neçə ev də bu daşdan hörülüb. Amma min-bir əziyyətlə qayalıqdan çıxan daşın zaman keçdikcə müxtəlif rəngləri aşkarlanıb ki, bunun da daha sonra divarlara, səkilərə bəzək kimi vurulması uyğun bilinib. Kənd sakinləri dekorativ daşı rayonun milli sərvəti hesab edirlər. Elə adını da Tatlı naxış daşı qoyublar. Əvvəllər Tatlının girişində bir neçə hektar ərazini əhatə edən məkandan kəndlilər dekorativ daşı çətinliklə çıxarırdılar. Çörəyini daşdan çıxaran sakinlər 1 kvadrat daşı 2 manata, bir maşını isə 150-200 manata satırdılar. Lakin bütün bunlar artıq keçmişdə qalıb. Aldığımız məlumatlarda bildirilir ki, bu gün naxış daşı çıxarılan bütün karxanaları artıq Məhərrəm Quliyev öz nəzarətinə alıb. Hətta icra başçısı bir müddət əvvəl həmin karxanalarda öz payı olan müavini Ramiz Tatarovu da bu işdən sıxışdırıb-çıxarıb.
Daha sonra aldığımız məlumatlarda Məhərrəm Quliyevin rayondakı obyektləri barədə açıqlama verilir. Bildirilir ki, hazırda Ağstafada fəaliyyət göstərən 3 bank filialının (“Kapitalbank”, “Turanbank” və “Accsesbank”) icarə əsasında yerləşdikləri binalar da məhz başçıya məxsusdur. Həmçinin məlumata görə, Məhərrəm Quliyev Ağstafa mərkəzi rayon bazarının müdiri, Elmar adlı şəxsin elə bazarla üzbəüzdə tikdirdiyi “Səbət Market”ə də şərikdir.
Maraqlıdır ki, Ağstafa RİH-nin rəsmi saytında icra başçısının 2003-cü ilə qədər olan dövr ərzində həyat və fəaliyyəti barədə heç bir məlumat da yerləşdirilməyib. Rayondan aldığımız məlumatda isə, Məhərrəm Quliyevin hətta hərbi xidmətdə belə olmadığı vurğulanır. Faktinfo.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04 |
|
|
|
|