““Çağ Öyrətim”in rəhbərliyi Gülənin adından məndən pul tələb edirdi” - Hüseyn Büyükfıratdan ilginc açıqlamalar
Tarix: 3-11-2016, 09:35 | Çap et
 Azərbaycanda çalışan ünlü türk iş adamı “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ölkəmizə buraxılmaması medianın geniş marağına səbəb olmuşdu. Xatırladaq ki, FETÖ işi ilə bağlı Türkiyədə zərəçəkən qismində məhkəmələrə çıxan iş adamı Gülənin Azərbaycanda güclü dayaqlarının da olduğunu dilə gətirib. Bu çıxışının ardından Azərbaycana gələrkən, sərhəd xidmətindən onun ölkəyə girişinin yasaq olduğu deyilib. Həmin vaxt Gununsesi.info-ya açıqlamasında Hüseyn Büyükfırart “Məni Azərbaycana FETÖ buraxmadı” deyə bəyanat da səsləndirmişdi. O, bu olayın Türkiyə rəhbərliyində narahatlığa səbəb olduğunu da dilə gətirmişdi. Görünür, məhz bunun nəticəsidir ki, Hüseyn Büyükfırat artıq Azərbaycandadır. Gununsesi.info-ya eksklüziv müsahibəsində Hüseyn Büyükfırat yaranmış durumla bağlı sualları cavablandırıb. Hüseyn bəy, əvvala, Sizi Bakıda yenidən görmək çox xoşdu. Nə baş verdi ki, uzun illər Azərbaycanda çalışan bir ünlü iş adamını sonradan ölkəmizə buraxmadılar? Mən Türkiyədəydim. Həmin vaxt FETÖ işi ilə bağlı məhkəmədə və Türkiyə televiziyalarında çıxışlarım olmuşdu. Çıxışlarımda FETÖ-nun Türkiyə və Azərbaycan üçün nə qədər təhlükəli olduğunu açıq şəkildə söylədim. Sonra Azərbaycana gələrkən, hava limanında məni buraxmadılar. Təbii ki, geriyə döndüm. Sonradan Türkiyənin rəsmi qurumları və Bakıdakı səfirliyimiz məsələyə qarışdı. Onsuz da biz Azərbaycan dövlətinin FETÖ məsələsində Türkiyənin yanında olduğunu bilirdik. Gözlədiyimiz kimi də oldu. Problem həllini tapdı və artıq gördüyünüz kimi Bakıdayam. Mən yerigəlmişkən, Azərbaycan Prezidenti Cənab İlham Əliyev başda olmaqla, dövlətin aidiyyatı orqanlarına təşəkkür edirəm ki, qısa zamanda bu problem həllini tapdı. Siz, mənimlə telefon danışığınızda “Məni Azərbaycana FETÖ buraxmadı” deyə bir açıqlama da vermişdiniz. Doğrudanmı, Azərbaycanda FETÖ bu qədər güclüdür? Sizi Azərbaycana buraxmayanlar kimlər idi? Bunu təsbit etmək mənə düşməz. Amma biz bunu bilirik ki, Azərbaycanda və Türkiyədə bu şəbəkə güclü olub. Hələ illər öncə mən bu şəbəkə ilə mübarizə aparmışam. Bu gün onların xain olduğunu çoxları indi görsə də mən bunu hələ illər öncə görüb və deyirdim. Ona görə də bu xainlər hər zaman mənə qarşı kampaniya aparıblar. Hətta Azərbaycan mediasında belə bu kampaniya gedirdi. Xatırlayıram, Sizi hətta PKK-çı olmaqda belə günahlandırırdılar… Bəli, bunlar hamısı bu şəbəkənin mənə qarşı fəaliyyətinin bir hissəsi idi. Bir neçə il bəzi Azərbaycan qəzetlərində barəmdə böhtan xarakterli yazılar yazdırılırdı.Amma zaman göstərdi ki, bunlar xain plan idi. FETÖ indiyədək Türkiyədə çoxsaylı vətənsevər insanları günahsız həbsə yollayıb. İki ilə yaxın günahsız yerə cəza çəkən adamlar olub. Hansı ki, bu adamlar FETÖ-nin din məsələlərindəki təhriflərini üzə çıxarmışdı. İsbat etmişdi ki, əslində FETÖ dinimizə də xəyanət edir. Bu gün Türkiyə dövləti bu şəbəkənin tam sıradan çıxması üçün əlindən gələni edir. Mən inanıram ki, müsbət sonluq olacaq. Türkiyə telekanalına müsahibənizdə demişdiniz ki, Azərbaycanda FETÖ-nun basqısı altında olmusuz, sizdən pul tələbləri olub. Azərbaycanda Sizdən pul tələb edən kimlər idi? Ad çəkə bilərsinizmi? “Çağ Öyrətim”in rəhbərliyi, konkret olaraq, Ənvər Özərənin adını qeyd edirəm. Bu adam Fətullah Gülənin adıyla məndən pul tələb edirdi. Biz onlara yardım etmədik. Hətta bununla yanaşı Bakıdakı Türkiyədən olan iş adamlarına deyirdim ki, bunlardan uzaq durun, onlar xaindir. Azərbaycana girişiniz yasaqlananda Bakıdaki biznesinizə hər hansı bir müdaxilələr oldumu? Xeyr, belə bir halla qarşılaşmadıq. Mən ölkəyə qayıdandan istər rəsmi qurumlardan, istərsə də iş adamlarından “keçmiş olsun” deyə mesajlar aldım. Mən bir daha Azərbaycan prezidentinə və qurumlarına təşəkkür edirəm. Qısa zamanda problem həllini tapdı. Bu gün də işimin başındayam.



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Dünən, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Dünən, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Dünən, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Dünən, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Dünən, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Dünən, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Dünən, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Dünən, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Dünən, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Dünən, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Dünən, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Dünən, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Dünən, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Dünən, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Dünən, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Dünən, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Dünən, 11:04 |
|
|
|
|