Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                     172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu .....                     Banklarda qızıl əmanəti varmı? .....                     Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ .....                     Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL .....                     8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" .....                     "Bu şoular ailə dəyərlərini məhv edir" .....                     "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib .....                     “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” .....                     Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib .....                     Ermənistandan Araz çayı ilə bağlı şok qərar .....                     “PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub .....                     Erməni lobbisi dinc dayanmır: .....                     “Çakır” Milli Məclis deputatı ola bilər? .....                     Sülh istəyirsənsə, müharibəyə hazırlaş .....                     Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək .....                     "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." .....                     “Mənə 6000 maaş veriləcəyini dedi” .....                     Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri .....                     Tahir Qədəşovun vəziyyəti qəlizləşdi .....                     TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu .....                     Köçəryanla bağlı ŞOK İDDİA .....                     Qadın müəllim başçı müavini oldu .....                     Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub .....                     “Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” .....                     Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                 

"Nigar" Klinikasında baş verənlərin izi ilə... - VİDEOFAKT
Tarix: 21-11-2016, 11:36 | Çap et
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
Bu günlərdə “Bakıda özəl klinikaya quldur basqını: həkim və xəstələri sürüyə-sürüyə küçəyə çıxardılar” başlığı ilə bəzi media orqanlarında tirajlanan məlumatla tanış olanda ilk anda təəccüb bizi bürüdü. Bir anlıq fikirləşdik ki, bəlkə ölkə 90-cı illərin əvvəli üçün xarakterik olan ticarət obyektləri və firmalara edilən “OMON” və başqa criminal ünsürlərin basqınlarının adi hal aldığı dönəmlərə qayıdıb?
Ölkədəki kriminogen durumun tam nəzarət altında olduğu, deyilən anarxik halların artıq yaşanmadığı ilə bağlı dəqiq məlumata malik olsaq da, informasiyanı verən şəxsin təqdimatı bizi bir qədər şübhəyə saldı. Çünki özünə məxsus olduğu “Nigar” adlı klinikaya quldur basqının edildiyini deyən şəxs savadsız bir adam kimi təqdim olunmurdu. Məlum oldu ki, yazıq görkəm alaraq, redaksiyada fotosunu çəkdirən şikayətçi Azərbaycan Tibb Universitetinin “Ginekologiya” kafedrasının əməkdaşı, professor Şahbaz Şahbazov adlı şəxsdir. Onun dilindən yazılanları oxuyanda, hadisələrin dərin mahiyyətinə vara bilməyən adama, ilk anda özünü əzabkeş qəlibinə salan professora adamın yazığı gələr. Şahbaz Şahbazovun söylədikləri əsasında hazırlanan məqalə jurnalistikanın professional tələblərinə tam cavab vermədiyi səbəbindən insanları qismən də olsa yalnış istiqamətə yönəldə bilər.

