"Azəriqaz" "Akkord"la anlaşa bilmir... - Bəlasını sakinlər çəkir...
Tarix: 13-10-2016, 08:33 | Çap et
 Ötən şənbə “Abşeron” Gənclər şəhərciyində sakinlər etiraz aksiyası keçirib. Sakinlərin ayağa qalxmasına “Akkord” şirkətinin “Azəriqaz”a 600 min manat borcunun olması səbəbindən şəhərciyin qazlaşdırılmasında problem yaranması səbəb olub. Sakinlərin verdiyi məlumata görə, qazlaşdırılma ilə bağlı külli miqdarda pul yığılsa da, hətta, sayğaclar quraşdırılsa da, 5 ildən artıqdır ki, onlara qaz verilmir: “Şirkət bəhanə gətirir ki, guya, balkonlar qapadılıb deyə qazın verilməsi yubanır. Amma bu, əsassız iddiadır. Çünki zamanında balkonların bağlanmasına görə, sakinlər “Akkord”a pul ödəyiblər. Hərədən 200-300 manat pul alıb, sonra da balkonların bağlanmasına icazə veriblər. Bunlar boş və mənasız iddialardır. Həqiqət odur ki, “Akkord” şirkəti “Azəriqaz”a 600 min borcludur. Borcunu ödəmədiyi üçün də əziyyətini biz çəkirik. Pul ödənilsə, “Azəriqaz” qazı verməyə hazırdır. Binaların bəzisində qaz var, bəzisində, daha doğrusu, əksərində isə qaz hələ də yoxdur. Biz də öz haqqımızı tələb edirik. Çıxış yolunu etiraz aksiyası keçirməkdə görürük. Bu, xırda bir qığılcım idi. Şirkət bundan da nəticə çıxarmasa, daha geniş tərkibdə aksiya keçirəcəyik. Planımız var ki, gələn dəfə Bakı-Sumqayıt yolunu bağlayaq. Bəlkə onda bu məsələ həllini tapar. Hələ payız ayıdır. Heç qış girməyib. Lakin sakinlər işıqpullarını verməkdə çətinlik çəkir. Qışda isə aylıq işıq pulu 120-150 manat yazır. Belə olan halda sakinlər işıqpullarını ödəyə bilməyəcəklər. Daha camaatın əvvəlki imkanı yoxdur. Ona görə də şirkət daha “yaxın zamanlarda qazınız veriləcək” fırıldağına son qoyub əməli işə keçməlidir. Bu sözlər aksiyada səsləndirilib”. Aksiyadan məlumatlı olduqlarını deyən şirkətin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev “Şərq”ə söyləyib ki, nümayəndələri həmin gün hadisə yerində olub, sakinləri dinləyiblər: “Bu şəhərciyə qazın verilməsi davam edən prosesdir. Orda tək bir binadan söhbət getmir. Binaların sayı çoxdur. Oranın qazla təmin olunmasına dair işlər aparılır. Artıq bəzi binalara qaz verilib. Qazın verilməsinə maneə olan səbəblərdən biri balkonların qapadılmasıdır. Bu məsələ prosesi bir qədər yubatdı. Amma proses dayanmayıb. İşlər bu gün də davam edir. Hazırda şəhərcikdə podratçı şirkət tərəfindən qaz borularının yoxlanması prosesi gedir. Bu bir prosedur qaydadır. Bu qayda həyata keçirilmədən heç bir mənzilə qaz verilmir. Proseslər davam edir. Maksimal şəkildə qüvvələr cəmlənib ki, yaxın müddətdə şəhərciyin qaz təminatı başa çatdırılsın. Bir müddətdir məsələ başlayıb. Bu, bizim diqqətimizdən kənarda olan məsələ deyil. Hazırda orda iş gedir. Güman edirəm ki, yaxın vaxtlarda problem tam şəkildə həllini tapacaq”. Şirkət sözçüsü “Akkord” “Azəriqaz”a 600 min manat borcludur” iddiasına da aydınlıq gətirib: “Bilmirəm bu məlumatı haradan alıblar. Amma belə bir məsələ yoxdur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Dünən, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Dünən, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Dünən, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Dünən, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Dünən, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Dünən, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Dünən, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Dünən, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Dünən, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Dünən, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Dünən, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Dünən, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Dünən, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Dünən, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Dünən, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Dünən, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Dünən, 11:04 |
|
|
|
|