Çünki Şahbaz Şahbazovun birdən-birə peyda olduğu redaksiya onun dediklərini sanki müqəddəs kitab ayəsi sayaraq, qarşı tərəfin mövqeyini dinləmədən, heç bir araşdırma aparmadan tirajlayıb ki, bu da jurnalistikanın təməl prinsiplərinə ziddir. Bir daha xatıraldırıq ki, sözügedən məqalədə kifayət qədər ciddi və hüquqi məsuliyyət yarada biləcək ittihamlardan söz getdiyi səbəbindən bu istiqamətdə obyektiv jurnalist araşdırması aparmaq qərarına gəldik. Şahbaz Şahbazov məlum məqalədə iddia edir ki, noyabrın 5-də Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən “Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olub:
“Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri, hətta reanimasiyada olan xəstələri belə sürüyə-sürüyə küçəyə çıxarıblar. Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb”.
Şahbaz Şahbazov bütün bu işlərin arxasında vaxtilə onun şəriyi olmuş İlham Məmmədov və şəriyinin yaxın adamı kimi təqdim etdiyi İlham Qurbanov adlı şəxsin durduğunu bildirib.
Azinforum.az olaraq, Şahbaz Şahbazovun adını çəkdiyi şəxslərin kimlər olması ilə bağlı apardığımız jurnalist araşdırması zamanı müəyyən etdik ki, həmin şəxslərdən biri olan – Məmmədov İlham Almas oğlu “Riyad-Renta” şirkətinin təsisçisidir. İlham Qurbanov isə “Riyad-Renta” şirkəti və “Nigar Klinikası” MMC-nin təsisçilər şurasının sədri İlqar Aqil oğlu Əliyevin səlahiyyətli nümayəndəsidir. İlham Məmmədov Azinforum.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Şahbaz Şahbazovun KİV-lər vasitəsilə onun və şirkətin digər üzvlərinin ünvanına səsləndirdiyi fikirlər heç bir həqiqəti əks etdirmir, iftira və böhtandır:
“Düzdür, həmin adamla bizim biznes şərikliyimiz olub. Lakin sonradan mən və digər səlahiyyətli şəxslər gördük ki, Şahbaz Şahbazov biznes deyil, fırıldaqla məşğuldur. Şirkətə edilən çoxlu sayda şikayətlərdən sonra “Nigar” klinikası ilə bağlı araşdırma aparmaq qərarına gəlindi. Məlum oldu ki, Şahbaz Şahbazov 2010-cu ildən başlayaraq, “Riyad-Renta”nın maddi texniki bazası əsasında fəaliyyət göstərən “Nigar” klinikasını özününküləşdirmək istiqamətində məqsədyönlü fəaliyyətlə məşğul olub. Şahbaz Şahbazovun KİV-lərdə özünü həmin klinikanın mütləq sahibi kimi təqdim etməsi də reallığı əks etdirmir. Çünki həmin klinika mənim də təsisçisi olduğum “Real-Renta” şirkəti ilə “Xəzər-M” firması arasında bağlanan icarə müqaviləsi əsasında fəaliyyət göstərib. Sonradan Şahbaz Şahbazovun iştirakı ilə həmin mülk yiyələrindən satın alınaraq “Real-Renta” nın mülkiyyətinə daxil edilib. Bu yaxınlarda mülk sahiblərinin İlqar Əliyevə ünvanladığı müraciətdən sonra bizə məlum olub ki, Şahbaz Şahbazov alqı-satqı prosesində həm öz şəriklərini, həm də mülk yiyələrini aldadaraq öz mənfəəti üçün çalışıb.

Şahbaz Şahbazov ixtisasça həkim olduğu üçün, digər şəriklər olaraq biz ona tibbi sahəyə diqqət ayırmağı məsləhət görmüşük. Bu etibardan suistifadə edən Şahbazov şirkətimizin imici və reputasiyasına xələl gələn fəaliyyətlə məşğul olub, klinika və ona tapşırılan digər biznes sahəsindəki vəziyyətlə bağlı reallığı əks etdirməyən maliyyə hesabatları verib ki, bunun da nəticəsində külli miqdarda vəsaiti fırıldaqla ələ keçirib. Nəzərinizə bir daha çatdırıram ki, “Nigar” klinikasının nə yeri, nə də onun daxilindəki avadanlıqlar Şahbaz Şahbazova aid deyil. Bir neçə il bundan əvvəl, o, bizə bildirdi ki, Həsən Əliyev küçəsində klinika açmaq istəyir. Biz etiraz etmədik. Həmin klinikanın adını “Nigar” qoydu. Sonradan bizə məlum oldu ki, o, “Nigar” klinikası MMC yaradaraq, sırf özünə məxsus olan şirkətlə əvvəldən payı olduğu “Real-Renta” şirkətini sözügedən klinikaya şərik edib. Bunun da nəticəsində şəriklərdən biri kimi mən öz payımdan məhrum olmuşam. Bütün bunlar Şahbaz Şahbazovun digər şərikləri kimi bizim xəbərimiz olmadan edilib”.
İlham Məmmədov daha sonra bizə bildirdi ki, klinikanın fəaliyyətinin dayandırılması heç də Şahbaz Şahbazovun təsvir etdiyi kimi olmayıb: “Bütün sadaladıqlarımı və klinikanın fəaliyyətilə bağlı bizə edilən çoxsaylı vətəndaş şikayətlərini nəzərə alan Təsisçilər Şurasının sədri İlqar Əliyev ərazi aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Abbasova, Nizami rayon prokuroru Aqşin Ziyadova, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevə, iqtisadi inkişaf naziri Şahin Mustafayevə rəsmi məktubla müraciət edərək klinikanın bağlanması və orada baş verən neqativliklərin tam araşdırılmasını xahiş edib. Mən həmin faktları təsdiq edən bütün sənədləri sizə təqdim edirəm. Baxsanız görərsiniz ki, “Nigar” klinikasına hansısa basqından söhbət gedə bilməz. Biz şirkət olaraq, öz qanuni mülkiyyətimiz üzərində şəfaf fəaliyyətin aparılmasını təmin etmək istəyirik. Qanunvericiliklə də buna tam haqqımız çatır. Hesab edirəm ki, Şahbaz Şahbazov ifşa olunduğunu gördüyü səbəbindən özü və onun digər ailə üzvləri bu cür ucuz şoularla diqqəti məsələnin əsl mahiyyətindən kənara fokuslamaq istəyirlər. Qeyd etmək istəyirəm ki, obyektiv araşdırılmanın aparılması üçün bizm qapımız hamının üzünə açıqdır. Buyurun istədiyiniz şəkildə siz də araşdırma apara bilərsiniz”.

Biz Şahbaz Şahbazovun “Nigar” klinakasının fəaliyyətinə maneə yaradanlar sırasında adını çəkdiyi İlham Qurbanovla da söhbətləşə bildik. O, Azinforum.az-a dedi ki, sözügedən şirkətin təsisçilər şurasının sədri İlqar Aqil oğlu Əliyevin səlahiyyətli nümayəndəsidir:
“Həmin hüququ mənə İlqar Əliyev notarial qaydada təsdiq olunmuş vəkalətnamə əsasında verib. Bu hüququmdan istifadə edərək, Şahbaz Şahbazovla bağlı şirkətimizə ünvanlanan vətəndaşların çoxsaylı şikayətləri ilə tanış oluram, onların araşdırılmasında yaxından iştirak edirəm. Bu zaman müəyyən olunub ki, Şahbaz Şahbazov ona tapşırılan bütün sahələr üzrə fırıldaqla məşğul olaraq, insanları və şəriklərini aldadıb. Hazırda şirkətə onun əməllərindən zərər çəkmiş çoxlu sayda belə insanlar müraciət edir. Bizə məlum olub ki, neqtivliklər yalnız “Nigar” klinikasını əhatə etmir. O, həmçinin mənim qanuni nümayəndəsi olduğum İlqar Əliyevin digər şərikləri “Vicdan-1” MMC-nin təsisçilərinə də fırıldaq gəlib. Həmin şəxslərin İlqar Əliyevə etdiyi müraciətdən sonra məlum oldu ki, sözügedən şəxs heç kimin xəbəri olmadan özünü “Vicdan-1” MMC-yə 25 faizlik payla şərik edib, eləcə də, orada olan digər şəriklərə külli miqdarda ziyan vurub, onların əmlakını ələ keçirib. Rəsmi nümayəndəsi olduğum İlqar Əliyev bunları biləndən sonra, “Vicdan-1” MMC-nin bütün kollektivinə Tövsiyyə Məktubu ünvanlayıb. Həmin məktubda qeyd edilir ki, İlqar Əliyev Şahbaz Şahbazovun etdiyi fırıldaqlardan xəbər tutandan sonra, onu yanından qovub. Bizə o da məlum oldu ki, Şahbaz Şahbazov hər yerdə özünü İlqar Əliyevin şəxsi həkimi kimi qələmə verir. Buna münasibətdə də bəyan edirik ki, İlqar Əliyevin ixtisası ginekoloq olan həkimə ehtiyacı yoxdur.

“Nigar” klinkası ilə bağlı hazırda arşdırmalar gedir. Biz rəsmi qurumlardan klinikanının bütün fəaliyyətinin yoxlanılmasını xahiş etmişik. Həmçinin dəqiq faktlar əsasında bizə məlum olub ki, Şahbaz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən “Nigar” klinikası 22 ay lisenziyasız işləyib. İnsan talelərinin tapşırıldığı bir səhiyyə ocağı ilə bağlı belə faktın aşkarlanması çox böyük qanun pozuntusudur. Bu məsələnin də araşdırılması xahişi ilə əlaqədar qurumlara müraciət etmişik. Eyni zamanda, müəyyən olunub ki, həmin klinikada təyinatı üzrə olmayan cərrahiyyə əməliyyatlar aparılıb. Talesemiya, süni mayalanma kimi ağır xəstəliklərin müaliicəsini üzərinə götürməklə, klinika rəhbərliyi çoxlu sayda adamı aldadıb, onların külli miqdarda vəsaitini mənimsəyib. Bütün deyilənlərə aid konkret faktları sizə təqdim edə bilərik”.

Xatırladaq ki, Şahbaz Şahbazov KİV-ə verdiyi açıqlamada bildirir ki, şəriki İ.Məmmədov onu şantaj etmək üçün aldığı şirkətlərin əvvəlki sahiblərini taparaq onlara müxtəlif vədlər verir. Şantaj üçün hətta üzünü belə görmədiyi “pasient”lərdən istifadə olunur. Onun dediklərindən sitat:
“8 il öncə aldığım müəssisənin köhnə sahibləri Ayaz, Bəyimxanım, Azad və Hikmət Məmmədovları tapıb. Bildiyimə görə, borcun içərisindədirlər. Onlara vədlər verərək məni şantaj edir. Məndən pul tələb edirlər və bildirilər ki, əgər bizə pul verməsən, o biri şəriklərini də tapıb pulunu əlindən alacağıq. İ.Məmmədov müxtəlif şəxslərin adından müxtəlif dövlət orqanlarına mənə qarşı şantaj dolu şikayətlər yazır. O, haqqı olmayanları tələb etmək üçün havadarlarına arxalanır. Heç vaxt müalicə etmədiyim xəstələrin adından müxtəlif orqanlara şikayət ərizələri yazılır ki, guya onlardan pul almışam”.
Azinforum.az olaraq biz Şahbaz Şahbazovun onu şantaj etməkdə ittiham etdiyi Azad Məmmədovla əlaqə saxladıq. Məlum oldu ki, Şahbazovun şikayətdə şantajçı kimi qələmə vermək istədiyi Məmmədov qardaşları “Nigar” klinikasının fəaliyyət göstərdiyi mülkün sahibləri olublar. Qardaşların dediyinə görə, sonradan Şahbaz Şahbazov müxtəlif nüfuzlu şəxslərin adı ilə onların ailəsinə təzyiq edərək, həmin mülkü əllərindən alıb. Nəticədə ailəyə əvvəlcədən razılaşdırılan məbləğin yarısı verilib. “Nigar” kilikasının yerləşdiyi binaya “Xəzər-M” MMC fasitəsilə sahib olan qardaşların və bütün ailənin başına gətirilən oyunlarla bağlı aşağıdakı vedomüsahibə vasitəsilə tanış ola bilərsiniz.



Redaksiyadan: Biz bu istiqamətdə apardığımız jurnalist araşdırması nəticəsində müəyyən etdik ki, Azərbaycan Tibb Universitetinin professoru olan Şahbaz Şahbazovun əməllərində çoxlu sayda insan zərər çəkib. Bununla bağlı konkret şəxslərin şikayəti əsasında hazırlanan materiallar çox olduğu üçün, həmin faktları bir məqalənin həcmində təqdim edə bilmirik. Növbəti yazılarımızda professorun əməllərindən əziyyət çəkən şəxslərin ürək parçalayan şikayətləri əsasında hazırlanan məqalələri təqdim etməklə, bütün bu mətləblərə daha aydın işıq salacağıq. Biz Şahbaz Şahbazovun hansı növ elmi fəaliyyətlə məşğul olması ilə bağlı da araşdırma aparmağa çalışdıq. Bu sahədə məlumatlı mənbə bildirdi ki, sözügedən şəxs doğrudan da, tibbin ginekologiya sahəsindən elmi iş müdafiə edib. Dissertasiyanın mövzusu ilə bağlı isə yalnız “dodaqdan dodağa” deməklə kifayətləndi. Bizim üçün qaranlıq qalan bu mövzuya da işıq salmağa çalışacağıq…


"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...
"Nigar" Klinikasında baş verənlərin izi ilə...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Dünən, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Dünən, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Dünən, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Dünən, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Dünən, 15:37
Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Dünən, 15:12
Qadın müəllim başçı müavini oldu - ƏMR
Dünən, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Dünən, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Dünən, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Dünən, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Dünən, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Dünən, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Dünən, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Dünən, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Dünən, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Dünən, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Dünən, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru